Məhkəmə qərarları › İş №e-2(010)-3651/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3651/2022

28.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3651/2022 28.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, X3 qızının katibliyi, ərizəçi İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, ərizəçi İddiaçı “doğum haqqında akt qeydinin bərpası” tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi İddiaçı “doğum haqqında akt qeydinin bərpası” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı xx xxxx 1972-ci ildə Ermənistan Respublikası Masis rayonunun, Qaraqışlaq kəndində anadan olması barədə hüquqi əhəmiyyət olan faktın müəyyən edilməsi, milliyəti azərbaycanlı, ata qrafasında Əsədov Xəlı̇ l Məhəmməd oğlu, ana qrafasında X1 qızı qeyd edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1972-ci il tarxdə Masis rayonun Qaraqışlaq kəndində anadan olmuşdur. Bu barədə Masis rayon VVAQ şöbəsində doğum qeydi qeydiyyata alınmış və ona doğum haqqında şəhadətnamə verilmişdir. Sonradan bəlli səbəblərdən onlar ermənistandan qovularaq Azərbaycana gəldilər. O, burada doğum haqqında şəhadətnaməsini itirmişdir. Təzədən yeni (dublikat) şəhadətnamə almaq üçün Suraxanı rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş ona doğum qeydinin bərpa olunmasından sonra ona şəhadətnamə verilə biləcəyini bildirdilər bunun üçün məhkəməyə müraciət etməyi məsləhət gördülər. Məhkəmə iclasında ərizəçi İddiaçı vəkili və nümayəndəsi Vəkil “doğum haqqında akt qeydinin bərpası” tələbi barədə ərizəsini müdafiə edib, ərizədə yazılanlara uyğun izahat verərək bildirdi ki, İddiaçı xx xxxx 1972-ci ildə Ermənistan Respublikası Masis rayonunun, Qaraqışlaq kəndində anadan olması barədə hüquqi əhəmiyyət olan faktın müəyyən edilməsi, milliyəti Azərbaycanlı, ata qrafasında Əsədov Xəlı̇ l Məhəmməd oğlu, ana qrafasında X1 qızı qeyd edilməsini xahiş etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş AO №0642682 seriaylı Hərbi biletin təsdiq olunmuş sürətindən görünür ki, İddiaçı xx xxxx 1972-ci ildə Ermənistan Respublikası Masis rayonunun, Qaraqışlaq kəndində anadan olmuşdur. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon Qeydiyyat şöbəsinin 27 aprel 2013-cü il tarixli məktubundan görünür ki, İddiaçı doğumunun doğum haqqında akt qeydinin bərpasına daur kifayət qədər sübut olmadığından qeydiyyat orqanı tərəfindən həyata keçirilməsi doğum haqqında akt qeydinin bərpasından imtina edilmiş və hüquqi əhəmiyyətli olan doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Beləliklə də, məhkəmə araşıdrması müəyyən olunmuşdur ki, İddiaçı xx xxxx 1972-ci ildə istan Respublikası Masis rayonunun, Qaraqışlaq kəndində anadan olmuş və onun atası Əsədov Xəlı̇ l Məhəmməd oğlu, anası X1 qızıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 52 saylı Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müddəalar"-ın 13-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Həmin Müddəaların 14-cü bəndinə əsasən, itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Müddəaların 16-cı bəndinə əsasən, doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktlarının itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən, itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.3-ci maddəsinə əsasən, doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə məhkəmə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəci həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, İddiaçı doğum haqqında akt qeydi bərpa edilsin və onun xx xxxx 1972-cü ildə Ermənistan Respublikası,Masis rayonunun, Qaraqışlaq kəndində anadan olması, miliyyəti azərbaycanlı , atasının Əsədov Xəlı̇ l Məhəmməd oğlu və anasının X1 olması faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, onun ərizəsi əsaslıdır doğum haqqında akt qeydi bərpa edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddiaçı Xəlı̇ l oğlunun doğum haqqında akt qeydi bərpa edilsin və onun xx xxxx 1972ci ildə Ermənistan Respublikası,Masis rayonunun, Qaraqışlaq kəndində anadan olması, miliyyəti azərbaycanlı, atasının Əsədov Xəlı̇ l Məhəmməd oğlu və anasının X1 olması faktı müəyyən edilsin. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi İddiaçı Xəlı̇ l oğlunun doğum haqqında akt qeydinin bərpa edilməsi və müvafiq şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar