Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-349/2025 11.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı1 və İddiaçı2 etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2, Cavabdeh1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair və ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilkin iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 qarşı mənəvi zərərə görə kompensasiya ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddia tələbi.
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 hər birinə 10000 manat olmaqla 40000 manat mənəvi ziyan, vəkil üçün ödənilmiş 1040 manat və ödənilmiş 304 manat dövlət rüsumunun, cəmi 41304 manat ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
2. İddiaçılar daha sonra iddia tələbini dəqiqləşdirərək Cavabdeh1 10 min manat və Cavabdeh2 10 min manat olmaqla, cəmi 20 min manat mənəvi zərərin İddiaçı2 xeyrinə və Cavabdeh2 10 min manat Cavabdeh1 10 min manat olmaqla, cəmi 20 min manat mənəvi zərərin İddiaçı1 xeyrinə tutulması və vəkil bürosu üçün ödənilmiş 1040 manat və 152+152=304 manat dövlət rüsumu olmaqla cəmi 41304 manat pulun İddiaçı2 və İddiaçı1 xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
Qarşılıqlı İddia tələbi
3.Qarşılıqlı iddia tələbi üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddia tələbi üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mənəvi zərərə görə cavabdehlər İddiaçı1 və İddiaçı2 hər birindən ayrı-ayrılıqda 2000 manat tutulmaqla, cəmi 4000 manat pul vəsaitinin iddiaçı Cavabdeh2, mənəvi zərərə görə cavabdehlər İddiaçı1 və İddiaçı2 hər birindən ayrı-ayrılıqda 2000 manat tutulmaqla cəmi 4000 manat pul vəsaitinin iddiaçı Cavabdeh1 ödənilməsi, hüquqi xidmətə görə cavabdehlər İddiaçı1 və İddiaçı2 300 manat tutulmaqla cəmi 300 manat pul vəsaitinin iddiaçı Cavabdeh2 ödənilməsi, dövlət rüsumunun əvəzi olaraq 120 manat pul vəsaitinin cavabdehlərdən tutularaq iddiaçılara ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar.
4. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsini onunla əsaslandırmışlar ki, “X1 İnstitutu” X15 həkim-anestezioloq-reanimatoloqları (xx.xx.2022-xx.xx.2023-illərdə işləmiş) Cavabdeh1 və (xx.xx.2006-xx.xx.2024-cü illərdə işləmiş) Cavabdeh2 tərəfindən iddiaçılara (direktor) İddiaçı2 və (baş həkim-direktor müavini) İddiaçı1 şər-böhtan atılaraq onların şəxsi və iş həyatlarına ləkə yaxmağa çalışılmışdır. Belə ki, İddiaçı1 və İddiaçı2 (iddiaçılar) haqqında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və Azərbaycan Respublikası Baş Prokurorluğuna məktub göndərərək guya onların xəstələrə pulsuz verilən dərman preparatlarını mənimsəmələri, şəxsi maraqları üçün xəstələri reanimasiyada saxlayaraq pensiya düzəltmələri və sair qanunsuz hərəkətlər etdiklərini bildirərək şikayət etmişlər. Cavabdeh1 və Cavabdeh2 (cavabdehlər) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə ünvanlanmış xx.xx.2023 tarixli şikayət ərizəsi ilə bağlı xx.xx.2023-cü il tarixli, 88 nömrəli əmrlə yardılmış araşdırma komissiyası tərəfindən müvafiq protokol tərtib edilmiş və rəy verilmişdir. Rəydə qərar alındı hissəsində, komissiyanın araşdırmaları ilə əlaqədar əldə edilmiş nəticələrə əsasən şikayət ərizəsində irəli sürülən iddialar heç bir sübüt növü ilə təsdiqini tapmadığına görə əsassız hesab edilməsi, əmək qanunvericiliyinin tələbləri baxımından bütün tibb heyyəti üzvlərinin əmək funksiyalarına nəzərdə tutulan öhdəlikləri yerinə yetirməsinə nəzarətin gücləndirilməsi tövsiyyə edilmiş, institutun işgüzar nüfuzuna xələl gətirən qərəzli məlumatların, habelə təxribat xarakterli iddiaların təsdiqini tapmadığı əsas tutularaq təqsirli şəxslər barəsində müvafiq tədbirlərin görülməsi məqsədə uyğun hesab edilməsi qeyd edilmişdir. Bundan əlavə şikayət Nizami rayon prokurorluğu tərəfindən araşdırılmış, iddiaçıların və digər şəxlərin izahatı alınmış həmçinin təyin edilmiş yoxlamanın nəticəsi tam təkzib edilərək xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həkim–anestezioloq-reanimatoloqlar Cavabdeh1 və Cavabdeh2 tərəfindən, (direktor) İddiaçı2 və (baş həkim) İddiaçı1 atılan şər-böhtan yalan olduğu üçün heç bir yerdə öz təsdiqini tapmamış və iddiaçılara bununla bağlı mənəvi ziyan dəymişdir. Buna görə də, mənəvi ziyanın maddi cəhətdən qarşılığı olmasa belə, cavabdehlərin şər-böhtan atdıqlarına görə iddiaçıların hər birinə 10000 manat pul vəsaitinin ödənilməsi tələbi zəruri olmuşdur.
Qarşılıqlı İddia tələbinin əsaslandırılığı hallar.
5. Cavabdeh2 18 ilə yaxın müddət ərzində “X1 İnstitutu” X18 adlanan müəssisədə həkim-anestezioloq- reanimatoloq vəzifəsində işləmişdir. X7 bir ildən artıq müddət ərzində “X1 İnstitutu” adlanan müəssisədə həkim-anestezioloq-reanimotoloq vəzifəsində işləmişdir. Müəssisədə qanun pozuntusu kimi gördükləri hallar barədə müxtəlif dövlət qurumlarına yazılı və şifahi qaydada şikayətlər etmişlər. Nəticədə araşdırmalar başlanmış, X4 Bakı şəhər İdarəsi tərəfindən müəssisənin direktoru İddiaçı2 iddiaçıların əmək hüquqlarının kobud pozulması hallarına sistematik yol verdiyinə görə üç dəfə inzibati qaydada tənbeh edilmişdir. Bundan sonra cavabdehlər tərəfindən onlara qarşı daha amansız münasibət başlanmış, dəfələrlə açıq təhdidlər və təhqirlər səsləndirilmiş, öz ərizələri ilə könüllü şəkildə vəzifələrindən azad olunmayacaqları təqdirdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən çıxarılacaqları barədə xəbərdar olunmuşlar. 04 oktyabr 2023-cü il tarixdə cavabdehlərin rəhbərlik etdikləri tibb müəssisəsində baş verən hallarla bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, X6 və Azərbaycan Respublikası Prezident Administrasiyasına birlikdə kollektiv müraciətlər göndərmişlər. X8 Müfəttişliyi tərəfindən araşdırıldıqdan sonra məlum olmuşdur ki, həqiqətən də cavabdehlərin yaramaz və istismarçı fəaliyyəti nəticəsində iddiaçıların əmək hüquqları kobudcasına pozulmuş, qanunvericilikdə nəzərdə tutulmuş müddətdən artıq saatlar üzrə işlərin görülməsinə cəlb olunmuşlar, əmək haqqlarına əlavələri lazimi məbləğdə ödənilməmiş və istirahət hüquqları təmin edilməmişdir. Elektron kabinet vasitəsilə məhkəməyə təqdim edilmiş X9 Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, onların şikayətləri əsasında “X1 İnstitutu” X15 direktoru cavabdeh İddiaçı2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4 və 198.1.5-ci maddələrinə əsasən inzibati məsuliyyətə cəlb edilmişdir. Belə ki, tətrib edilmiş MN1933569 nömrəli xx.xx.20223-cü il tarixli və MN1614172 nömrəli xx.xx.2023-cü il tarixli inzibati tənbehvermə haqqında qərarlar məhz onların şikayətləri əsasında qəbul olunmuşdur. Bundan başqa iddiaçı Cavabdeh2 təkrar şikayəti əsasında əvvəlki inzibati tənbehlərdən nəticə çıxarmamış cavabdeh İddiaçı2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4 və 198.1.5-ci maddələrinə əsasən xx.xx.2024-cü il tarixli MN2121685 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək həmin məcəllənin 192.4-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixli MN1613783 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, iş vaxtından artıq vaxta işəgötürən tərəfindən işlərin yerinə yetirilməsinə cəlb edildiyinə görə əmək haqqına əlavələrin on gün müddətində əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq yenidən hesablanıb ödənilməsini təmin edib, nəticəsi barədə idarə rəhbərliyinə məlumat verilməsi ilə bağlı məktub göndərilmişdir. Buna baxmayaraq cavabdehlər ödənişləri təmin etməmişdirlər. Sonradan X4 MN1933569 nömrəli xx.xx.2023-cü il tarixli və MN ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati tənbehvermə haqqında qərarlarından cavabdeh İddiaçı2 tərəfindən Nizami rayon Məhkəməsinə şikayət verilmişdir. Nizami rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(007)-1550/2024nömrəli qərarı ilə İddiaçı2 vediyi şikayət təmin edilmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin rəis müavini Nərmin Mirzəyeva tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 3-17/1-890/2024 nömrəli qərar ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Nizami rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(007)-13550/2024 nömrəli qərarından X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Nizami rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(007)-1550/2024 nömrəli qərarı ləğv edilmiş və X4 Bakı şəhər İdarəsinin qərarları dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin həmin qərarı ilə həmçinin müəyyən edilmişdir ki, Cavabdeh1 10/20xx-xx/2023-cü il tarixli işçinin şəxsi vərəqəsindən görünür ki, 2022-ci ilin oktyabr ayından dekabr ayına kimi cəmi 69 iş günü, onlardan 40 gecə növbəsi saatı, 9 bayram növbəsi saatı işləmiş və ona ümumilikdə 3639.19 manat ödəniş hesablanmaqla, VİSA Kartına cəmi 2930,77 manat, 2023-cü ilin yanvar ayından dekabr ayına kimi cəmi 186 iş günü onlardan 352 gecə növbəsi saatı, 87 bayram növbəsi saatı işləmiş və ona ümumilikdə 32374,33 manat hesablanmaqla, VİSA kartına cəmi 24473,2 manat ödəniş edilmişdir. Bununla da sübut olunur ki, yalnız 2023-cü il üzrə cavabdeh İddiaçı2 tərəfindən iddiaçı Cavabdeh1 32374,33-24473,20=7901.13 manat əmək haqqı ödənilməmişdir. Cavabdeh2 2023-cü il tarixli işçinin şəxsi vərəqəsindən görünür ki, 2023-cü ilin yanvar ayından dekabr ayına kimi cəmi 229 iş günü, onlardan 392 gecə növbəsi saatı, 6 bayram növbəsi saatı işləmiş və ona ümumilikdə 40907,33 ödəniş hesablanmaqla, VİSA kartına cəmi 30297,29 manat ödəniş edilmişdir. Bununla da, sübüt olunur ki, yalnız 2023-cü il üzrə cavabdeh İddiaçı2 tərəfindən iddiaçı Cavabdeh2 40907,33 -30297,29= 10610,04 manat əmək haqqı ödənilməmişdir. Bundan başqa Nizami rayon prokurorluğunun xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarla iddiaçıların şikayət ərizələri əsasında başlanmış araşdırma yekunlaşmış və cavabdehlərin əməlində cinayət tərkibi müəyyən edilməmişdir. İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı1 tərəfindən aşkar şəkildə təhqir olunmuş, bu fakt həmkarlarının imzası ilə sənədləşdirilmişdir. Bundan başqa iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı1 tərəfindən təzyiqlərə məruz qalmış və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bu hallar onda mənfi emosiyalar doğurmaqla mənəvi zərər çəkməsinə səbəb olmuşdur. İddiaçı Cavabdeh2 İddiaçı1 tərəfindən yalan məlumatlarla şərlənmiş və onun barəsində həqiqətə uyğun olmayan informasiyalar yayılmışdır. xx.xx.2024-cü il tarixli təqdimatında Cavabdeh2 vəzifə öhdəliklərinə aid olmayan ilkin baxış və diaqnozun əsaslandırılması kimi əmək funksiyalarını icra etməməsi göstərilmiş, bununla yanaşı heç bir normativ hüquqi aktla onun üzərinə vəzifə kimi qoyulmamış digər vəzifə öhdəliklərinin yerinə yetirilməməsi kimi qeyd edilmişdir. Bundan başqa cavabdeh İddiaçı2 xx.xx.2024-cü il tarixli əmrlə iddiaçı Cavabdeh2 ilə bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi barədə əmr vermiş və əmrdə qeyd edilmişdir ki, guya iddiaçı Cavabdeh2 vəzifə öhdəliklərinə səhlənkar yanaşması xəstə ölümünün səbəblərindən biri olmuşdur. Bu böhtan və yalandır. Bu hallar onda mənfi emosiyalar doğurmaqla onun mənəvi zərər çəkməsinə səbəb olmuşdur.
Tərəflərin izahatları.
6. İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi (vəkil) Vəkil1 iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və Azərbaycan Respublikası Baş Prokurorluğuna, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, Tibbi Ərazi bölmələrinin İdarəetmə Birliyinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X6 şikayət ünvanlayaraq iddiaçıları dərman pereparatlarını satıb talamaqda və mənimsəməkdə, xəstələrin ölməsinə şərait yaratmaqda, saxta arayışların tərtib olunmasında ittiham etmiş, İddiaçı1 və İddiaçı2 korrupsioner adlandırmışdır. Həmin müraciətdə əks olunmuş məlumatlar iddiaçıların şərəf və ləyaqətinə toxunduğundan, onlar şərəf və ləyaqətinin qorunması məqsədilə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçılar fəlsəfə doktoru və alimdirlər, müəyyən müddətdir ki, “X1 İnstitutu” X15 məsul şəxsləridir, Azərbaycan Respublikasını müxtəlif beynəlxalq tədbirlərdə təmsil edirlər, lakin cavabdehlər onların barəsində əsassız iddialar səsləndirməklə onları cəmiyyətdə nüfuzdan salmışlar. Bununla bağlı olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyində və Nizami rayon prokurorluğunda araşdırmalar aparılmış, cavabdehlərin iddia etdikləri şər və böhtan xarakterli məlumatlar öz əksini tapmamış və nəticədə cinayət işinin başlanmasının rədd olunması ilə bağlı qərar qəbul edilmişdir. Bununla bağlı olaraq iddiaçılar nigarançılıq, ruhi sarsıntı, iztirab, həyəcan, məyusluq hissləri keçirmiş və mənəvi zərərə məruz qalmışlar. İddiaçılar X1 İnstitutu” X15 məsul şəxsləridir, cavabdehlər isə həmin müəssisədə əmək müqaviləsi əsasında işləyən həkim-anestezioloqreanimatoloqlarıdır. Həmin şəxslərə işdə yol verdikləri nöqsanlara görə rəhbərlik tərəfindən bir neçə dəfə xəbərdarlıq, irad, töhmət verilmişdir. Hətta iş materiallarında olan fotoşəkildən də görünür ki, Cavabdeh2 əməliyyat apararkən öz vəzifə öhdəliklərinə səhlənkar yanaşaraq əməliyyat üçün lazımi olaraq geyim formasından da düzgün istifadə etməmiş və bununla bağlı olaraq ona rəhbərlik tərəfindən irad bildirilmişdir. Bütün bu hallar onu göstərir ki, cavabdehlər öz vəzifə səlahiyyətlərini aşmışlar və onlara bununla bağlı irad bildirilmişdir. Qeyd olunanlara əsasən ilkin iddia ərizəsinin təmin olunması və qarşılıqlı iddia ərizəsinin rədd olunmasını xahiş etmişdir.
7. Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, Cavabdeh2 “X1 İnstitutu” X17 adlanan müəssisədə əmək müqaviləsi əsasında həkim-anestezioloq-reanimatoloq vəzifəsində işləmişdir. Cavabdehlər müəssisədə qanun pozuntusu kimi gördükləri hallar barədə müxtəlif dövlət qurumlarına yazılı və şifahi qaydada şikayətlər etmişlər. Nəticədə araşdırmalar başlanmış, X4 Bakı şəhər İdarəsi tərəfindən müəssisənin direktoru İddiaçı2 əmək hüquqlarının kobud pozulması hallarına sistematik yol verdiyinə görə üç dəfə inzibati qaydada tənbeh edilmişdir. Bundan sonra rəhbərlik tərəfindən onlara qarşı daha amansız münasibət başlanmış, dəfələrlə açıq təhdidlər və təhqirlər səsləndirilmiş, öz ərizələri ilə könüllü şəkildə vəzifələrindən azad olunmayacaqları təqdirdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən çıxarılacaqları barədə xəbərdar olunmuşlar. 04 oktyabr 2023-cü il tarixdə iddiaçıların rəhbərlik etdikləri tibb müəssisəsində baş verən hallarla bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, X6 və Azərbaycan Respublikası Prezident Administrasiyasına birlikdə kollektiv müraciətlər göndərmişlər. X8 Müfəttişliyi tərəfindən araşdırıldıqdan sonra məlum olmuşdur ki, həqiqətən də iddiaçıların yaramaz və istismarçı fəaliyyəti nəticəsində cavabdehlərin əmək hüquqları kobudcasına pozulmuş, qanunvericilikdə nəzərdə tutulmuş müddətdən artıq saatlar üzrə işlərin görülməsinə cəlb olunmuşlar, əmək haqqlarına əlavələri lazimi məbləğdə ödənilməmiş və istirahət hüquqları təmin edilməmişdir. Bundan əlavə Cavabdeh2 həmin müəssisədə “Albumin və Midezalon” adlı dərmanların tapılmaması halına şahid olmuş və bu dərmanları rəhbərlikdən tələb etdikləri zaman onlara rəhbərlik tərəfindən bildirilmişdir ki, bu dərmanlar müəssisədə yoxdur. Cavabdehlər bu halın korrupsiya hüquq pozması olduğunu hesab etmişlər və bu səbəbdən də Baş Prokurorluğa, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və Əmək Müfəttişliyinə müraciət etmişlər. Prokurorluq tərəfindən yoxlama göndərilmiş, məlum olmuşdur ki, dərmanlarda çatışmamazlıq yoxdur. Bundan sonra Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq işdən çıxarılmışlar. Hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 şərəf və ləyaqətinə, işgüzar nifuzuna toxunacaq heç bir hal mövcud deyildir. Bundan əlavə bu məlumatların yayılması halı da mövcud olmalıdır, lakin belə bir hal mövcüd deyildir. İddiaçıların özünün müraciəti əsasında araşdırma komissiyası təşkil olunmuşdur və bu məlumatlar iddiaçıların öz təşəbbüsu ilə yayılmışdır. Qeyd olunanlara əsasən ilkin iddianın rədd olunmasını və qarşılıqlı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
8. Cavabdeh1 ilkin iddianı qəbul etməyətək bildirmişdir ki, o, bir il ərzində “X1 İnstitutu” X17 adlanan müəssisədə əmək müqaviləsi əsasında həkim-anestezioloqreanimatoloq vəzifəsində işləmişdir. Həmin müəssisədə “Albumin və Midezalon” adlı dərmanların tapılmaması halına şahid olmuş və bu dərmanları rəhbərlikdən tələb etdikləri zaman onlara rəhbərlik tərəfindən bildirilmişdir ki, bu dərmanlar müəssisədə yoxdur. Bununla bağlı olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və Azərbaycan Respublikası Baş Prokurorluğuna, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, Tibbi Ərazi bölmələrinin İdarəetmə Birliyinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X6 şikayət ünvanlamışlar. Bununla bağlı olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyində və Nizami rayon prokurorluğunda araşdırmalar aparılmış və nəticədə cinayət işinin başlanmasının rədd olunması ilə bağlı qərar qəbul edilmişdir. Bundan sonra o və Cavabdeh2 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq işdən çıxarılmışlar. Hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 şərəf və ləyaqətinə, işgüzar nifuzuna toxunacaq heç bir hal mövcud deyildir. Əksinə müəssisədə keçirilən iclasların birində ETAXİ-nin baş həkimi İddiaçı1 ayağa qalxaraq yüksək səslə kollektivin içində onu rus dilində tərbiyyəsiz adlandırmışdır. Qeyd olunanlara əsasən qarşılıqlı iddianın təmin olunması, ilkin iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir
Şahid ifadələri
9. Şahid1 ifadə verərək bildirmişdir ki, tərəflərin heç biri ilə qohumluq əlaqəsi yoxdur. xx.xx.2022-ci il - xx.xx.2023-cü il tarixdə “X1 İnstitutun”-da xadimə vəzifəsində işləmişdir. Cavabdeh1 və Cavabdeh2 işlədiyi müddət ərzində tanımışdır. Müəssisədə dərman çatışmazlığı olduğundan həkimlər İddiaçı1 və İddiaçı2 çatışmayan dərmanların verilməsini tələb etmişlər. “X1 İnstitutun İnstitutunun” baş həkimi onun başqa həkimlərdən eşitdiyinə görə Cavabdeh1 “tərbiyyəsiz” demişdir. Onun özünü X1 İnstitutun İnstitutun”dan guya xəstəyə döşək üzü satması ilə bağlı çıxartmışlar.
10. Şahid X2 ifadə verərək bildirmişdir ki, 2021-2024-cü ilin iyul ayının ikisinə kimi “X1 İnstitutun”-da həkim-revmatoloq vəzifəsində işləmişdir. Cavabdeh1 və Cavabdeh2 işlədiyi müddət ərzində tanımışdır. O, “X1 İnstitutun”-da işlədiyi zaman bəzən “Albumin” adlı dərman çatışmırdı və bununla bağlı olaraq aptekə məlumat verilirdi. Cavabdeh1 və Cavabdeh2 bonus, şərait və dərmanlarla bağlı şikayət edirdilər. Cavabdeh1 və Cavabdeh2 bununla bağlı olaraq Səhiyyə Nazirliyinə şikayət etmişdirlər. Bundan əlavə bir nəfər şəxs onun növbəsində vəfat etmiş və bununla bağlı olaraq xəstənin yaxınlarına məlumat vermişlər. Bu zaman baş həkimlə Xəyal arasında insident yaranmış və baş həkim ona tərbiyəsiz demişdir. Bununla bağlı olaraq akt tərtib olunmuşdur.
11. Şahid X5 ifadə verərək bildirmişdir ki, o, “X1 İnstitutun”-da 2022-2023-cü illərdə xadimə vəzifəsində işləmişdir. Cavabdeh1 və Cavabdeh2 işlədiyi müddət ərzində tanımışdır. Cavabdeh1 dərmanlar çatışmadığı zaman dərmanların verilməsini tələb etmişdir. Bəzi hallarda dərman çatışmayan zaman xəstə yaxınlarından dərmaların alınmasını tələb olunurdu.
İş materialları
12. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsi tərəfindən 13 yanvar 2024-cü il tarixli №3-17-5/2-4- 1591/2024 saylı Cavabdeh1 və digərinə ünvanlanmış məktubundan müəyyən olunur ki, “X1 İnstitutu” X15 direktoru İddiaçı2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4 və 198.1.5-ci maddəsinə əsasən tərtib olunmuş MN ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokola uyğun olaraq bu Məcəllənin 192.4-cü maddəsinə əsasən MN1614172 nömrəli xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmçinin 10 gün müddətində Cavabdeh1 və Cavabdeh2 iş vaxtından artıq iş saatlarında işlərin yerinə yetirilməsinə cəlb olunmaqlarına görə əmək haqqlarına əlavələrin hesablanaraq son haqq-hesablarının qanunvericiliyin tələblərinə uyğun olaraq ödənilməsini təmin edib, nəticəsi barədə X9 Xidməti Bakı şəhər İdarəsinə məlumat verilməsi ilə bağlı “X1 İnstitutu” X15 direktoru İddiaçı2 3-17-5/2-53929/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktub göndərilmişdir. Həmçinin təqdim olunmuş sənədlərə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən Cavabdeh1 ilə “X1 İnstitutu” X15 işəgötürəni arasında xx.xx.2022-ci tarixində bağlanmış müddətli (xx.xx.2022-ci tarixindən xx.xx.2023cü il tarixinədək 1 il 1 gün müddətinə) əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsininin 68-ci maddəsinin ikinci hissəsinin “b” bəndinə(əmək müqaviləsinin müddətininin qurtarması) əsasən bu Məcəllənin 73-cü maddəsinin ikinci hissəsinin tələbi gözlənilməklə xitam verildiyi, Cavabdeh2 ilə xx.xx.2006ci tarixində bağlanmış əmək müqaviləsinə dair bildirişin isə qüvvədə olduğu məlum olmuşdur. Eyni zamanda müraciətlərin Cavabdeh1 əmək qabiliyyətini müvəqqəti itirməyinə görə müavinətinin düzgün hesablanıb ödənilməməsi hissəsi ilə bağlı bildirilmişdir ki, “X1 X10 Şəxsin rəhbərliyi tərəfindən təqdim olunmuş digər sənədlərdən və aktdan əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin Dövlət Sosial Müdafiə Fondu tərəfindən zədənin məişətdə və ya istehsalatda baş verməsi barədə sığortaolunanın izahatı işəgötürənə təqdim etməkdən imtina etdiyi məlum olmuşdur.
13. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən 14 oktyabr 2024-cü il tarixli №3-17-5/2-İ-72436/4/2024 tarixli Cavabdeh2 ünvanlanmış məktubdan müəyyən olunur ki, İdarə tərəfindən müəssisənin direktoru İddiaçı2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü və 198.1.5-ci maddələrinə əsasən xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək bu məcəllənin 192.4-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixli MN1613782 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edildiyinə görə əmək haqlarına əlavələrin 10 gün müddətində əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq yenidən hesablanıb ödənilməsini təmin edib, nəticəsi barədə İdarəyə məlumat verməsi ilə bağlı müəssisələrin rəhbərliyinə xx.xx.2024-cü il tarixli 3-17- 5/263769/2024 nömrəli məktub göndərilmişdir. Eyni zamanda Cavabdeh2 izahatına əlavə edilmiş sənədlərdən intizam tənbehinə cəlb edilməsi barədə xx.xx.2024-cü il tarixli 415-k nömrəli və əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli 511-k nömrəli əmrlərlə tanış olduğu məlum olmuş, lakin əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 80-ci maddəsinə uyğun olaraq Həmkarlar Komitəsinin qərarı nəzərə alınmış olsa da, 511-k nömrəli əmrdə əsas kimi göstərilmiş digər müvafiq sənədlər (təqdimat, izahat, xəstəlik tarixləri, həmkarlar komitəsinin xx.xx.2024-cü il tarixli 5 nömrəli protokolu) müəssisənin rəhbərliyi tərəfindən araşdırmaya təqdim olunmadığından İdarə tərəfindən həmin məsələyə münasibət bildirmək mümkün olmamışdır.
14. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(103)-1505/2024 tarixli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X9 Xidmətinin Hüquq İdarəsi tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsi, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(007)- 1550/2024 nömrəli qərarının ləğv edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X9 Xidmətinin Hüquq İdarəsi tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X1 İnstitutu” X15 direktoru İddiaçı2 barəsində qəbul edilmiş inzibati tənbeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X9 Xidmətinin rəis müavini Nərmin Mirzəyeva tərəfindən qəbul edilmiş, xx.xx.2024-cü il tarixli, 3-17/1-890/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılması müəyyən olunur
15. xx.xx.2023-cü il tarixli Cavabdeh1 və Cavabdeh2 tərəfindən Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, Tibbi Ərazi bölmələrinin İdarəetmə Birliyinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X6 ünvanlanmış şikayət ərizəsindən müəyyən olunur ki, Cavabdeh1 və Cavabdeh2 X1 İnstitutunda şikayət ərizəsində sadalanan özbaşınalıqlar, qanun pozuntuları, korrupsiya və yeyinti halları, əmək hüquqlarının pozulmasının hallarının günbəgün artması, direktor İddiaçı2 və baş həkim İddiaçı1 öz ətrafı ilə birlikdə tibb müəssisəsini soyub talamaları, heç nəyə məhəl qoymamaları, baxımsızlıq, səhlənkarlıq və dərmanların gizlədilməsi ucbatından xəstələrin ölmələri barədə məlumat verərək, bu hallara son qoyulması üçün ciddi şəkildə qanunamüvafiq tədbirlər götürülməsini xahiş etmişlər.
16. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X1 İnstitutu” X18 tərəfindən xx.xx.2024-cü il tarixdə №415-k verilmiş İntizam tənbehinə cəlb etmə barədə əmrdən müəyyən olunur ki, Cavabdeh2 iş növbəsində olduğu xx.xx.2024-cü, xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixlərində xəstəlik tarixində heç bir qeydiyyat aparmadığına, xəstənin vəziyyətini qiymətləndirmədiyinə, xəstəlik tarixində yazılı təyinatı olmadan xəstəyə tibb bacısı tərəfindən “Natrium bikarbonat” (soda) köçürülməsinin qarşısını almadığına, xəstənin qan qazları nəzərə alınaraq respirator dəstəyi edilmədiyinə görə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci bəndinin “a” yarımbəndinə əsasən “Töhmət” verilmişdir.
17. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X1 İnstitutu” X18 tərəfindən xx.xx.2024-cü il tarixdə №511-k verilmiş Vəzifədən azad etmə, əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən müəyyən olunur ki, əvvəllər də işəgötürən tərəfindən verilmiş intizam tənbehlərindən nəticə çıxarmayaraq, 6 ay ərzində təkrar əmək funksiyasını pozduğuna görə (AR əmək məcəlləsi 72-ci maddəsinin “ə” bəndinə uyğun olaraq) Cavabdeh2 ilə bağlanmış xxxxxxx000107 saylı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2024-cü il tarixində xitam verilmişdir.
18. İcbari Tibbi sığortası üzrə X12 Ərazi Bölmələrini İdarəetmə Birliyi “X1 İnstitutu” tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli Xəbərdarlıq edilməsi barədə 477 nömrəli Əmrdən müəyyən olunur ki, “X1 İnstitutunun anesteziologiya reanimasiya və intensiv terapiya şöbəsinin müdir əvəzi Cavabdeh2 şöbədaxili iş prosesini düzgün qura bilmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin üçüncü bəndinə əsasən, “Xəbardarlıq” edilmişdir.
19. Azərbaycan Respublikası İcbari Tibbi sığortası üzrə X12 Ərazi Bölmələrini İdarəetmə X14 şəxs Səhiyyə Nazirliyi “X1 İnstitutu” X18 tərəfindən xx.xx.2022-ci tarixli 397-k nömrəli əmrdən müəyyən olunur ki, Cavabdeh2 anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin həkim-anestezioloq-reanimatoloqu xx.xx.2022-ci tarixində“Anesteziologiya-Reanimatologiya” ixtisası üzrə test imtahanında iştirak etmiş, 39 bal toplamışdır. Keçid balının 40 olduğunu nəzərə alaraq, onun topladığı bal sayı qeyriməqbul sayılmış və o sertifikasiyadan keçməyən işçi hesab olunmuşdur.
20. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X1 İnstitutu” X18 tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş Xəbərdarlıq edilməsi barədə 288 nömrəli Əmrdən müəyyən olunur ki, həkim-anestezioloq- reanimatoloq Cavabdeh1 oksigendən asılı olan xəstələrin müalicə aldığı şöbədə siqaret çəkərək, infeksion rejim qaydalarını pozduğuna görə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin üçüncü bəndinə əsasən “Xəbərdarlıq” edilmişdir.
21. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X1 İnstitutu” X18 tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş İntizam tənbehinə cəlb edilmə barədə 15-k nömrəli Əmrdən müəyyən olunur ki, həkim-anestezioloq- reanimatoloq Cavabdeh2 işə vaxtında gəlmədiyinə və iş növbəsi zamanı vəzifə öhdəliklərini yerinə yetirmədiyinə görə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci bəndinə əsasən, “Töhmət” verilmişdir.
22. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X1 İnstitutu” X18 tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş Xəbərdarlıq edilməsi barədə 233-k nömrəli Əmrdən müəyyən olunur ki, həkim-anestezioloq- reanimatoloq Cavabdeh2 dəfələrlə edilmiş şifahi xəbərdarlıqlara məhəl qoymayaraq, təkrarən işə gecikdiyinə və işə davamiyyət jurnalına imza etmədiyinə görə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin üçüncü bəndinə əsasən, “Xəbərdarlıq” edilmişdir.
23. Bakı şəhər Nizami rayon Prokurorluğu tərəfindən xx.xx.2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında Qərardan müəyyən olunur ki, toplanmış 24-3-2- 2/316-0257 nömrəli material üzrə cinayət işinin başlanması rədd olunmuşdur. Bakı şəhər Nizami rayon Prokurorluğu tərəfindən xx.xx.2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında Qərardan müəyyən olunur ki, materiala əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən daxil olmuş 13 iyun 2024-cü il tarixli, 3-28/2- 4463/2024 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 02 may 2024-cü il tarixli, 3-28/3-3-22/2024 nömrəli sərəncamı ilə yaradılmış komissiya tərəfindən 06-13 may tarixlərində İnstitutda monitorinq keçirilmişdir. Monitorinq zamanı İnstitutun aptek şöbəsi üzrə illik hesabatlar, mədaxil və məxaric sənədləri yoxlanılmış, dərman vasitələri və tibbi ləvazimatların aylıq dövriyyəsi araşdırılmış və uyğunsuzluq aşkar edilməmişdir. Həkimlərin əmək haqqları dövlət büdcəsindən ayrılan vəsait hesabına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 09 yanvar tarixli, 02 nömrəli qərarı ilə müəyyən edilmişdir. İcbari tibbi sığorta çərçivəsində göstərilən xidmətlərdən əldə olunan vəsait hesabına isə tibb işçilərinin aylıq əmək haqqlarına həvəsləndirici əlavələr edilir. Onların miqdarı xəstə sayına, müayinə və müalicə növünə, iş rejiminə uyğun hesablanır.
24. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə ünvanlanmış xx.xx.2023 tarixli şikayət ərizəsi ilə bağlı xx.xx.2023-cü il tarixli, 88№-li əmrlə yaradılmış araşdırma komissiyasının rəyindən müəyyən olunur ki, komissiyanın araşdırmaları ilə əlaqədar əldə edilmiş nəticələrə əsasən şikayət ərizəsində irəli sürülən iddialar heç bir sübüt növü ilə təsdiqini tapmadığına görə əsassız hesab edilməsi, əmək qanunvericiliyinin tələbləri baxımından bütün tibb heyyəti üzvlərinin əmək funksiyalarına nəzərdə tutulan öhdəlikləri yerinə yetirməsinə nəzarətin gücləndirilməsi tövsiyyə edilmiş, institutun işgüzar nüfuzuna xələl gətirən qərəzli məlumatların, habelə təxribat xarakterli iddiaların təsdiqini tapmadığını əsas tutaraq təqsirli şəxslər barəsində müvafiq tədbirlərin görülməsi məqsədə uyğun hesab edilmişdir.
25. xx.xx.2023-cü il tarixli əlyazmadan görünür ki, xx.xx.2023-cü il tarixində ETAXİnin direktoru, reanimasiya şöbəsinin həkimləri ilə müşavirə keçirmiş və müşavirə zamanı ETAXİ-nin baş həkimi İddiaçı1 ayağa qalxaraq yüksək səslə kollektivin içində Cavabdeh1 rus dilində tərbiyyəsiz adlandırmışdır.
26. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X1 İnstitutu” X18 tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş Xəbərdarlıq edilməsi barədə 451 nömrəli Əmrdən müəyyən olunur ki, Cavabdeh2 xəstəlik tarixlərinin doldurulmasında yol verdiyi nöqsanların aradan qaldırılması məqsədi ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin üçüncü bəndinə əsasən, “Xəbərdarlıq” edilmişdir.
İşin faktiki halları.
27. “X1 İnstitutu” X15 həkim-anestezioloq-reanimatoloqları Cavabdeh1 və Cavabdeh2 tərəfindən Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, Tibbi Ərazi bölmələrinin İdarəetmə Birliyinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X6 ünvanlanmış şikayət ərizəsindən müəyyən olunur ki, Cavabdeh1 və Cavabdeh2 X1 İnstitutunda şikayət ərizəsində sadalanan özbaşınalıqlar, qanun pozuntuları, korrupsiya və yeyinti halları, əmək hüquqlarının pozulmasının hallarının günbəgün artması, direktor İddiaçı2 və baş həkim İddiaçı1 öz ətrafı ilə birlikdə tibb müəssisəsini soyub talamaları, heç nəyə məhəl qoymamaları, baxımsızlıq, səhlənkarlıq və dərmanların gizlədilməsi ucbatından xəstələrin ölmələri barədə məlumat verərək, bu hallara son qoyulması üçün ciddi şəkildə qanunamüvafiq tədbirlər götürülməsini xahiş etmişlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə ünvanlanmış xx.xx.2023 tarixli şikayət ərizəsi ilə bağlı xx.xx.2023-cü il tarixli, 88№-li əmrlə araşdırma komissiyası yaradılmış və komissiyanın araşdırmaları ilə əlaqədar əldə edilmiş nəticələrə əsasən şikayət ərizəsində irəli sürülən iddialar heç bir sübüt növü ilə təsdiqini tapmadığına görə əsassız hesab edilməsi, əmək qanunvericiliyinin tələbləri baxımından bütün tibb heyyəti üzvlərinin əmək funksiyalarına nəzərdə tutulan öhdəlikləri yerinə yetirməsinə nəzarətin gücləndirilməsi tövsiyyə edilmiş, institutun işgüzar nüfuzuna xələl gətirən qərəzli məlumatların, habelə təxribat xarakterli iddiaların təsdiqini tapmadığını əsas tutaraq təqsirli şəxslər barəsində müvafiq tədbirlərin görülməsi məqsədə uyğun hesab edilmişdir. Həmçinin Bakı şəhər Nizami rayon Prokurorluğu tərəfindən faktla bağlı araşdırma aparılmış və xx.xx.2024-cü il tarixdə toplanmış 24-3-2-2/316-0257 nömrəli material üzrə cinayət işinin başlanması rədd olunması barədə qərar qəbul olunmuşdur. Həmin qərarla müəyyən olunmuşdur ki, materiala əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən daxil olmuş 13 iyun 2024-cü il tarixli, 3-28/2-4463/2024 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 02 may 2024-cü il tarixli, 3-28/3-3-22/2024 nömrəli sərəncamı ilə yaradılmış komissiya tərəfindən 06-13 may tarixlərində İnstitutda monitorinq keçirilmişdir. Monitorinq zamanı İnstitutun aptek şöbəsi üzrə illik hesabatlar, mədaxil və məxaric sənədləri yoxlanılmış, dərman vasitələri və tibbi ləvazimatların aylıq dövriyyəsi araşdırılmış və uyğunsuzluq aşkar edilməmişdir. Həkimlərin əmək haqqları dövlət büdcəsindən ayrılan vəsait hesabına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004cü il 09 yanvar tarixli, 02 nömrəli qərarı ilə müəyyən edilmişdir. İcbari tibbi sığorta çərçivəsində göstərilən xidmətlərdən əldə olunan vəsait hesabına isə tibb işçilərinin aylıq əmək haqqlarına həvəsləndirici əlavələr edilir. Onların miqdarı xəstə sayına, müayinə və müalicə növünə, iş rejiminə uyğun hesablanır.
Tətbiq edilən hüquq.
28. Azərbaycan Respublikasının Konstitusiyası.
Maddə 24. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipi İ. İnsan ləyaqəti qorunur və ona hörmət edilir. İİ. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. İİİ. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Maddə 26. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi İ. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. İİ. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə 46. Şərəf və ləyaqətin müdafiəsi hüququ İ. Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. İİ. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz.
29. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 23. Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir.
30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarı
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 41-ci maddəsinə, habelə digər normalarına əsaslanaraq mənəvi zərərin müəyyən edilməsinə dair müvafiq təcrübə formalaşdırmışdır. Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlar). Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqazidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqazidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. Avropa Məhkəməsinin yuxarıda qeyd olunan Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə Qərarında, həmçinin göstərilmişdir ki, şəxslərin mənəvi iztirablarının dərəcəsinin müəyyən edilməsi üçün qohumluq əlaqələrinin yaxınlıq dərəcəsi, qohumluq münasibətlərinin spesifikası, qohumun hadisənin şahidi olub-olmaması və s. faktorların müəyyən edilməsi əhəmiyyət kəsb edir. Avropa Məhkəməsi Maksimov Rusiyaya qarşı iş üzrə 2010-cu il 18 mart tarixli Qərarında qeyd etmişdir ki, kompensasiyanın hesablanması qaydası mürəkkəbdir. Fiziki və ya mənəvi iztirablara dair işlərə baxılarkən bu proses daha da çətinləşir. Ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi kompensasiyanın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az kompensasiyanın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarının 8-ci bəndinə əsasən, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. Həmçinin məhkəmələr tərəfindən nəzərə alınmalıdır ki, şəxsin ölümü və ya sağlamlığına vurulmuş zərər təkcə qohumlarının deyil, həm də onun dostlarının, tanışlarının da mənəvi sarsıntı, məyusluq hissləri keçirməsinə səbəb ola bilər. Lakin məhkəmələr hüquq pozuntusu nəticəsində yaranan mənəvi zərərə görə şəxsin məsuliyyətini müəyyən edərkən güclü emosional hisslərlə ağır mənəvi sarsıntı və iztirab hisslərini fərqləndirməlidirlər.
31. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli Qərarı
7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər.
10. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
33. İşin mübahisəsiz hallarından müəyyən olunur ki, tərəflər müəyyən müddətdir ki, bir kollektivdə işləmiş, bir-birini yaxından tanıyır və onlar arasında əmək fəaliyyəti ilə bağlı iş birliyi olmuşdur. 34.”X1 İnstitutu” X15 həkim-anestezioloq-reanimatoloqları Cavabdeh1 və Cavabdeh2 tərəfindən Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, Tibbi Ərazi bölmələrinin İdarəetmə Birliyinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X6 ünvanlanmış şikayət ərizəsindən müəyyən olunur ki, Cavabdeh1 və Cavabdeh2 X1 İnstitutunda şikayət ərizəsində sadalanan özbaşınalıqlar, qanun pozuntuları, korrupsiya və yeyinti halları, əmək hüquqlarının pozulmasının hallarının günbəgün artması, direktor İddiaçı2 və baş həkim İddiaçı1 öz ətrafı ilə birlikdə tibb müəssisəsini soyub talamaları, heç nəyə məhəl qoymamaları, baxımsızlıq, səhlənkarlıq və dərmanların gizlədilməsi ucbatından xəstələrin ölmələri barədə məlumat verərək, bu hallara son qoyulması üçün ciddi şəkildə qanunamüvafiq tədbirlər götürülməsini xahiş etmişlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə ünvanlanmış xx.xx.2023 tarixli şikayət ərizəsi ilə bağlı xx.xx.2023-cü il tarixli, 88№-li əmrlə araşdırma komissiyası yaradılmış və komissiyanın araşdırmaları ilə əlaqədar əldə edilmiş nəticələrə əsasən şikayət ərizəsində irəli sürülən iddialar heç bir sübüt növü ilə təsdiqini tapmadığına görə əsassız hesab edilməsi, əmək qanunvericiliyinin tələbləri baxımından bütün tibb heyyəti üzvlərinin əmək funksiyalarına nəzərdə tutulan öhdəlikləri yerinə yetirməsinə nəzarətin gücləndirilməsi tövsiyyə edilmiş, institutun işgüzar nüfuzuna xələl gətirən qərəzli məlumatların, habelə təxribat xarakterli iddiaların təsdiqini tapmadığını əsas tutaraq təqsirli şəxslər barəsində müvafiq tədbirlərin görülməsi məqsədə uyğun hesab edilmişdir. Həmçinin Bakı şəhər Nizami rayon Prokurorluğu tərəfindən faktla bağlı araşdırma aparılmış və xx.xx.2024-cü il tarixdə toplanmış 24-3-2-2/316-0257 nömrəli material üzrə cinayət işinin başlanması rədd olunması barədə qərar qəbul olunmuşdur. Həmin qərarla müəyyən olunmuşdur ki, materiala əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən daxil olmuş 13 iyun 2024-cü il tarixli, 3-28/2-4463/2024 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 02 may 2024-cü il tarixli, 3-28/3-3-22/2024 nömrəli sərəncamı ilə yaradılmış komissiya tərəfindən 06-13 may tarixlərində İnstitutda monitorinq keçirilmişdir. Monitorinq zamanı İnstitutun aptek şöbəsi üzrə illik hesabatlar, mədaxil və məxaric sənədləri yoxlanılmış, dərman vasitələri və tibbi ləvazimatların aylıq dövriyyəsi araşdırılmış və uyğunsuzluq aşkar edilməmişdir. Həkimlərin əmək haqqları dövlət büdcəsindən ayrılan vəsait hesabına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004cü il 09 yanvar tarixli, 02 nömrəli qərarı ilə müəyyən edilmişdir. İcbari tibbi sığorta çərçivəsində göstərilən xidmətlərdən əldə olunan vəsait hesabına isə tibb işçilərinin aylıq əmək haqqlarına həvəsləndirici əlavələr edilir. Onların miqdarı xəstə sayına, müayinə və müalicə növünə, iş rejiminə uyğun hesablanır.
35. Hüquqi nöqteyi-nəzərdən şərəf şəxsiyyətin sosial əhəmiyyət kəsb edən ictimai qiyməti deməkdir. Başqa sözlə desək, şərəf şəxsiyyətin cəmiyyət tərəfindən qiymətləndirilməsi, yəni ətrafdakıların konkret şəxsiyyət barədə müsbət rəyi deməkdir. Ləyaqət şəxsiyyətin öz əxlaqi, peşə və digər keyfiyyətlərinə özünün qiymət verməsidir. Ləyaqət cəmiyyətin ona verdiyi qiymətə əsaslanan özünə hörmət deməkdir. Yuxarıda deyilənlər əsasında belə nəticəyə gəlmək olar ki, şərəf və ləyaqət vətəndaşın yaşadığı cəmiyyətin ona verdiyi obyektiv qiyməti və onun özü-özünə verdiyi qiyməti əks etdirən, birbiri ilə qarşılıqlı şəkildə əlaqəli və bir-birini tamamlayan anlayışlardır.
36. Hüquqdan sui-istifadə (lat. aemulatio) vətəndaşların öz hüquqlarından hüququn təyinatına zidd şəkildə, yolverilməz üsullarla istifadə etməsi şəklində xüsusi hüquqi davranış növüdür ki, bunun da nəticəsində cəmiyyətə, dövlətə, konkret şəxsiyyətə zərər vurulur. Bu hüquqi konstruksiya hələ roma hüququ zamanından yaxşı məlumdur. Roma hüququnda həmin konstruksiyanın əsas ideyası belə ifadə olunur: hər bir hüququn həyata keçirilmə hüdudu olmalıdır, əks halda başqa şəxslərin hüquqları pozulur, bu da öz növbəsində mülki dövriyyə üçün vacib olan vicdanlılıq və məntiqilik prinsiplərinə əməl olunmasını qeyri-mümkün edir. Beləliklə, hüquqdan sui-istifadə olunması hüququn başqa şəxsə ziyan vuran yolverilməz konkret davranışda təzahür edən və yaxud özgəsinin hüququ üçün təhdid yaradan anormal (faydasız, qeyri-adi, zərərli,) həyata keçirilməsi deməkdir. Bir qayda olaraq, hüquqdan sui-istifadə subyektiv hüquqdan bu hüququn sərhədlərini pozmaqla istifadə etməkdir. Subyektiv hüququn qanunla müəyyən olunmuş təsir hüdudlarından kənara çıxma müəyyən hüquqi nəticələrə gətirib çıxarır, bir şərtlə ki, səlahiyyətli hüquq-mühafizə orqanları bu faktı müəyyən etmiş olsun. Hüquqdan suiistifadə kompleks hüquqi hadisə kimi qəbul olunmalıdır. Bir tərəfdən, bu hüquqi məhdudiyyət subyektiv mülki hüquqdan sui-istifadənin qadağan olunması şəklində yaradılmış hüquqi tənzimləmə elementidir. Bu qadağanın məzmunu heç nəyə baxmayaraq baş verməsi mümkün olan müəyyən davranış variantının hüquqi cəhətdən yolverilməzliyini göstərir. Mülki hüquqda bu hüquqi məhdudiyyət hüquqdan sui-istifadənin yolverilməzliyi prinsipi şəklində öz ifadəsini tapır. Digər tərəfdən, bu fenomenin hüquqi təbiəti hüquqdan sui-istifadənin subyektiv mülki hüquq məhdudiyyətlərinə aid olunmasına dəlalət edir. Son kontekstdə hüquqdan sui-istifadə mülki hüquq subyektinin sosial və hüquqi məhdudiyyəti (buraya əxlaqi və hüquqi prinsipləri də aid etmək olar) subyektiv dərk etməsinə uyğun olaraq öz xüsusi hüquqi marağının təmin olunması üçün mülki hüququnu həyata keçirmə variantını seçərkən, yol verilən hərəkət sərbəstliyinin həddi rolu oynayır. Hüquqdan sui-istifadə zamanı davranışın hüquqa zidd olması qanun pozuntusunun hüquqi əlaməti kimi açıq ifadə olunmur. Ona görə də hüquqdan sui-istifadə qanun pozuntusu kimi qiymətləndirilmir. Bununla yanaşı, hüquqdan sui-istifadə hüquqi davranış kimi də qiymətləndirilə bilməz, çünki sonuncu sosial baxımdan faydalıdır. Son nəticədə hüquqdan sui-istifadə ya hüquqi davranış fenomenidir (burada qiymətləndirici meyar qanunun hərfidir), ya da qeyri-qanuni davranış fenomenidir (burada qiymətləndirici meyar qanunun ruhudur). Hüquqdan sui-istifadə zamanı davranışın hüquqa zidd olması təkcə qanuna zidd olmasında deyil, qanunu pozan şəxsin hüquq və maraqlarına zidd olmasındadır. Hüquqdan sui-istifadə qeyri-qanuni xarakter kəsb edən, qanun pozuntusuna çevrilə bilən, amma qanun pozuntusu sayılmayan hüquqi davranış tipinə aid edilməlidir. Hüquqdan sui-istifadə faktının aşkar olunması halında o, müdafiə olunmur və qorunmur. Hüquqdan sui-istifadənin hüquqi nəticələri ənənəvi deyil, burada hüquq pozuntusu üçün səciyyəvi olan hüquqi məsuliyyət yaranmır. Konkret işin hallarından asılı olaraq hüquqdan sui-istifadənin aşağıdakı nəticələri meydana gəlir: bu hərəkət həqiqətə uyğun olmayan hesab olunur; bu hərəkət qadağan olunur; subyektiv hüquqdan məhrum etmədən ondan istifadəyə xitam verilir və s.
37. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlmək olar ki, şərəf və ləyaqət hüququ hər bir fiziki şəxsin, əmək kollektivinin və ya təşkilatın ayrılmaz hüququdur. Bu hüququn pozulması böyük mənəvi ziyan, hərəkət azadlığına və ictimai mövqeyə zərbə vuraraq ətrafdakılarda əlverişsiz təəssürat yaradır. Hər bir şəxsiyyətin ləyaqətinin qorunması dövlətin vəzifələrindən biridir və hər hansı halın baş verməsi şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verməməlidir. İnsanın ləyaqəti qorunmalı və ona hörmət olunmalıdır.
38. İddiaçıların ilkin iddia tələbi ilə mənəvi zərərin əvəzi kimi 40000 manat, qarşılıqlı iddia ilə bağlı 8000 manat mənəvi zərərin tələb etməsi barədə məhkəmə aşağıdakıları qeyd edir. Belə ki, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.
39. Hazırki iş materiallarından görünür ki, iş üzrə cavabdehlər Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, Tibbi Ərazi bölmələrinin İdarəetmə Birliyinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X6 şikayət ünvanlayaraq iddiaçıları dərman pereparatlarını satıb talamaqda və mənimsəməkdə, xəstələrin ölməsinə şərait yaratmaqda, saxta arayışların tərtib olunmasında ittiham etmiş, İddiaçı1 və İddiaçı2 korrupsioner adlandırmışdır.
40. Məhkəmə hesab edir ki, cavabdehlərin dövlət orqanlarına müraciətləri nəticəsində Səhiyyə Nazirliyi və Bakı şəhər Nizami rayon Prokurorluğu tərəfindən faktla bağlı araşdırma aparılmış, araşdırma nəticəsində şikayətdə qeyd olunan faktlar öz təsdiqini tapmamışdır. İddiaçılar barəsində verilən şikayət kütləvi informasiya vasitələrində və s. yayılmasa belə, dövlət orqanlarına göndərilmiş, bununla bağlı araşdırma aparılmışdır. Avropa Məhkəməsinin öz qərarlarında qeyd etdiyi kimi, həmin müddət ərzində iddiaçılar psixoloji ağrı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyri-müəyyənlik kimi hisslərdən əziyyət çəkmiş və nəticədə mənəvi zərərə düçar olmuşlar.
41. Məhkəmə hesab edir ki, iddiaçılardan biri “X1 İnstitutu” X15 direktorudur, onun əmək münasibətləri sahəsində işəgötürənin kimi işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, əmək müqavilələrini ləğv etmək, işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək və s. kimi səlahiyyətlərə malikdir. İddiaçı həmçinin hazırkı cavabdehlərə münasibətdə işəgötürənin kimi bu hüquqlarından istifadə etmək və cavabdehlərdən öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək səlahiyyətinə malikdir. Cavabdehlərin iddiaçılar barəsində əsassız ünvanlanan şikayəti isə hüquqdan sui-istifadə hesab olunur və həmin faktın aşkar olunması halında o, müdafiə oluna və qoruna bilməz. Cavabdehlərin hüquqdan sui-istifadəsi nəticəsində zərərçəkən şəxlərin şəxsiyyəti və ləyaqəti alçaldılmış, bununla da iddiaçıların konstitution hüquqlarını pozmaqla onların iztiraba məruz qalmasına səbəb olmuşdur. Beləliklə məhkəmə diqqətəlayiq halları nəzərə almaqla hesab edir ki, zərərin məbləği ağlabatan və ədalətli olmalı və cavabdehlərin hər birindən 1000 manat pul vəsaiti tutularaq iddiaçılara ödənilməlidir.
42. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə hesab edir ki, cavabdehlər iddiaçılar tərəfindən onların əmək hüquqlarının kobudcasına pozulduğunu, qanunvericilikdə nəzərdə tutulmuş müddətdən artıq saatlar üzrə işlərin görülməsinə cəlb olunduğunu, əmək haqqlarına əlavələrin lazimi məbləğdə ödənilmədiyini və istirahət hüquqlarının təmin edilməməsini qeyd edərək bununla bağlı olaraq mənəvi zərərə məruz qaldıqlarını qeyd etmişlər. Tərəflərin verdiyi izahata görə cavabdeh tərəf öz hüquqlarının bərpa olunması məqsədilə işə bərpa tələbi ilə məhkəməyə müraciət etmiş, hal-hazırda həmin tələbə digər məhkəmə tərəfindən baxılır. Hal-hazırda iş materiallarından cavabdehlərin mənəvi zərərə məruz qalması müəyyən olunmur .
Məhkəmə xərcləri.
43. İş materiallarından göründüyü kimi iddiaçıların hər biri ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 152 manat məbləğində dövlət rüsumu, qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 120 manat pul vəsaiti ödəmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci maddəsi ilə qiymətləndirilən iddia ərizələrinin verilməsi üçün ödənilməli olan dövlət rüsumu məbləğinə uyğun olmuşdur.
Məhkəmənin gəldiyi nəticə.
44. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesаb edir ki, iddia qismən təmin olunmalı,Cavabdeh1 1000 manat mənəvi zərər tutularaq 500 manat İddiaçı1 və 500 manat İddiaçı2 ödənilməli, Cavabdeh2 1000 manat mənəvi zərər tutularaq 500 manat İddiaçı1 və 500 manat İddiaçı2 ödənilməli, iddia qalan hissədə təmin olunmamalıdır. İlkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilkin iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 qarşı mənəvi zərərə görə kompensasiya ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin olunmamalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İlkin iddia qismən təmin olunsun. Cavabdeh1 1000 (bir min) manat mənəvi zərər tutularaq 500 (beş yüz) manat İddiaçı1 və 500 (beş yüz) manat İddiaçı2 ödənilsin. Cavabdeh2 1000 (bir min) manat mənəvi zərər tutularaq 500 (beş yüz) manat İddiaçı1 və 500 (beş yüz) manat İddiaçı2 ödənilsin. İlkin iddia qalan hissədə təmin olunmasın. İş üzrə iddiaçılar tərəfindən ödənilmiş - 40 (qırx) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilsin. İlkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilkin iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 qarşı “mənəvi zərərə görə kompensasiya ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin olunmasın. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 aid olunsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Leyla Talıbova