Məhkəmə qərarları › İş №e-2(010)-3539/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3539/2022

12.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3539/2022 12.09.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, Ərizəçi İddiaçı və onun nümayəndəsi və vəkili X5 iştirakı ilə Ərizəçi İddiaçı qohumluq münasibətinin müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Ərizəçi İddiaçı qohumluq münasibətinin müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1927-ci il təvəllüdlü Tağı Cəfər oğlunun X13nun qardaşı, onun isə əmisi olması ilə bağlı qohumluq faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan SSR Bakı şəhəri X3 İcraiyyə Komitəsinin Bakı Şəhər Planlaşdırma İdarəsi yanında Şəhər-Uçot Müxəlləfat bürosu tərəfindən Bakı şəhərində bələdiyyələşdirilməmiş tikintilərin reyestrindən kitab № 209, səhifə 12151 19 mart 1948-ci il tarixdə Çıxarış verilmişdir və həmin Çıxarışa əsasən Bakı şəhəri Novaya 16 ünvanda yerləşən ev-mülk mülkiyyət hüququ əsasında 1/2 hissədə Dursun Məmməd qızının, 1/2 hissədə Cəfər Əsəd oğlunun adlarına qeydiyyatdan keçmişdir. 1965-ci ilin mart ayında Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən Bakı şəhəri Novaya 16 ünvanı üzrə Cəfər Əsəd oğlunun oğlu (vərəsələrindən biri) Tağı Cəfər oğlunun adına «Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid» Pasportu tərtib edilərək təsdiq edilmişdir. Həmin Pasportdan görünür ki, (səh: 1) ev sahibi (Tağı Cəfər oğlu) «Azərbaycan SSR Bakı şəhəri X3 İcraiyyə Komitəsinin Bakı Şəhər Planlaşdırma İdarəsi yanında Şəhər-Uçot Müxəlləfat bürosu tərəfindən Bakı şəhərində bələdiyyələşdirilməmiş tikintilərin reyestrindən kitab № 209, səhifə 12151 19 mart 1948-ci il tarixdə Çıxarış» üzrə sahənin və ev mülkünün həqiqi istifadəçisi sayılır. Həmçinin, həmin Pasportdan görünür ki, «Cəmi meydançanın sahəsi 236 kv/m»dir. Cəfər Əsəd oğlu onun babası, Tağı Cəfər oğlu isə əmisidir. Babası xx.xx.1958-ci il tarixdə vəfat edib. Babası ilə barəbar həmin ünvanda atası - Müseyib Cəfər oğlu öz ailəsi ilə, həmçinin əmisi Tağı Cəfər oğlu öz ailəsi ilə yaşamışdır. Sonradan əmisi Tağı Cəfər oğlu öz ailəsi ilə birlikdə başqa ünvana köçmüş, babadan miras qalmış mülkdə atası - Müseyib Cəfər oğlu öz ailəsi ilə birlikdə yaşamış və qeydiyyatda olmuşdur. X13 xx.xx.1970-ci il tarixdə vəfat etmişdir. Atasının vəfatından sonra həmin ünvanda anası X9 ilə o, qeydiyyatda olmaqla yaşamışlar. xx.xx.1996-cı il tarixdə anası vəfat etmişdir. Babadan miras qalmış qeyd edilən fərdi yaşayış evi son illərdə yaşayış üçün tamamilə yararsız hala düşdüyündən o, 2015-ci ildə həmin fərdi yaşayış evini söküb yerində yeni yaşayış evi tikdirmək qərarına gəlmişdir. Beləliklə, həyətyanı sahənin ətrafına çəkilmiş daş hasar, metal (dəmir) darvaza və yardımçı tikililər olan hin, saray, hamam, sanitar qovşağı istisna olmaqla, evin qalan hissəsini sökmüşdür. Sonradan maddi imkanı olmadığından yeni ev inşa edə bilməmiş. 2020-ci ildə Suraxanı rayon məhkəməsinə müraciət edərək Azərbaycan SSR Bakı şəhəri X3 İcraiyyə Komitəsinin Bakı Şəhər Planlaşdırma İdarəsi yanında Şəhər- Uçot Müxəlləfat bürosu tərəfindən Bakı şəhərində bələdiyyələşdirilməmiş tikintilərin reyestrindən kitab № 209, səhifə 12151, 19 mart 1948-ci il tarixdə verilmiş Çıxarış əsasında babası Cəfər Əsəd oğlunun xüsusi mülkiyyətində olmuş Bakı şəhəri Novaya 16 ünvanda yerləşən ev-mülkün qalan hissəsinin (daş hasarın, metal (dəmir) darvazanın və digər yardımçı tikililər olan hinin, sarayın, hamamın, sanitar qovşağın) onun tərəfindən miras əmlak olaraq qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Suraxanı rayon məhkəməsinin 2(010)-1474/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ərizə təmin olunaraq Azərbaycan SSR Bakı şəhəri X3 İcraiyyə Komitəsinin Bakı Şəhər Planlaşdırma İdarəsi yanında Şəhər-Uçot Müxəlləfat bürosu tərəfindən Bakı şəhərində bələdiyyələşdirilməmiş tikintilərin reyestrindən kitab № 209, səhifə 12151, 19 mart 1948-ci il tarixdə verilmiş Çıxarış əsasında Cəfər Əsəd oğlunun xüsusi mülkiyyətində olmuş Bakı şəhəri Novaya 16 ünvanda yerləşən ev-mülkün qalan hissəsinin (daş hasarın, metal (dəmir) darvazanın və digər yardımçı tikililər olan hinin, sarayın, hamamın, sanitar qovşağının miras əmlak kimi Cəfər Əsəd oğlunun vərəsəsi olaraq onun tərəfimdən qəbul edilməsi faktı müəyyən edilmişdir. Göründüyü kimi, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən Bakı şəhəri Novaya 16 ünvanı üzrə verilmiş mart 1965-ci il tarixli «Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid» Pasport həmin evin altında olan torpaq sahəsinə onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsasdır. Lakin Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən Bakı şəhəri Novaya 16 ünvanı üzrə verilmiş mart 1965-ci il tarixli «Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid» Pasportdan da göründüyü kimi həmin Pasport əmisi Tağı Cəfər oğlunun adına tərtib edilmişdir. Ərizəyə qoşmada təqdim etdiyi ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, babası Cəfər Əsəd oğlu xx.xx.1958-ci il tarixdə, X13 xx.xx.1970-ci il tarixdə, əmisi Tağı Cəfər oğlu xx.xx.2012-ci il tarixdə vəfat etmişlər. Ərizəyə qoşmada təqdim etdiyi evlənmə (evlənmək) haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 1937-ci il təvəllüdlü X13 anası X12 ilə, xx.xx.1927-ci il təvəllüdlü əmimsi X14 xanım Əli bala qızı ilə evlənmişlər. Ərizəyə qoşmada təqdim etdiyi ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, əmisi arvadı Mirvari xanım Əli bala qızı xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. Ərizəyə qoşmada təqdim etdiyi Azərbaycan Respublikası Dövlət Arxiv İdarəsinin xx.xx.2014-cü il tarixli M-27 saylı Arxiv arayışının surətindən görünür ki, «Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yannıda notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi» arxiv fondunda mühafizə edilən sənədlərində 1937-ci ilə dair Bakı şəhəri Oktyabr rayonu üzrə doğum haqqında qeydiyyat kitablarında 23 mart 1937-ci ildə doğulan Müseyib Cəfər oğlunun təvəllüdü qeyd olunur. Atası: Cəfər Əsəd oğlu, Anası: Balaca-xanım (sənəddə olduğu kimi). Ərizəyə qoşmada təqdim etdiyi Azərbaycan Respublikası Dövlət Arxiv İdarəsinin xx.xx.2014-cü il tarixli M-T-5 saylı Arxiv arayışının surətindən görünür ki, «Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yannıda notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi» arxiv fondunda mühafizə edilən sənədlərində 1927-ci ilə dair Bakı şəhəri Oktyabr rayonu üzrə doğum haqqında qeydiyyat kitablarında 1927-ci ildə doğulan Tağı Cəfər oğlunun təvəllüdü qeyd olunur. Atası: X16: Balacaxanım Əmirxan qızı. Göründüyü kimi X13 ilə əmisi Tağı Cəfər oğlu doğma qardaşdırlar, yəni Tağı Cəfər oğlu onun doğma əmisidir. Lakin nə atası, nə də əmisi bu gün həyatda olmadıqlarından o, bunu sübut edə bilmir. Məhkəmə iclasında ərizəçi İddiaçı və onun nümayəndəsi və vəkili X7 ərizədə yazılanlara uyğun izahat verərək ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirdi ki, Arzu onun doğma əmisi qızıdır və o, həqiqətən də qeyd olunan evdə yaşamışdır. Məhkəmə şahid ifadəsinə tənqidi yanaşılmasına əsas görmür və şahid ifadəsini sübut kimi qəbul edir. İş materiallarını araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. İş materialarında olan AR Milli Arxiv İdarəsinin xx.xx.2014-cü il tarixli M-T-5 saylı Arxiv arayışının surətindən görünür ki, «Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi» arxiv fondunda mühafizə edilən sənədlərində 1927-ci ilə dair Bakı şəhəri Oktyabr rayonu üzrə doğum haqqında qeydiyyat kitablarında 1927-ci ildə doğulan Tağı Cəfər oğlunun təvəllüdü qeyd olunur. Atası: X16: Balacaxanım Əmirxan qızı. İş materiallarında olan AR Milli Arxiv İdarəsinin xx.xx.2014-cü il tarixli, M-27 saylı Arxiv arayışının surətindən görünür ki, «Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi» arxiv fondunda mühafizə edilən sənədlərində 1937-ci ilə dair Bakı şəhəri Oktyabr rayonu üzrə doğum haqqında qeydiyyat kitablarında 23 mart 1937-ci ildə doğulan Müseyib Cəfər oğlunun təvəllüdü qeyd olunur. Atası: Cəfər Əsəd oğlu, Anası: Balaca-xanım (sənəddə olduğu kimi). İş materiallarında olan “evlənmək haqqında şəhadətnamə”nin surətindən görünür ki, Tağı Cəfər oğlu ilə Mirvarixanım Əlibala qızı 8 avqust 1950-ci il tarixdə nikaha daxil olmuşlar. İş materiallarında olan “evlənmək haqqında şəhadətnamə”nin surətindən görünür ki, Müseyib Cəfər oğlu ilə X12 8 oktyabr 1957-ci il tarixdə nikaha daxil olmuşlar. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1960-ci ildə anadan olmuşdur. X19, anası X1r. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 1966-cı ildə anadan olmuşdur. X13, anası X8r. İş materiallarında olan Azərbaycan SSR-ın İİ ЙЕ- 061783 nömrəli “ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cəfər Əsəd oğlu xx.xx.1958-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan AZ-İ 658017 nömrəli “ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Müseyib Cəfər oğlu xx.xx.1970-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan AZ-İ 253158 nömrəli “ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 05 avqust 2007-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan AZ-İ 533996 nömrəli “ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Tağı Cəfər oğlu xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik haqqında şəhadətnamə”nin surətindən görünür ki, xx.xx.1958-ci il tarixdə vəfat etmiş Cəfər Əsəd oğlunun vərəsəsi ünvan 2 ünvanında qeydiyyatda olan nəvəsi - İddiaçıdır. İş materiallarında olan arayışdan görünür ki, Bakı şəhəri Novaya 16 ünvanında Cəfər Əsəd oğlu ilə birlikdə öldüyü günədək oğlu Müseyib Cəfər oğlu qeydiyyatda olmuşdur. İş materiallarında olan arayışdan görünür ki, Bakı şəhəri Novaya 16 ünvanında Müseyib Cəfər oğlu ilə birlikdə öldüyü günədək həyat yoldaşı X12 və qızı İddiaçı qeydiyyatda olmuşdur. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 2(010)-1474/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, ərizə təmin edilmiş, Azərbaycan SSR Bakı şəhəri X3 İcraiyyə Komitəsinin Bakı Şəhər Planlaşdırma İdarəsi yanında Şəhər-Uçot Müxəlləfat bürosu tərəfindən Bakı şəhərində bələdiyyələşdirilməmiş tikintilərin reyestrindən kitab № 209, səhifə 12151, 19 mart 1948-ci il tarixdə verilmiş Çıxarış əsasında Cəfər Əsəd oğlunun xüsusi mülkiyyətində olmuş Bakı şəhəri Novaya 16 ünvanda yerləşən ev-mülkün qalan hissəsinin (daş hasarın, metal (dəmir) darvazanın və digər yardımçı tikililər olan hinin, sarayın, hamamın, sanitar qovşağın) Cəfər Əsəd oğlunun vərəsəsi İddiaçı tərəfindən miras əmlak olaraq qəbul edilməsi faktı müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ərizə müvafiq dəlillərlə sübuta yetirildiyindən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Ərizəçi həmin maddənin göstərişinə istinad edərək xüsusi icraat qaydasında məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1927-ci il təvəllüdlü Tağı Cəfər oğlunun mərhum 23 mart 1937-ci il təvəllüdlü Müseyib Cəfər oğlunun qardaşı, ərizəçi Əmı̇ raslanova Arzu Müseyı̇ b qızının isə əmisi olması faktı təsdiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, Qət etdi: Ərizə təmin edilsin. xx.xx.1927-ci il təvəllüdlü Tağı Cəfər oğlunun mərhum 23 mart 1937-ci il təvəllüdlü Müseyib Cəfər oğlunun qardaşı, ərizəçi Əmı̇ raslanova Arzu Müseyı̇ b qızının isə əmisi olması faktı təsdiq edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar