Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3332/2020 25.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, iddiaçı «xxxxxxxxxxxx» Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə, Cavabdeh Əliağa oğlunun iştirakları ilə, iddiaçı «xxxxxxxxxxxx» X4 Cəmiyyətinin Cavabdeh Əliağa oğluna qarşı "ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbi" barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxxxxxxx» X4 Cəmiyyəti Cavabdeh Əliağa oğluna qarşı "ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbi" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Hüseynov X1 qaydasında iddiaçı “xxxxxxxxxxxx” ASC-nin xeyrinə dəymiş ziyana görə1 074,78 (bir min yetmiş dörd manat yetmiş səkkiz qəpik) manat sığorta ödənişinin, ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı “xxxxxxxxxxxx” ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, Cavabdeh tərəfindən idarə olunan ** GL *** dövlət qeydiyyat nişanlı VAZ 2101 markalı avtonəqliyyat vasitəsi ilə xx.xx.2018-ci il tarixində, “xxxxxxxxxxxx” ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** JH *** dövlət qeydiyyat nişanlı İveco Crealis markalı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsilə əlaqədar DYP əməkdaşı tərəfindən xx.xx.2018-ci il tarixli AP ******* saylı inzibati tənbeh vermə haqqında protokol tərtib olunmuşdur. “BakuBus” tərəfindən tərtib olunmuş zərər aktına əsasən ** JH *** dövlət qeydiyyat nişanlı İveco Crealis markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 1 074,78 (bir min yetmiş dörd manat yetmiş səkkiz qəpik) manat müəyyən edilmişdir. “xxxxxxxxxxxx” ASC-nin xx.xx.2019-cu il tarixli sığorta aktına əsasən “xxxxxxxxxxxx” ASC tərəfindən dəymiş ziyana görə 1 074,78 (bir min yetmiş dörd manat yetmiş səkkiz qəpik) manat məbləğində sığorta ödənişinin zərərçəkən avtonəqliyyat vasitəsinin təmiri üçün zərərçəkənin şəxsin hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Təmir edildikdən sonra zərərvuran şəxsi mülki məsuliyyətinin icbari sığortasının olmadığı müəyyənləşdirilmişdir. Sığorta tərəfindən sığortalıya ödənilmiş 1 074,78 (bir min yetmiş dörd manat yetmiş səkkiz qəpik) manat məbləğində vəsaitin “xxxxxxxxxxxx” ASC-nin bank hesabına ödənilməsi barədə cavabdehə müvafiq bildiriş göndərilmiş, lakin cavabdeh dəymiş zərər məbləğini ödəməkdən yayınmışdır. Odur ki, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh Əliağa oğlu iddianı qəbul edərək izahatında iddiaçının tələb etdiyi məbləği tam şəkildə birdəfəyə ödməyə imkanı olmadığını bilirərək həmin məbləğin hissə-hissə ödəyə biləcəyini bildirmişdir. Məhkəmə proses iştirakçılarını, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh tərəfindən idarə olunan VAZ 2101 markalı ** GL *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə xx.xx.2018-ci il tarixdə, “xxxxxxxxxxxx” ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** JH *** dövlət qeydiyyat nişanlı İveco Crealis markalı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsilə əlaqədar DYP əməkdaşı tərəfindən xx.xx.2018-ci il tarixli AP ******* saylı inzibati tənbeh vermə haqqında protokol tərtib olunmuşdur. “BakuBus” tərəfindən tərtib olunmuş zərər aktına əsasən ** JH *** dövlət qeydiyyat nişanlı İveco Crealis markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 1 074,78 (bir min yetmiş dörd manat yetmiş səkkiz qəpik) manat müəyyən edilmişdir. “xxxxxxxxxxxx” ASC-nin xx.xx.2019-cu il tarixli sığorta aktına əsasən “xxxxxxxxxxxx” ASC tərəfindən dəymiş ziyana görə 1 074,78 (bir min yetmiş dörd manat yetmiş səkkiz qəpik) manat məbləğində sığorta ödənişinin zərərçəkən avtonəqliyyat vasitəsinin təmiri üçün zərərçəkən şəxsin hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. İş materiallarından görünür ki, VAZ 2101 markalı ** GL *** dövlət nömrə nişanlı avtomaşın X2 məxsus olmuş, xx.xx.2016-cı il tarixli etibarnaməyə əsasən həmin avtomaşını Cavabdeh Əliağa oğluna idarə etməyi etibar etmişdir. İş materiallarından görünür ki, ** JH *** dövlət qeydiyyat nişanlı İveco Crealis markalı avtobus “BakuBus”a məxsusdur. İş materiallarından görünür ki,C-MİC-0478/18№-li “Avtonəqliyyat vasitələrinin tam sığortası şəhadətnaməsi” ilə “xxxxxxxx” MMC** JH *** dövlət qeydiyyat nişanlı İveco Crealis markalıavtobusu xx xxxxx 2018-ci ildən xx xxxx 2019-cu ilədək “xxxxxxxxxxxx” ASC tərəfindən sığortalamışdır. İş materiallarında olan Zərər aktının müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, ** JH *** dövlət qeydiyyat nişanlı İveco Crealis markalıdövlət qeydiyyat nişanlı avtobusu dəymiş ziyanın məbləği 910,83 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Sığorta aktından görünür ki, C-MİC- 0478/18i №-li Sığorta şəhadətnaməsi ilə sığortalanmış ** JH *** dövlət qeydiyyat nişanlı İveco Crealis markalı avtobusa xx.xx.2018-ci ildə Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi, O.Şabanov yolunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ** JH *** dövlət qeydiyyat nişanlı İveco Crealis markalı avtobusa1074,78manat məbləğində maddi zərər vurulmuş olduğundan, ödənilməli olan sığorta ödənişinin miqdarı 1074,78 manat məbləğində müəyyən edilmiş və bununla əlaqədar xx.xx.2019-cu il tarixli 001XOH********** №-li Ödəniş tapşırığı ilə CM-2828/2018 №-li Sığorta şəhadətnaməsi üzrə avtomobilə dəymiş zərərlə əlaqədar “xxxxxxxxxxxx” ASC tərəfindən 1,074,78manat məbləğində sığorta ödənişi verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1 və 1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir (hərəkət və ya hərəkətsizlikdir) və delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu(delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habeləhüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.1-ci maddəsinə əsasən, sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında sığortaçı müəyyən edir. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, Cavabdeh Əliağa oğlundan 1074,78 manat məbləğində sığorta ödənişi tutularaq “xxxxxxxxxxxx” ASC-yə ödənilməlidir Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu və bank xidmət haqqı cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Əliağa oğlundan 1074,78 (bir min yetmiş dörd manat yetmiş səkkiz qəpik) manat məbləğində sığorta ödənişi və 30,40 (otuz manat qırx qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı “xxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №e-2(010)-3332/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3332/2020
25.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver