Məhkəmə qərarları › İş №e-2(010)-3636/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-3636/2024

28.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-3636/2024 28.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Miriyeva Səlimə Miri qızı, İddiaçı ASC-nin cavabdeh Topdemir Erhana qarşı “pul” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki iş materiallarını araşdıraraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC cavabdeh Topdemir Erhana qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən cavabdеh Erhan Topdemirdən 1076 manat məbləğində vurulmuş zərər və 30,76 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq, iddiaçı "xxxx" ASC-nin hеsabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən zərərin ödədiyini bildirmiş, icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, mülki iş üzrə icraata xitam verilməli, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Maddə 261. İcraata xitam verilmə əsasları. 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.4. iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa; Maddə 262. İcraata xitam verilmə qaydası və nəticələri. 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və MPM-in 259, 260, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı ASC-nin cavabdeh Topdemir Erhana qarşı “pul” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Ödənilmiş 30.76 manat məbləğində dövlət rüsumu (tarix: xx.xx.2024 nömrə: **********82) dövlət büdcəsindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar