Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-354/2021 06.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir olunun sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Səltənət Ələsgər qızının katibliyi, İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2, X5 və Cavabdeh1 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə mülki işə Bakı şəhərində Suraxanı Rayon Məhkəməsinin inzibati binasında 06 may 2021-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh2, Cavabdeh1 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 550 (beş yüz əlli) manat məbləğində sığorta ödənişinin əvəzi 30,40 manat dövlət rüsumu və iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmasına dair qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddiaçı “xxxx” ASC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 oğluna məxsus ** EJ *** dövlət qeydiyyat nişanlı X12 markalı avtonəqliyyat vasitəsi 25.11.2017-ci il tarixində “xxxx” ASC tərəfindən Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə sığortalanmışdır. 17.01.2018-ci il tarixində Cavabdeh2 idarə etdiyi ** EJ *** dövlət qeydiyyat nişanlı X12 markalı avtonəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi nəticəsində ** XO *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz 200” markalı avtonəqliyyat vasitəsinə zərər vurmuşdur. Hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, Cavabdeh2 avtomobili sürücülük hüququ olmadan idarə etmişdir. “xxxx” ASC tərəfindən tərtib olunmuş 25.01.2018-ci il tarixli “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən nəticəsində ** XO *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz 200” markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 550 (beş yüz əlli) manat məbləğində müəyyən edilmişdir. “xxxx” ASC-nin 31.01.2018-ci il tarixli sığorta aktına əsasən “xxxx” ASC tərəfindən dəymiş ziyana görə 550 manat məbləğində sığorta ödənişinin zərərçəkənə ödənilməsi qərara alınmış və zərərçəkən şəxsin şəxsi hesabına köçürmə həyata keçirilmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək olaraq 550 (beş yüz əlli) manat məbləğində sığorta ödənişinin əvəzi 30,40 manat dövlət rüsumu və iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmasına dair qətnamənin qəbul edilməsini xahiş etmişdir. 16.04.2021-ci il tarixli məhkəmə iclasında iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddia tələbinin artırılmasına dair ərizə verərək, ərizəni onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh1 etibarnamə əsasında avtonəqliyyat vasitəsini X5 vermişdir. Hesab edir ki, X7 da cavabdeh qismində cəlb olunmalıdır. Odur ki, cavabdehlər X7, Cavabdeh2 və Cavabdeh1 müştərək olaraq 550 (beş yüz əlli) manat sığorta ödənişi və 30,40 qəpik dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını nəzərə almaqla, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir Mülki işin materiallarından olan “xxxx” ASC tərəfindən tərtib olunmuş 25.01.2018-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən “Mercedes Benz 200” markalı ** XO *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 550 manat məbləğində qiymətləndirilmişdir. Mülki işin materiallarında olan “xxxx” ASC tərəfindən tərtib olunmuş 31 yanvar 2018-ci il tarixli sığorta aktının surətindən görünür ki, “xxxx” ASC tərəfindən dəymiş ziyana görə 550 manat məbləğində sığorta ödənişinin zərərçəkmiş əmlak olan “Mercedes Benz 200” markalı ** XO *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün X3 ödənilməsi qərara alınmış və sığorta ödənişi etibarnamə əsasında zərərçəkənin şəxsi hesabına köçürmə həyata keçirilmişdir. Mülki işin materiallarında olan Bakı şəhəri Baş Polis idarəsinin X11 şöbəsi tərəfindən tərtib olunmuş inzibati tənbeh haqqında 17 yanvar 2018-ci il tarixli qərarın surətindən görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsi ilə 100 manat məbləğində cərimə edilmişdir. Mülki iş materiallarında olan icbari sığorta müqaviləsinə dair məlumata əsasən “xxxx” ASC tərəfindən X5 məxsus ** EJ *** dövlət qeydiyyat nişanlı X12 markalı minik avtomobili “xxxx” ASC tərəfindən sığortalanmışdır. Mülki iş materiallarında olan X6 tərəfindən Azərbaycan Respublikası DİN Baş DYP İdarəsinin rəis müaviniİ, YPXA-nın komandiri polis polkovniki cənab Balakişi Əhmədova verilən izahatdan görünür ki, 17.01.2021-ci il tarixdə atasına məxsus olan X12 markalı ** EJ *** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük vəsiqəsiz və etibarnaməsiz idarə edərkən “Lukoyl” yanacaq doldurma məntəqəsinin içində dayanmış olan Mercedes Benz ** XO *** nömrə nişanlı avtomobili arxadan vurmuşdur. Hadisə zamanı heç bir xəsarət alan olmamışdır. Mülki iş materiallarında olan 25.11.2017-ci il tarixli ƏN-İV № 272368 saylı nəqliyyat vasitəsindən istifadə edilməsi haqqında etibarnaməyə əsasən, Abdinov Mübariz Qalip oğlunun mülkiyyətində olan X12 markalı ** EJ *** dövlət qeydiyyat nişanlı avtomobili X5 25.11.2017-ci ildən 25.02.2018-ci il tarixinədək etibarnamə əsasında vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsinə əsasən subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Faydalanan şəxs sığorta ödənişini aldıqda, subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə, sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü tə'sir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məs'uliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Yuxarıda qeyd olunan Mülki Məcəllənin 1108.1 və 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş və yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borclu fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxslər olmalıdırlar. Belə ki, hazırki iş üzrə ** XO *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz 200” markalı avtonəqliyyat vasitəsinə zərər vurmuş ** EJ *** dövlət qeydiyyat nişanlı X12 markalı avtonəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdeh1 Qalib oğlu olsa da, Abdinov Mübariz Qalip oğlunun mülkiyyətində olan X12 markalı ** EJ *** dövlət qeydiyyat nişanlı avtomobili X5 25.11.2017-ci ildən 25.02.2018-ci il tarixinədək etibarnamə əsasında vermiş, sığorta hadisəsi olan yol-nəqliyyat hadisəsi 31.01.2018-ci il tarixə baş verdikdə, həmin vaxt X12 markalı ** EJ *** dövlət qeydiyyat nişanlı avtomobili X1 və istifadəsində idi, o da X12 markalı ** EJ *** dövlət qeydiyyat nişanlı avtomobili X5 etibarnamə və sürücülük vəsiqəsi olmadan idarə etmək üçün oğlu Cavabdeh2 idarə etməyə vermiş, sonuncu da sığorta hadisəsi olan 31.01.2018-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, Cavabdeh2 avtomobili sürücülük hüququ olmadan idarə etmişdir. “xxxx” ASC tərəfindən tərtib olunmuş 25.01.2018-ci il tarixli “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən nəticəsində ** XO *** dövlət qeydiyyat nişanlı Mercedes Benz 200 markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymilş ziyanın ümumi miqdarı 550 manat məbləğində müəyyən edilmişdir. Hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, Cavabdeh2 avtomobili sürücülük hüququ olmadan idarə etmişdir. “xxxx” ASC tərəfindən tərtib olunmuş 25.01.2018-ci il tarixli “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən nəticəsində ** XO *** dövlət qeydiyyat nişanlı Mercedes Benz 200 markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 550 (beş yüz əlli) manat məbləğində müəyyən edilmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki–Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, zərərin əvəzi qismində 550 (beş yüz əlli) manat cavabdehlər Cavabdeh2 və X2 tutularaq “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilərkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və 40 qəpik bank xidməti haqqının cavabdehlər Cavabdeh2 və X2 tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Zərərin əvəzi qismində 550 (beş yüz əlli) manat cavabdehlər Cavabdeh2 və X2 müştərək qaydada tutularaq “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İddia ərizəsi verilərkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və 40 qəpik bank xidməti haqqının cavabdehlər Cavabdeh2 və X2 tutularaq iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №e-2(010)-354/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-354/2021
06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver