Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3335/2020 16.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı «xxxxxxxxxxxx» ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakları ilə, İddiaçı «xxxxxxxxxxxx» ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: «xxxxxxxxxxxx» ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kiçik iddia icraatı qaydasında-ödənilmiş sığorta məbləğinin subroqaiya qaydasında tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydasında iddiaçı “xxxxxxxxxxxx” ASC-nin xeyrinə dəymiş ziyana görə 526,80 manat məbləğində ziyanın və ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı «xxxxxxxxxxxx» ASC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 məxsus **-CA-*** dövlət qeydiyyat nişanlı, BMW 523 markalı avtonəqliyyat vasitəsi xx.xx.2017-ci il tarixdə ‘‘xxxxxxxxxxxx” ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta” növü üzrə sığortalanmışdır. xx.xx.2018-ci il tarixdə Cavabdeh1 idarə etdiyi **-CA-*** dövlət qeydiyyat nişanlı, BMW 523 markalı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Ağentliyinin balansında olan təhlükəsizlik səddinə zərər vurmuşdur. Hadisənin səbəbləri tam təsfilatı ilə aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, Cavabdeh1 avtonəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmişdir. xx.xx.2018-ci il tarixli Azərbaycan Avtomobil Yolları Dövlət Ağentliyinin zərərin hesablanmasına dair sənədə əsasən təhlükəsizlik səddinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 526,80 manat məbləğində müəyyən edilmişdir. “xxxxxxxxxxxx” ASC-nin xx.xx.2018-ci il tarixli sığorta aktına əsasən 580,00 manat məbləğində sığorta dənişinin zərərçəkənin hesabına ödənilməsi qərara alınmışdır və köçürülmə həyata keçirilmişdir. İddiaçı «xxxxxxxxxxxx» ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, ona uyğun izahat vermiş və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddianı qəbul etmir. Belə ki, digər Cavabdeh2 onun anasıdır. Həmin gün yol-nəqliyyat hadisəsi nəticəsində avtomobili özü idarə etsə də, onun anası digər Cavabdeh2 onun yanında olub. Hadisə nəticəsində onun anası zədələndiyindən Cavabdeh2 hadisə yerini tərk etmişdir. Ona həmin avtomobili idarə etmək üçün etibarnamə verilsə də, onun vaxtının bitməsindən xəbəri olmamışdır. Odur ki, olunanlara əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh2 əvvəlki məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, hadisə baş verən gün avtomobili onun oğlu Cavabdeh1 idarə etmiş, o isə yanında olmuşdur. Lakin onun halı pis olduğundan onu evə göndərmişlər. Odur ki, olunanlara əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq digər cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddələrinə əsasən cavabdehlərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan PPA********** saylı xx.xx.2017-ci il tarixli avtonəqliyyat vasitələrinin İcbari Sığorta Müqaviləsinin surətindən görünürki, “xxxx” Sığorta Şirkəti ASC Cavabdeh1 məxsus **-CA-*** dövlət qeydiyyat nişanlı, BMW 523 markalı nəqliyyat vasitəsini 5000 (beş min) manat sığorta məbləği həddində avtomobil sığortasını həyata keçirmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli Sığorta Aktından görünür ki, 526,80 manat «xxxxxxxxxxxx» ASC tərəfindən Azərbaycan Avtomobil Yolları Dövlət Ağentliyinin hesabına keçirilmişdir. İşə əlavə edilmiş xx.xx.2018-ci il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, «xxxxxxxxxxxx» ASC tərəfindən Azərbaycan Avtomobil Yolları Dövlət Ağentliyinin hesabına köçürülmüşdür. İşmateriallarındaolan xx.xx.2018-ci il tarixli inzibati xəta qərardan görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan ACN № 011791 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünürki, **-CA-*** dövlət qeydiyyat nişanlı BMW 523 markalı nəqliyyat vasitəsinin sahibi Cavabdeh2dur. İş materiallarında olan xx.xx.2017-ci il tarixli arayışdan görünürki, xx.xx.2018-ci il tarixində Qala-Pirallahı avtomobil yolunun 6.5-ci kilometrində, **-CA-*** dövlət qeydiyyat nişanlı, BMW 523 markalı avtomobil ilə törədilmiş yol-nəqliyyat hadisəsi zamanı, dövlət vəsaiti hesabına inşa edilmiş həmin yol təsərrüfatına vurulmuş ziyana görə 526.80 manat məbləğndə pul ödənilməsi barədə məlumat verilmişdir. «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak Sığortası üzrə Sığorta ödənişini vermiş Sığortaçıya reqres qaydasında onun verdiyi Sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 916.1-ci maddəsinə əsasən əgər Sığortalı zərərin əvəzini ödəmək tələbini 3-cü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb Sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini Sığortalıya ödəmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəklərinin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə nəqliyyat vasitələrində istifadə edilməsi nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Bu Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanununun 25.1.3.-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Cavabdeh1 Cavabdeh2 məxsus BMW 523 markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə olmadan idarə etmiş və Azərbaycan Avtomobil Yolları Dövlət Ağentliyinin balansında olan təhlükəsizlik səddinə 526,80 manat məbləğində maddi ziyan yetirmişdir. Dəymiş ziyan sığorta təşkilatı tərəfindən Azərbaycan Avtomobil Yolları Dövlət Ağentliyinin balansına 526,80 manat məbləğində ödənilmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh1 avtomobili idarə etmək hüququ olmadığından vurulmuş zərəri ödəmək vəzifəsi Cavabdeh1 və Cavabdeh2 üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hüquqa zidd əməl nəticəsində dəymiş zərər sığortaçı tərəfindən ödənildiyindən və həmin məbləğdə zərəri tələb etmə hüququ subroqasiya qaydasında «xxxxxxxxxxxx» ASC-yə keçdiyindən 526,80 manat məbləğində vurulmuş zərər və 30,40 manat məbləğində dövlət rüsumu Cavabdeh1 və Cavabdeh2 birgə qaydada iddiaçı «xxxxxxxxxxxx» ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 birgə qaydada vurulmuş zərərin əvəzi 526,80(beş yüz iyirmi altı manat, səksən qəpik) manat və 30.40(otuz manat, qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq «xxxxxxxxxxxx» ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №e-2(010)-3335/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3335/2020
16.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver