Məhkəmə qərarları › İş №e-2(010)-3334/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3334/2020

16.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3334/2020 16.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Anar Adil oğlunun sədrliyi Maqsudov İsa Sabir oğlunun katibliyi ilə İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı «xxxxxxxxxxxx» ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya hüququ qaydasında zərərin əvəzinin ödənilməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı «xxxxxxxxxxxx» ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsinə dair iddia tələbi ilə müraciət edərək cavabdehlərdən subroqasiya hüququ üzrə 5750 manat məbləğində dəymiş zərərin və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq «xxxxxxxxxxxx» ASCnin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. «xxxxxxxxxxxx» ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək göstərdi ki, Cavabdeh2 məxsus ** NB *** dövlət qeydiyyat nişanlı VAZ 21074 markalı avtonəqliyyat vasitəsi xx xxxx 2017-ci il tarixdən «xxxxxxxxxxxx» ASC tərəfindən “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. xx xxxxxx 2018-ci il tarixdə Cavabdeh1 qeyd edilən avtonəqliyyat vasitəsini idarə edərək yol nəqliyyat hadisəsi 90 SH374 dövlət qeydiyyat nişanlı “Toyota Camry” markalı, ** FP *** dövlət qeydiyyat nişanlı VAZ 21061 markalı və ** BC *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz C 180” markalı nəqliyyat vasitəsinə zərər vurulmuşdur.Bundan başqa, həmin hadisə nəticəsində ** SH *** dövlət qeydiyyat nişanlı “Toyota Camry” markalı avtonəqliyyat vasitəsinin sürücüsü X1 yüngül xəsarət almışdır. Hadisənin səbəbləri araşdırılarkən müəyyən olunmuşdur ki, Cavabdeh1 yol-nəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerini tərk etmişdir. “xxxxxxxxxxxx” ASC tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatlarına əsasən ** SH *** dövlət qeydiyyat nişanlı “Toyota Camry” markalı, ** FP *** dövlət qeydiyyat nişanlı VAZ 21061 markalı və ** BC *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz C 180” markalı nəqliyyat vasitəlırinin təmiri üçün dəymiş ziyanın ümumu miqdarı mütənasiblik nəzərə almaqla 5000 manat miqdarında müəyyən olunmuş və həmin vəsait hadisə nəticəsində zərərçəkmiş şəxslərə ödənilməsi barədə qərar qəbul olunmuş və icra edilmişdir. Həmçinin, ** SH *** dövlət qeydiyyat nişanlı “Toyota Camry” markalı avtonəqliyyat vasitəsinin sürücüsü yüngül xəsarət alması ilə bağlı 750 manat sığorta ödənişi zərərçəkmişin hesabına köçürülmüşdür. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsində sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və ya müvafiq hallarda sığorta olunana qarçı subroqasiya hüququnun yarandığı hallar göstərilmiş və həmin Qanunun 63.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduğda sığortaçının bu hüququ yaranmış olur. Odur ki, Cavabdeh1 yol-nəqliyyat hadisəsini törətdikdən sonra hadisə yerindən yayındığına görə, Cavabdeh2 isə sonuncunun idarə etdiyi və sığortalanmış ** NB *** dövlət qeydiyyat nişanlı VAZ 21074 markalı avtonəqliyyat vasitəsinin mülkiyyətçisi kimi subroqasiya qaydasında mülki məsuliyyətinə cəlb olunmalıdılar. Bunlara və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936, 1096, 1097-ci maddələrinə istinad edib iddiaçının nümayəndəsi iddianın təmin edilməsi və cavabdehlərdən müştərək qaydada 5750 manat məbləğində sığorta ödənişinin əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında iddia tələbi ilə razılaşmayaraq bildirdi ki, xx xxxxxx 2018-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi ** NB *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermiş olsa da, özünü həmin hadisənin tərədilməsində tgəqsirli hesab etmir. Əslində yol-nəqliyyat hadisəsi 90 SH374 dövlət qeydiyyat nişanlı “Toyota Camry” markalı avtonəqliyyat vasitəsinin sürücüsünün təqsirli hərəkətləri nəticəsində baş vermişdir. O, həmin hadisə zamanı özü də xəsarət aldığına görə özünü piss hiss etmiş və hadisə yerini tərk etmişdir. Bununla belə o, hadisə yerini təsirli olan şəxs kimi deyil, zərərçəkmiş şəxs kimi tərk etmişdir. Hadisə ilə əlaqədar cəmi bir dəfə Xətai Rayon Polis İdarəsində müstəntiqin yanında olaraq izahat vermiş, bundan sonra heç bir yerə dəvət olunmamış, barəsində heç bir tədbir görülməmişdir. Belə olan halda iddianı qəbul etmir və rədd olunması barədə qərar qəbul edilməsini xahiş edir. Cavabdeh2 iddia tələbi ilə razılaşmayaraq izahatında göstərdi ki, ** NB *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi onun mülkiyyətində olduğu zaman xx.xx.2017-ci il tarixində “xxxxxxxxxxxx” ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə sığortalanmışdır. Bundan sonra o, baş etribarnamə verməklə həmin avtonəqliyyat vasitəsini faktiki olaraq satmışdır. Belə olan halda o, avtomobilini özgəninkilləşdirdiyi zaman sığortaçı “xxxxxxxxxxxx” ASC məlumat vermədiyinə görə məsuliyyətini dərk etsə də, özünü iddia tələbində qeyd olunmuş yolnəqliyyat hadisəsinin törətməsində təqsirli bilmədiyindən, bu hadisə nəticəsində vurulmuş maddi zərərə görə cavabdehlik daşımır və ona münasibətdə iddianın rədd edilməsi barədə qətamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddiaçı icbari sığorta müqaviləsi üzrə ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında ödənilməsi tələbini irəli sürmüş və iddiaçının istinad etdiyi hallardan (Cavabdeh1 hadisə yerindən yayınması) müəyyən olunur ki, o, subroqasiya hüququnun yaranmasını həmin Qanunun 63.1-ci maddəsi ilə əsaslandırmışdır. Həmin maddənin tələblərinə görə avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə hesab edir ki, hazırkı işdə bu əsaslar mövcud deyildir. Belə ki, işin materialları və tərəflərin izahatları ilə işin mübahisəsiz halları ondan ibarətdir ki, Cavabdeh2 məxsus ** NB *** dövlət qeydiyyat nişanlı VAZ 21074 markalı avtonəqliyyat vasitəsi xx xxxx 2017-ci il tarixdən «xxxxxxxxxxxx» ASC tərəfindən “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. xx xxxxxx 2018-ci il tarixdə Cavabdeh1 qeyd edilən avtonəqliyyat vasitəsini idarə etmiş və onun, eləcə də 90 SH374 dövlət qeydiyyat nişanlı “Toyota Camry” markalı, ** FP *** dövlət qeydiyyat nişanlı VAZ 21061 markalı və ** BC *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz C 180” markalı nəqliyyat vasitələrinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. Bakı şəhəri Binəqədi RPİ-nin Tədqiqat Şöbəsinin baş tədqiqatçısı X2 xx xxxxxx 2018-ci il tarixli qərarı ilə həmin tarixdə Cavabdeh1 iştirakı ilə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində zərərçəkmişlərin xəsarət almaları faktl ilə bağlı cinayət işinin başlanması rədd edilmiş, sürücü Cavabdeh1 əməlində İnzibati Xətalar Məcəlləsinin 327.8 maddəsi ilə tənbeh verilməsi üçün qərarın Binəqədi RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Beləliklə də, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş sübutlar ona dəlalət edir ki, xx xxxxxx 2017-ci il tarixdə nəqliyyat hadisəsi baş verməsi ilə əlaqədar bunu nüçün əsaslar müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmiş, sürücü Cavabdeh1 İnzibati Xətalar Məcəlləsinin 327.8 maddəsi ilə tənbeh verilməsi üçün qərarın Binəqədi RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alılnmışdır. Bununla belə Cavabdeh1 İnzibati Xətalar Məcəlləsinin 327.8 maddəsi ilə inzibati məsuliyyətinə cəlb olunması, yəni qeyd olunan yol-nəqliyyat hadisəsini təqsirli olaraq törətdiyini müəyyən edən və qanunla bu qərarı qəbul edilməsi səlahiyyətinə aid edilmiş müvafiq icra hakimiyyəti orqanın qərarı iddiaçı tərəfindən təqdim olunmamışdır. Digər tərəfdən iddiaçının nümayəndəsinin cavabdehlərə qarçı subroqasiya tələbi ilə müraciət edilmənin əsası kimi Cavabdeh1 yol-nəqliyyat hadisəsi ilə bağlı xx xxxxxx 2018ci il tarixdə Binəqədi Rayon Polis İdarəsinə vermiş olduğu izahatı əsas hesab edilməsinə dair dəlilləri ilə razılaşmayaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının istinad etdiyi qərarla Cavabdeh1 barəsində inzibati tənbeh verilməsi üçün qərarın surətinin Binəqədi RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alılnsa da, bu zaman ona tənbeh verilməsinin əsası kimi yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə məsuliyyət müəyyən edən İnzibati Xətalar Məcəlləsinin 327.6.-cı maddəsi ilə deyil, həmin Məcəllənin 327.8 maddəsi kimi göstərilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, səlahiyətli orqanın baş vermiş yol-nəqliyyat hadisəsinə görə Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 327.6-ci maddəsi ilə, yəni yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə inzibati məsuliyyətə cəlb edilmədiyindən həmin cavabdehə qarşı subroqasiya qaydasında iddia tələbi əsassızdır. Eyni ilə Cavabdeh2 barəsində iddia tələbini əsassız hesab edərək məhkəmə qeyd edir ki, həmin cavabdehə qarşı irəli sürülmüş tələb iddia ərizəsində əsaslandırılmamış, məhkəmə iclasında isə iddiaçının nümayəndəsi bu tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh1 xx xxxxxx 2018-ci il tarixdə yol-nəqliyyat hadisəsini törədərkən idarə etdiyi ** NB *** dövlət qeydiyyat nişanlı VAZ 2107 markalı avtonəqliyyat vasitəsi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olmuş bu hal isə sonuncunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.2-ci maddəsinə əsasən mülki məsuliyətə cəlb olunması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə nəqliyyat vasitələrində istifadə edilməsi nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, zərərin əvəzini ödəmək vəzifəsi hadisə baş verərkən avtomobili etibarnamə əsasında, yəni qanuni əsasla Cavabdeh1 sahibliyində və istifadəsində olmuşdur. Bu isə ona dəlalət edir ki, yuxarıda qeyd olunan yol-nəqliyyat hadisəsi ilə bağlı Cavabdeh2 mülki hüquqi məsuliyyəti yaranmamışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: xxxxxxxxxxxx» ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya hüququ qaydasında zərərin əvəzinin ödənilməsinə dair iddia təmin edilməsin. Qətnamədən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar