Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3613/2024 18.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi. 1.İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Nissan Sunny" markalı, ** PT *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 4360.40 manat məbləğində sığorta ödənişi, 63.61 manat dövlət rüsumu və 0.51 qəpik bank xidmət haqqının Cavabdeh iddiaçı "xxxx" Sığorta Şirkəti ASCnin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı Sığorta Şirkəti ASC iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2018-ci il tarixdə Cavabdeh idarə etdiyi ''Mercedes Benz E190" markalı, ** FK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "Nissan Sunny" markalı, ** PT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Nəticədə "Nissan Sunny" markalı, ** PT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər dəymişdir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC-nin 106 nömrəli, xx.xx.2018-ci il tarıxli nöqsan aktından görünür ki, dəymiş zərərin məbləği 4460.40 manat müəyyən edilmişdir. "xxxx" Sığorta Şirkəti ASC öz növbəsində dəymiş zərəri aradan qaldıraraq, "Nissan Sunny" markalı, ** PT *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinə görə 100 manat azadolma məbləği çıxılmaqla 4360.40 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. xx.xx.2018-ci il tarixdə baş vemiş yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh sürücülük hüququ olmadan avtomobili idarə etdiyinə görə ona qarşı subroqasiya hüququ yaranmışdır. Cavabdeh təqsirli olması Nizami Rayon Məhkəməsinin 3(007)-541/2018 saylı, xx.xx.2018-ci il tarixli İnzibati xəta Haqqında iş üzrə qərarında öz əksini tapmışdır. Hesab edir ki, qeyd olunan yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" Sığorta Şirkəti ASC tərəfindən ödənilmiş 4360.40 (dörd min üç yüz altmış manat qırx qəpik) manat məbləğində sığorta ödənişi subroqasiya qaydasında qanunvericilikdə nəzərdə tutulmuş qaydada Cavabdeh alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir.
Tərəflərin izahatları.
3. İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi X1 “Elektron Məhkəmə” sistemi vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək üzrlü səbəbdən məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini və nümayəndənin iştirakı olmadan mülki işə baxılmasını və iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Cavabdeh izahat verərək bildirmişdir ki, o, iddia tələbini qəbul edir. Belə ki, xx.xx.2018-ci il tarixdə idarə etdiyi ''Mercedes Benz E190" markalı, ** FK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "Nissan Sunny" markalı, ** PT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Nəticədə "Nissan Sunny" markalı, ** PT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər dəymişdir. Onun sürücülük vəsiqəsi olmadığından Nizami rayon Məhkəməsinin qərarı ilə 400 manat cərimə olunmuşdur. O hal-hazırda iddia tələbini qəbul edir və borcun ondan tutulmasına etiraz etmir.
İş materialları.
5. 050373 saylı sığorta aktından görünür ki, Cavabdeh ‘‘Mercedes Benz E190» markalı, ** FK *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək müddətə 55000.00 manata sığortalamışdır. xx.xx.2017-ci il tarixdə sığortalanmış avtomobil xx.xx.2018-ci il tarixdə yol nəqliyyat hadisəsi törətmiş nəticədə "Nissan Sunny" markalı, ** PT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər dəymişdir. Avtomobilə dəymiş zərər 4360.40 manat təşkil edir.
6. İddiaçı Sığorta Şirkəti ASC tərəfindən Cavabdeh ünvanlanmış pretenziyanın məzmunundan görünür ki, xx.xx.2018-ci il tarixdə idarə etdiyi ‘‘Mercedes Benz E190» markalı, ** FK *** dövlət qeydiyyat nişanlı avtomobil ilə yol nəqliyyat hadisəsi törətmiş, nəticədə "Nissan Sunny" markalı, ** PT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər dəymişdir. İddiaçı Sığorta Şirkəti öz növbəsində "Nissan Sunny" markalı, ** PT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 4360.40 manat sığorta ödənişi həyata keçirməsi barədə xəbərdalıq edilmişdir.
7. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-541/2018 saylı, xx.xx.2018-ci il tarixli İnzibati Xəta haqqında iş üzrə Qərarından görünür ki, Cavadov X2 Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və 400 manat məbləğində cərimə olunmuşdur.
8. Bakı şəhəri X4 İdarəsi tərəfindən verilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2018-ci il tarixdə saat 21:50-də Bakı şəhəri, Qara- Qarayev prospektində yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsinin növü toqquşmadır. Yol-nəqliyyat hadisəsinin baş verməsində təqsiri olan şəxs Cavabdeh idarə etdiyi nəqliyyat vasitəsi ‘‘Mercedes Benz E190» markalı, ** FK *** dövlət qeydiyyat nişanlı avtomobildir. Yol-nəqliyyat hadisəsi zamanı avtomobilə zərər vurulmuşdur.
9. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli nöqsan aktının surətindən müəyyən olunur ki, "Nissan Sunny" markalı, ** PT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyan 4460.40 manat müəyyən olunur.
İşin faktiki halları.
10. ‘‘Mercedes Benz E190» markalı, ** FK *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək müddətə 55000.00 manata sığortalamışdır.
11. ‘‘Mercedes Benz E190» markalı, ** FK *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2018-ci il tarixində Bakı şəhəri, Qara-Qarayev prospektində Cavabdeh tərəfindən idarə olunarkən yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə "Nissan Sunny" markalı, ** PT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər dəymişdir. Sığorta məbləği 55000 AZN olduğu üçün "Nissan Sunny" markalı, ** PT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərərə görə sığorta ödənişinin məbləği- 4360.40 manat təşkil edir. Həmin məbləğ sığorta təşkilatı tərəfindən ödənilmişdir. Tətbiq edilən hüquq.
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 883. Sığorta və təkrarsığorta müqaviləsi. 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Maddə 936. Subroqasiya hüququ. 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
13. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 23. Sığortaçının hüquq və vəzifələri. 23.1. Sığortaçının aşağıdakı hüquqları vardır: 23.1.6. sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək. Maddə 25. İcbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsasları 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.
14. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli Qərarı.
Qanunvericilikdə nəzərdə tutulmuş digər təqsirsiz məsuliyyət növlərindən biri Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə yüksək təhlükə mənbəyinin sahibinin məsuliyyətidir... Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir. O da nəzərə alınmalıdır ki, zərər yüksək təhlükə mənbəyinin fəaliyyəti zamanı məhz onun təhlükəli xüsusiyyətlərindən irəli gələrək baş vermiş olmalıdır. Beləliklə, ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi təqsirindən asılı olmayaraq həmin mənbəyin fəaliyyəti nəticəsində vurulmuş zərərin əvəzini ödəməyə borcludur.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
16. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi
Məhkəmənin mövqeyi.
17. İşin faktiki hallarından görünür ki, xx.xx.2018-ci il tarixdə yol-nəqliyyat hadisəsi baş vermiş və yol-nəqliyyat hadisəsində "Nissan Sunny" markalı, ** PT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər vurulmuş və sığorta təşkilatı tərəfindən vurulmuş zərərə görə 4360.40 manat zərərçəkənə ödənilmişdir.
18. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-541/2018 saylı, xx.xx.2018-ci il tarixli İnzibati Xəta haqqında iş üzrə Qərarı ilə Cavadov X2 Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və 400 manat məbləğində cərimə olunmuşdur.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda (§ 18) istinad edilmiş qərarında qeyd edilir ki, qanunvericilikdə nəzərdə tutulmuş digər təqsirsiz məsuliyyət növlərindən biri Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə yüksək təhlükə mənbəyinin sahibinin məsuliyyətidir... Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir.
20. Məhkəmə hesab edir ki, şəxsin sürücülük hüququ olmadan avtomobili idarə etməsi iş materiallarında öz əksini tapmış və həmin şəxs inzibati məsuliyyətə cəlb olunmuşdur. Hazırkı iş üzrə Cavabdeh yüksək təhlükə mənbəyi (avtomobil) üzərində sahibliyinin hüquqi əsası olmamışdır. Bu səbəbdən İddiaçı Sığorta Şirkəti ASC yolnəqliyyat hadisəsi nəticəsində zərərçəkənə maddi zərərin vurulmasına görə sığorta ödənişinin, yəni ödədiyi 4360.40 manat məbləğində sığorta ödənişini zərər vuran Cavabdeh tələb etməkdə haqlı olmuşdur.
Məhkəmə xərcləri.
21. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 63.61 manat məbləğində dövlət rüsumu ödəmişdir. Hansı ki, bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən iddia qiyməti 10.000 manatadək olduqda ödənilməli olan dövlət rüsumu məbləğinə uyğun olmuşdur.
22. Məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə uyğun olaraq ödənilmiş 63.61 manat manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
23. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ‘‘Mercedes Benz E190» markalı, ** FK *** dovlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin əmlakına vurulmuş 4360.40 (dörd min üç yüz altmış manat, qırx qəpik) manat sığorta ödənişi və 64.12 (altmış dörd manat, on iki qəpik) manat məbləğində dövlət rüsumu və bank xidmət haqqı tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin hesabına ödənilməlidir.
24. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh ‘‘Mercedes Benz E190» markalı, ** FK *** dovlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin əmlakına vurulmuş 4360.40 (dörd min üç yüz altmış manat, qırx qəpik) manat sığorta ödənişi və 64.12 (altmış dörd manat, on iki qəpik) manat məbləğində dövlət rüsumu və bank xidmət haqqı tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən Leyla Talıbova