Məhkəmə qərarları › İş №e-2(010)-3576/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3576/2022

12.08.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3576/2022 12.08.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Mikayılov Rüfət Salman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Əmircan qəsəbəsi, keçid 1847, 8-ci evin 37-ci mənzilindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 istifadə hüququnun itirilmiş hesab edilməsi brədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri Bakı şəhəri, Əmircan qəsəbəsi, keçid 1847, 8-ci evin 37-ci mənzilini Cavabdeh1 Bakı şəhəri 10 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş AN-10347637 saylı xx.xx.2013-cü il tarixli Alqı-satqı müqaviləsinə əsasən almışdır. Həmin müqavilənin müvafiq bəndində qeyd edilir ki, cavabdeh 45 gün ərzində mənzildən qeydiyyatdan çıxmağı öz üzərinə götürür. Lakin cavabdehlər mənzili və ona aid sənədləri ona təhvil verib boşaltsalar da indiyə kimi qeydiyyatdan çıxmamışlar. Hesab edir ki, mənzili iddiaçıya satıb dəyərini alıb, mənzili boşaldıb 10 il müddətdir ki, çıxıb gedən cavabdehlərin həmin mənzildən istifadə hüquqları itirilmişdir. Mübahisənin başqa həlli olmadığına görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəlillərini müdafiə edərək məhkəmədən tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə işə iclasa gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: AN-İ seriyalı ******* saylı xx.xx.2013-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, keçid 1847, 8 saylı evin 37 saylı mənzilini İddiaçı mülkiyyətinə vermişdir. Həmin müqavilənin 12-ci bəndinə əsasən Cavabdeh1 müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən 45 gün müddətində satdığı mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, keçid 1847, 8 saylı evin 37 saylı mənzili İddiaçı xüsusi mülkiyyət kimi daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 1007 nömrəli reyestr kitabının90560 nömrəli vərəqində qeydiyyata alınmışdır. Asan 5 xidmətini xx.xx.2022-ci il tarixli «yaşayış yeri üzrə qeydiyyat haqqında» ******* saylı arayışından müəyyən olunur ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, keçid 1847, 8 saylı evin 37 saylı mənzilində qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər: Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4. Cavabdeh3 notarial qaydada təsdiq olunmuş ərizəsindən müəyyən olunur ki, o, qeydiyyatda olduğu İddiaçı məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, keçid 1847, 8 saylı evin 37 saylı mənzilin satılmasına heç bir etirazı yoxdur. Müqavilə göstərilən ünvanda qeydiyyatdan çıxmağı və mənzil boşaltmağı öhdəsinə götürmüşdür. Cavabdeh1 notarial qaydada təsdiq olunmuş ərizəsindən müəyyən olunur ki, o, qeydiyyatda olduğu İddiaçı məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, keçid 1847, 8 saylı evin 37 saylı mənzilin satılmasına heç bir etirazı yoxdur. Müqavilə göstərilən ünvanda qeydiyyatdan çıxmağı və mənzil boşaltmağı öhdəsinə götürmüşdür. Cavabdeh4 notarial qaydada təsdiq olunmuş ərizəsindən müəyyən olunur ki, o, qeydiyyatda olduğu İddiaçı məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, keçid 1847, 8 saylı evin 37 saylı mənzilin satılmasına heç bir etirazı yoxdur. Müqavilə göstərilən ünvanda qeydiyyatdan çıxmağı və mənzil boşaltmağı öhdəsinə götürmüşdür. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 146.1 Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. 146.2 Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı tarixindən əmələ gəlir. 152.1 Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.4 Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: 29.1 Yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Məhkəmənin mövqeyi İş materiallarında olan AN-İ seriyalı ******* saylı xx.xx.2013-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən müəyyən olunur ki, Cavabdeh1 Bakı şəhəri, Əmircan qəsəbəsi, keçid 1847, 8-ci evin 37-ci mənzilinb İddiaçı mülkiyyətinə vermişdir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Əmircan qəsəbəsi, keçid 1847, 8 saylı evin 37ci mənzili İddiaçı xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınmışdır. İş materiallarından müəyyən olunur ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Bakı şəhəri, Əmircan qəsəbəsi, keçid 1847, 8 saylı evin 37-ci mənzilində qeydiyyatdadır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 Bakı şəhəri, Əmircan qəsəbəsi, keçid 1847, 8 saylı evin 37-ci mənzilindən yaşayış yeri kimi istifadə etmədiyindən və həmin mənzildə qeydiyyatları formal xarakter daşıdığından – onların həmin mənzildən istifadə hüquqları itirilmiş hesab edilməlidir. İddia qalan hissədə təmin olunmamalıdır. Məhkəmə həmçinin vurğulayır ki, Cavabdeh2 xx.xx.2011-ci il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmayandır və o, iş üzrə Cavabdeh4 övladıdır. Məhz Cavabdeh4 iddiaçının evinə olan istifadə hüququnun itirilmiş hesab edilməsi onun yetikinlik yaşına çatmayan övladının da iddiaçının evinə istifadə hüququnun itirilməsinə əsas verən amil olacaqdır. Belə ki, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Məhkəmə həmçinin qeyd edir ki, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, yaşayış sahəsindən istifadə hüququ itirilmiş şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydiyyatdan çıxarılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 Bakı şəhəri, Əmircan qəsəbəsi, keçid 1847, 8 saylı evin 37-ci mənzilindən istifadə hüquqları itirilmiş hesab edilsin. Cavabdehlərin qeyd edilən mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi onların həmin ünvandan pasport qeydiyyatından çıxarılmasına əsas verir. Cavabdeh4 Bakı şəhəri, Əmircan qəsəbəsi, keçid 1847, 8 saylı evin 37-ci mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi onun yetikinlik yaşına çatmayan övladı xx.xx.2011-ci il təvəllüdlü Cavabdeh2 də həmin mənzilə istifadə hüququnun itirilməsinə və həmin ünvandan pasport qeydiyyatından çıxarılmasına əsas verir. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar