Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-3570/2023 05.09.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “qiymətləndirmə hesabatının ləğv edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “qiymətləndirmə hesabatının hesabatının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən İddiaçı MMC-yə məxsus QAZ A21R3230 markalı, **-JY-*** qeydiyyat nişanlı avtomobilin qiymətləndirilməsinə dair Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin sifarişi ilə Cavabdeh MMC tərəfindən xx.xx.2023-cü il tarixli, PR-İ/01-2023 saylı nəqliyyat vasitəsinin (yük avtomobili) qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 bildirdi ki, hər iki tərəf MMC-dir. Hesab edir ki, onlar arasındakı mübahisə kommersiya xarakterli mübahisəsidir. Belə olan halda mübahisəyə kommersiya məhkəməsində baxılmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-2355/2022 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı pul tələbinə dair iddiası təmin edilmiş, cavabdeh (hazırkı iş üzrə iddiaçı) İddiaçı MMC-dən iddiaçının xeyrinə 60883.9 manat məbləğində pul tutulması qət edilmiş, qətnamə qanuni qüvvəsini almış və icra edilməsi üçün Nizami rayon İcra Şöbəsinə göndərilmişdir. İcra mərhələsində İddiaçı MMC-yə məxsus əmlakın qiymətləndirilməsi üçün "xxxx" MMC-yə müraciət edilmiş, müraciət əsasında həmin şirkət tərəfindən borcluya məxsus əmlak qiymətləndirilmişdir. Hazırda iddiaçı – borclu tələb üzrə heç bir öhdəliyi olmayan, yalnız icra mərhələsində qiymətləndirici kimi rəy verən hüquqi şəxsə qarşı rəyin ləğv edilməsi ilə bağlı iddia qaldırmışdır. Məhkəmə isə hesab edir ki, bu iddiaya məhkəmə qaydasında baxılmalı deyil. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.2-ci maddəsinə əsasən özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, habelə dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər. Bu Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Hazırkı işdən isə görünür ki, cavabdehin iddiaçı qarşısında heç bir öhdəliyi yoxdur. Belə ki, cavabdeh yalnız icra məmurun müraciəti əsasında qiymətləndirici mütəxəssis kimi rəy vermişdir. Nəzərə alınmalıdır ki, “İcra Haqqında” Azərbaycan Respublikası Qanunu. Maddə 29. İcraatda tərəflərin hüquq və vəzifələri. 29.1. Tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Maddə 40. İcraatda mütəxəssislərin iştirakı. 40.1. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı xüsusi biliklər tələb edən məsələləri izah etmək üçün icra məmuru öz təşəbbüsünə və ya tərəflərin ərizəsinə əsasən mütəxəssis (bir neçə mütəxəssis) dəvət edir və bu barədə icra məmuru tərəfindən müvafiq qərar qəbul olunur. 40.2. Mütəxəssis icra məmurunun çağırışı üzrə gəlməyə, icra məmurunun və tərəflərin verdiyi suallara cavab verməyə, şifahi və yazılı məsləhətlər və izahatlar verməyə, icra məmuruna texniki kömək göstərməyə borcludur. Maddə 87. İcra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət verilməsi. 87.1. İcra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Yuxarıda qeyd olunan normalardan görünür ki, icra mərhələsində xüsusi bilik tələb edən məsələləri izah etmək üçün icra məmuru öz təşəbbüsünə və ya tərəflərin ərizəsinə əsasən bir və ya bir neçə mütəxəssis dəvət edilməsinə dair müvafiq qərar qəbul edir. Tərəflərin isə icra hərəkətləri həyata keçirilən zaman vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və s. kimi hüquqlarının olduğu müəyyən edilir ki, məhz hazırkı iş üzrə iddiaçı - qətnamə üzrə borclu da bu hüquqlarından istifadə edə, əmlakın qiymətləndirilməsinə dair hesabatla razılaşmadığı halda yenidən qiymətləndirmə keçirilməsi, yaxud başqa mütəxəssisin cəlb edilməsi barədə vəsatət verməklə məsələnin həllinə nail ola bilər. Məhkəmə hesab edir ki, icra qaydasında həll edilməli olan məsələnin məhkəmədə iddia qaldırmaqla həll edilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 170. İşin məhkəmə baxışına hazırlanması zamanı iş üzrə icraatın dayandırılması, xitam verilməsi və ərizənin qaytarılması. 170.1. Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.2. İşin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. Maddə 261. İcraata xitam verilmə əsasları. 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə. Maddə 262. İcraata xitam verilmə qaydası və nəticələri. 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Məhkəməyə daxil olan ərizə Azərbaycan Respublikası MPM-nin 153.1-ci maddəsinə əsasən hökmən daxil olduğu gün qeydiyyatdan keçməlidir. Ərizə hakimin icraatına verildikdən sonra iş üzrə materiallar Azərbaycan Respublikası MPM-nin 149-153-cü maddələrinin tələblərinə müvafiq olaraq məhkəmə baxışının hazırlıq mərhələsinə qədər öyrənilməlidir. Qeyd edilən qaydalara əməl edilməməsi gələcəkdə ərizənin baxılmamış saxlanılması və ya icraata xitam verilməsinə əsas yaradır (“Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli, 3 nömrəli Qərarı). Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, işin məhkəmə baxışına hazırlanmasına xitam verilməli, iddiaçıya icra mərhələsində əmlakın qiymətləndirilməsinə dair hesabatla razılaşmadığı halda yenidən qiymətləndirmə keçirilməsi, yaxud başqa mütəxəssisin cəlb edilməsi barədə icra vəsatət vermək hüququ izah edilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və MPM-in 170, 261-262, 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı “qiymətləndirmə hesabatının ləğv edilməsi” tələbinə dair işin məhkəmə baxışına hazırlanmasına xitam verilsin. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu (tarix: xx.xx.2023, qəbzin nömrəsi: **********) dövlət büdcəsindən İddiaçınə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №e-2(010)-3570/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-3570/2023
05.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver