Məhkəmə qərarları › İş №e-2(010)-3355/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3355/2020

05.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3355/2020 05.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Əsədzadə Aytəkin Aqil oğlunun katibliyi ilə, İddiaçı "xxxxxxxxxxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 Cavabdeh iştirakı ilə, İddiaçı "xxxxxxxxxxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pultələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxxxxxxxxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh və X3 qarşı subroqasiya qaydasında pul tələbi ilə məhkəməyə müraciət edərək, X6 və X1 qaydasında iddiaçı "xxxxxxxxxxxx" ASC-nin xeyrinə dəymiş ziyana görə 1109,50 manat məbləğində sığorta ödənişinin və ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə məhkəmədə baxılarkən iddiaçı "xxxxxxxxxxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X7 məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, X2 cavabdehlər siyahısından çıxarılmasını, Cavabdeh subroqasiya qaydasında iddiaçı "xxxxxxxxxxxx" ASC-nin xeyrinə dəymiş ziyana görə 1109,50 manat məbləğində sığorta ödənişinin və ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən idarə olunan fiziki şəxs vöen üzrə işəgötürən X2 istifadəsində olan **-TG-*** dövlət qeydiyyat nişanlı “DAEWOO BS 090” markalı avtonəqliyyat vasitəsi ilə xx.xx.2018-ci il tarixdə “xxxxxxxxxxxx” ASC tərəfindən avtonəqliyyat vasitələrinin tam sığortası növü üzrə sığortalanmış **-JH-*** dövlət qeydiyyat “İvecco Crealis” markalı avtonəqliyyat vasitəsinə yol nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar DYP əməkdaşı tərəfindən xx.xx.2019-cu il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuşdur. “xxxxxxx” tərəfindən tərtib olunmuş zərər aktına əsasən **-JH-*** dövlət qeydiyyat “İvecco Crealis” markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 1109,50 manat müəyyən edilmişdir. “xxxxxxxxxxxx” ASC-nin xx.xx.2019-cu il tarixli sığorta aktına əsasən “xxxxxxxxxxxx” ASC tərəfindən dəymiş ziyana görə 109,5 manat məbləğində sığorta ödənişinin zərərçəkən avtonəqliyyat vasitəsinin təmiri üçün zərərçəkən şəxsin hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Təmir edildikdən sonra zərərvuran şəxsin mülki məsuliyyətinin icbari sığortasının olmadığı müəyyənləşdirilmişdir. Sığorta tərəfindən sığortalıya ödənilmiş 1109,5 manat məbləğində vəsaitin “xxxxxxxxxxxx” ASC-nin bank hesabına ödənilməsi barədə cavabdehə müvafiq bildiriş göndərilmiş, lakin cavabdeh dəymiş zərər məbləğini ödəməkdən yayınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxxxxxxxxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X7 iddia tələbinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini, tələb edilən məbləğin cavabdehdən tutulmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, o, avtobus sürücüsü olmuş, qeyd edilən avtonəqliyyat vasitəsini sığortalamaq onun yox, xətt sahibi və avtonəqliyyat sahibinin vəzifəsi olmuşdur. Ona görə də, o məsuliyyət daşımamalıdır. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli və tələb edilən pul məbləği subroqasiya qaydasında Cavabdeh oğlundan tutulub iddiaçıya ödənilməlidir. Belə ki, iş materiallarında olan: - İXP ******* nömnrəli, xx.xx.2018-ci il tarixli X9 Protokolun surətindən görünür ki, **- TG-*** dövlət qeydiyyat nişanlı “DAEWOO BS 090” markalı qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə halına yol verərək yol-nəqliyyat hadisəsi törətdiyinə görə inzibati məsuliyyətə cəlb edilməsi barədə protokol tərtib edilmişdir. - İXP ******* nömnrəli, xx.xx.2018-ci il tarixli X9 qərarın surətindən görünür ki, **- TG-*** dövlət qeydiyyat nişanlı “DAEWOO BS 090” markalı avtomobili idarə edən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. - "xxxxxxxxxxxx" ASC-nin xx.xx.2019-cu il tarixli Sığorta aktının surətindən görünür ki, "xxxxxxxxxxxx" ASC tərəfindən **-JH-*** dövlət qeydiyyat “İvecco Crealis” markalı avtomobilin təmiri üçün 1109,50 manat məbləğində pul məbləği “xxxxxxx” MMC-nin hesabına ödənilməsi qərara alınmışdır. - xx xxxx 2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, baş vermiş sığorta hadisəsinə görə 1109,50 manat “xxxxxxx” MMC-nin hesabına ödənilmişdir. İş materiallarına əlavə edilmiş bildirişlərdən görünür ki, Cavabdeh avtomobilin təmir xərci olaraq ödənilmiş pul vəsaitinin geri qaytarılması barədə xəbərdarlıq edilmişdir. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, Cavabdeh **-TG-*** dövlət qeydiyyat nişanlı “DAEWOO BS 090” markalı avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi törətmişdir. İddiaçı sığorta şirkəti baş vermiş yol-nəqliyyat hadisəsində ziyan dəyən digər avtomobil üçün təmir xərci olaraq 1109,50 manat məbləğində ödəniş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin dəlilləri Cavabdeh münasibətdə iş materialları ilə öz təsdiqini tapır, ona görə də, Cavabdeh tələb edilən məbləğ subroqasiya qaydasında tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci, 936.2-ci və 936.5-ci maddələrinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Qanunun tələbindən göründüyü kimi, iddiaçının Cavabdeh qarşı subroqasiya hüququ yaranmışdır. Belə ki, işin mübahisəsiz halları ilə müəyyən edilir ki, Cavabdeh yol hərəkəti haqqında qanunun tələblərinə əməl etməmiş və yol-nəqliyyat hadisəsi törətmişdir. “Sığorta haqqında” Azərbaycan Respublikası qanununun 37.1-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ ( iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Belə olan halda, məhkəmə hesab edir ki, ödənilmiş 1109,50 manat məbləğ Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir, yəni iddia təmin edildiyindən iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30,40 manat dövlət rüsumu Cavabdeh tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh "xxxxxxxxxxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 1109,50 (bir min bir yüz doqquz manat əlli qəpik) manat məbləğində sığorta ödənişi və dövlət rüsumu olaraq ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar