Məhkəmə qərarları › İş №e-2(010)-3327/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-3327/2023

30.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-3327/2023 30.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı cavabdeh Verdiyeva (Bayramova) İlahə Namaz qızına qarşı əmlak tələbinə dair iddiası üzrə mülki işə Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı cavabdeh Verdiyeva (Bayramova) İlahə Namaz qızına qarşı əmlak tələbi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 16 nömrəli mənzil (yeni qaydalarla AZ1129 Bakı şəhəri, Xətai rayonu, Əliağa Şıxlinski küçəsi, 264 M5, m.1), ünvan 3 ünvanında yerləşən 0.03 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi, «TOYOTA PRİUS» markalı **-OC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanında tikilən 12 mərtəbəli yaşayış binasının 2 blokun qeyri yaşayış (zirzəmi) sahəsi və Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, 2942B məhəllədə yerləşən 123 (yeni qaydalarla AZ1129, Bakı şəhəri, Xətai rayonu, Əliağa Şıxlinski küçəsi, 268 M4 m4) nömrəli mənzil üzrə payların naturada ayrılması, bu mümkün olmadıqda onun payının dəyərinin cavabdeh tərəfindən ödənilməsi şərtilə mülkiyyət hüququna xitam verilməsi (və ya əksinə), bu da mümkün olmadıqda həmin mənzilin hərrac vasitəsilə satılması və satışdan əldə edilən vəsaitin paylara müvafiq olaraq mülkiyyətçilər arasında bölüşdürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə bildirdi ki, tərəflər arasında barışıq sazişi imzalanmışdır. Bu səbəbdən barışıq sazişi təsdiq edilməklə iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 bildirdi ki, tərəflər barışığa gəliblər və saziş tərtib edilib. Barışıq sazişi təsdiq edilməklə iş üzrə icraata xitam verilməsinə etirazı yoxdur. Məhkəmə tərəfləri dinləyib, təqdim olunmuş ərizəni və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməklə iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Barışıq Sazişi”ndən görünür ki, tərəflər qeyd olunan şərtlərlə barışıq sazişi imzalamışlar:

1. Verdiyeva (Bayramova) İlahə Namaz qızı ünvan 5 ünvanında sahəsi 121.8 kv.m olan 3 otaqlı mənzilə olan 1\2 payından İddiaçı xeyrinə imtina edir və İddiaçı həmin mənzilə tam pay hüququnu əldə edir.

2. İddiaçı ünvan 6 ünvanında 0,03 ha torpaq sahəsində sahəsi 125 kv.m olan fərdi yaşayış evinə olan 1\2 paydan Verdiyeva (Bayramova) İlahə Namaz qızının xeyrinə imtina edir və Cavabdeh həmin əmlaka tam pay hüququnu əldə edir.

3. ünvan 7 ünvanında sahəsi 92,5 kv.m olan 2 otaqlı mənzil 6 (altı ) ay ərzində satılaraq pulu Tərəflər arasında bərabər paylara bölünəcəkdir.

4. Verdiyeva (Bayramova) İlahə Namaz qızı ünvan 8 ünvanında 12 mərtəbəli binanın zirzəmisində sahəsi 25 kv.m olan qaraja və "Prius" markalı ** OC *** qeydiyyat nişanlı minik avtomobilə olan 1\2 paydan İddiaçı xeyrinə imtina edir və İddiaçı qeyd olunan əmlaklara tam pay hüququnu əldə edir. Barışıq sazişində qeyd edilən daşınmaz əmlaklara Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tərəflərin hər birinin 1\2 hissədə payı müəyyən edilməklə bölünmüşdür. Məhkəmə hesab edir ki, hazırki barışıq sazişi qanunvericiliyin tələbləri baxımından əsaslı və qanuni olduğundan təsdiq edilməlidir. Barışıq sazişinin təsdiqini əngəlləyən hər hansı bir hal mövcud deyil. AR MPM-nin 52.3-cü maddəsinə görə, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə görə, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinin tələbinə görə, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə

Q ə r a r a a l d ı:

İddiaçı cavabdeh Verdiyeva (Bayramova) İlahə Namaz qızına qarşı əmlak tələbinə dair mülki iş üzrə bağlanmış barışıq sazişi aşağıda qeyd olunan şərtlərlə təsdiq edilsin və iş üzrə icraata xitam verilsin:

1. Verdiyeva (Bayramova) İlahə Namaz qızı ünvan 5 ünvanında sahəsi 121.8 kv.m olan 3 otaqlı mənzilə olan 1\2 payından İddiaçı xeyrinə imtina edir və İddiaçı həmin mənzilə tam pay hüququnu əldə edir.

2. İddiaçı ünvan 6 ünvanında 0,03 ha torpaq sahəsində sahəsi 125 kv.m olan fərdi yaşayış evinə olan 1\2 paydan Verdiyeva (Bayramova) İlahə Namaz qızının xeyrinə imtina edir və Cavabdeh həmin əmlaka tam pay hüququnu əldə edir.

3. ünvan 7 ünvanında sahəsi 92,5 kv.m olan 2 otaqlı mənzil 6 (altı ) ay ərzində satılaraq pulu Tərəflər arasında bərabər paylara bölünəcəkdir.

4. Verdiyeva (Bayramova) İlahə Namaz qızı ünvan 8 ünvanında 12 mərtəbəli binanın zirzəmisində sahəsi 25 kv.m olan qaraja və "Prius" markalı ** OC *** qeydiyyat nişanlı minik avtomobilə olan 1\2 paydan İddiaçı xeyrinə imtina edir və İddiaçı qeyd olunan əmlaklara tam pay hüququnu əldə edir. İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan, onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardadı qəbul etmiş məhkəməyə şikayət verilə bilər.

Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar