Məhkəmə qərarları › İş №e-2(010)-3431/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3431/2022

23.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3431/2022 23.09.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Anar Adil oğlunun sədrliyi, X14 qızının katibliyi, Ərizəçi İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə Ərizəçi İddiaçı «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə» dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə» dair ərizə ilə müraciət edərək, xx.xx.2010-cu il tarixdə Sabunçu RPİ tərəfindən verilmiş Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsində (AZE ********), Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X8 daşınmaz əmlakın Dövlət reyestri Xidməti tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş MA ******* nömrəli çıxarışda və 4 saylı ASAN Xidmət Mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İİ 148199 nömrəli ölüm haqqında Şəhadətnamədə göstərilən “X15” oğluna Sabunçu Rayonu VVADQİ tərəfindən xx.xx.2002-ci il tarixdə verilmiş nikahın bağlanması haqqında Şəhadətnamənin, həmçinin Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.1996-cı il tarixdə verilmiş ÖM seriyalı, 076043 nömrəli qeydiyyat vəsiqəsinin məxsus olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi İddiaçı vəkili və nümayəndəsi Nümayəndə «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə» dair iddia həcminin azaldılması barədə ərizə ilə müraciət edərək, AR ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş MA ******* nömrəli çıxarışın və Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.1996-cı il tarixdə verilmiş ÖM seriyalı 076043 nömrəli qeydiyyat vəsiqəsinin 4 saylı Asan Xidmət Mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZİİ148199 nömrəli ölüm haqqında şəhadətnamədə göstərilən xx.xx.2021-ci il tarixdə vəfat etmiş X3 (şəxsiyyət vəsiqəsi AZE 06897825, Sabunçu Rayon Polis İdarəsi, xx.xx.2010) məxsus olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi İddiaçı nümayəndəsi qismində izahat verən onun vəkili Nümayəndə məhkəmə iclasında ərizəsini müdafiə edərək göstərdi ki, 4 saylı Asan Xidmət Mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZİİ148199 nömrəli ölüm haqqında şəhadətnamədə göstərilən xx.xx.2021-ci il tarixdə vəfat etmiş X3 (şəxsiyyət vəsiqəsi AZE 06897825, Sabunçu Rayon Polis İdarəsi, xx.xx.2010) AR ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş MA ******* nömrəli çıxarışın və Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.1996-cı il tarixdə verilmiş ÖM seriyalı 076043 nömrəli qeydiyyat vəsiqəsinin məxsus olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı tərəf – Azərbaycan Respublikası DƏDRX-nın Bakı şəhər Ərazi idarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, həmin orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə maraqlı tərəfin nümayəndəsi olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini, işin materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirdi ki, ərizəçi İddiaçı əri X10 olmuş və sonuncu xx.xx.2021-ci ildə vəfat etmişdir. Ərizədə göstərilən ünvanlar X6 məxsus olmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 şahid X1 ifadəsinə uyğun ifadə vermişdir. İşin materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 01 yanvar 2021-ci il tarixdə vəfat etmişdir. İş materiallarından görünrü ki, X9 xx.xx.1955-ci il tarixində Gürcüstan Respublikasında anadan olmuşdur. İş materiallarından görünür ki, X9 ilə İddiaçı 29 may 2002-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X8 Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova küçəsi, ev 11, 22 saylı mənzil 22 aprel 2010-cu ildə X4 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə dövlət reyestrində ********** nömrəli vərəqində qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin seriya ÖM, 076043№-li Qeydiyyat Vəsiqəsinin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 9 Yanvar küçəsi, 2 saylı ev 17 iyul 1996-ci ildə X2 adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan 4 saylı Bakı “ASAN xidmət” Mərkəzində Notariat ofisinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X6 məxsus olan AZ-İİ № 148199 seriya nömrəli ölüm haqqında şəhadətnamədə qeyd edilən “Mamedov” soyadı İlə həmin şəxsə məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair mülkiyyəti təsdiq edən qeydiyyat vəsiqəsində “Məmmədov” soyadı uyğunsuzluq mövcüddur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhəri Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli Bildirişindən görünür ki, yuxarıda qeyd olunan daşınmaz əmlaklara dair hüquqmüəyyənedici sənədlərdə ərizədə təsvir olunan yanlışlıqlar olduğuna görə ərizəçinin adına müvafiq qeydiyyatların aparılmasından imtina edilmişdir. Beləliklə də, məhkəmə iclasında ərizəçinin nümayəndəsinin izahatı, şahid ifadələri və iş materialları ilə təsdiq olundu ki, AR ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş MA ******* nömrəli çıxarışın və Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.1996-cı il tarixdə verilmiş ÖM seriyalı 076043 nömrəli qeydiyyat vəsiqəsinin 01 yanvar 2021-ci il tarixdə vəfat etmiş X3 verilmiş və sonuncuya məxsus olmuşdur. Ərizəçinin dəlillərini, iş üzrə tədqiq olunan sübutların mötəbərliyini şübhə altına alan hər hansı hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki,ərizə təmin edilməli və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş MA ******* nömrəli çıxarışın və Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.1996-cı il tarixdə verilmiş ÖM seriyalı 076043 nömrəli qeydiyyat vəsiqəsinin 01 yanvar 2021-ci il tarixdə vəfat etmiş X3 məxsus olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən olunsun. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar