Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-3707/2023 23.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilməsi və qeydiyyatdan çıxarılması” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilməsi və qeydiyyatdan çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1987-ci il təvəllüdlü Cavabdeh ünvan 1 ünvanında yerləşən 73 saylı yaşayış evindən istifadə hüququ itirilmiş hesab edilməsini, xx.xx.1987-ci il təvəllüdlü Cavabdeh, xx.xx.2007-ci il təvəllüdlü İddiaçıağa Ceyhun oğlu və xx.xx.2009-cu il təvəllüdlü X1 xüsusi mülkiyyətimdə olan ünvan 1 ünvanında yerləşən 73 saylı yaşayış evindən pasport qeydiyyatından çıxarılması və iddia ərizəsinin məhkəmədə baxılması üçün dövlət rüsumunun əvəzi kimi ödənilmiş 100 manat Cavabdeh alınaraq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlmədiyindən və bunun səbəbləri barədə məlumat vermədiyindən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarına nəzər salaraq, hesab edir ki, mülki işin icraatına xitam verilməlidir. İş materiallarında olan Azərbyacan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il qeydiyyat tarixli Çıxarışının sürətindən görünür ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 26.2 kv.m olan mənzil ½ hissədə İddiaçı, digər ½ hissəsi isə X2 mülkiyyətindədir (daşınmaz əmlakın reyestr nömrəsi: **********09-10301). 03 mart 2011-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X3 vərəsi ünvan 3 ünvanında qeydiyyatda olan X8 və İddiaçıdur. Şəhadətnamədə verilən əmlak: AR. Bakı şəhəri İH. Tİ-nin Bakı şəhər bələdiyyələşdirilmiş tikintilərin reyestrindən xx.xx.1973-cü il tarixdə 02 reyestr kitabın 259 nömrəli vərəqində, çıxarışa və xx.xx.2011-ci il 11/4758 nömrəli arayışa əsasən, ünvan 4 ünvanında yerləşən 73 nömrəli 2 otaqlı fərdi yaşayış evi mərhuma məxsus mirasdan ibarətdir. Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli AZ-İ 463802 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X5 və Cavabdeh arasında nikah Suraxanı rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli qətnaməsi əsasında pozulmuş, bu barədə akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 407 nömrə ilə qeyd edilmişdir. Qətnaməyə əsasən, nikah xx.xx.2007-ci ildə bağlanmışdır xx.xx.2023-cü tarixli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR PHŞ-in 1 saylı Bakı Ərazi İdarəsinin sorğuya cavabdan görünür ki, ½ hissəsi İddiaçı, ½ hissəsi X2 mülkiyyətində olan ünvan 1, 73 saylı fərdi yaşayış evinə dair Cavabdeh istifadə hüququnun qeydiyyata alınması ilə bağlı məlumat İdarənin arxivində aşkar edilməmişdir. Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın (m.228.1). Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər (m.228.2)....Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir (m. 228.4.). Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır (m. 228.5.). Azərbaycan Respublikası Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər (m.30.1.). Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər (m.30.4.). Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir (m.30.5.). Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0 və 261.0.1-ci maddələrinin tələbinə görə, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsinə görə, bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 9-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: ... 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında;... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli Qərarı.
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur.
2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır” müddəası Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə uyğun hesab edilsin. Yaşayış binasının tərkib hissəsindən digər şəxslərin istifadə hüququna xitam verilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə uyğun olaraq həll edilməlidir.
3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır” müddəası Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə uyğun hesab edilsin... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli Qərarı.
1. Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.
2. Bu Qərarın nəticəvi hissəsinin birinci bəndi qanuni qüvvəyə minmiş məhkəmə aktlarına şamil olunmur.... Belə ki, xx.xx.2011-ci il tarixli Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 73 saylı yaşayış evi ½ hissədə iddiaçının mülkiyyətindədir. Sözügedən yaşayış evi ona mərhum anasından vərəsilik qaydasında keçmişdir. İddiaçının oğlu X6 və cavabdeh arasında xx.xx.2007-ci il tarixdə nikah bağlanan zaman həmin mənzil iddiaçının anasının mülkiyyətində olmuşdur. X6 və Cavabdeh arasında olan nikah xx.xx.2023-cü il tarixdə pozulmuşdur. Cavabdehin ifadələrinə görə, həmin mənzilə o, nikaha daxil olduqdan sonra, yəni 2007-ci ildə köçmüş, nikah pozulduqdan sonra isə evi tərk etmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh mübahisəli mənzilə köçəndə, evin mülkiyyətçisi iddiaçının anası olmuşdur, 2011-ci ildə isə, yəni mülkiyyətçilər dəyişəndə və mənzilin ½ hissəsi iddiaçıya keçən zaman, cavabdeh orada yaşamağa davam etmişdir. xx.xx.2023-cü tarixli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR X11 1 saylı Bakı Ərazi İdarəsinin cavab məktubundan görünür ki, sözügedən yaşayış evinə dair Cavabdeh istifadə hüququnun qeydiyyata alınması ilə bağlı məlumat idarənin arxivində aşkar edilməmişdir. Yuxarıda sadalanmış Konstitusiya Məhkəməsinin Plenum Qərarında göstərilmiş hüquqi mövqeyinə görə, əvvəlki mülkiyyətçi ilə Cavabdeh münasibətlərinə Mülki Məcəlləni müddəaları tətbiq edilməli idi, lakin əvvəlki mülkiyyətçi cavabdehin yaşayış yerindən istifadə hüququnu verən daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün notarial qaydasında təsdiqlənmiş razılığını verməmişdir. Digər tərəfdən, nəzərə alaraq ki, Cavabdeh 2011-ci ildə mülkiyyətçi olmuş iddiaçı tərəfindən ailə üzvü kimi yaşayış sahəsinə köçürülməmiş, yəni həmin vaxt artıq orada yaşamışdır, Mənzil Məcəlləsinin müddəaları iddiaçı və cavabdeh arasında olan münasibətlərə tətbiq edilməməlidir. Halbuki, tətbiq edildiyi halda belə cavabdehin yaşayış evindən istifadə hüququ yaranmayacaqdır. Beləliklə, məhkəmə elə nəticəyə gəlir ki, Cavabdeh iddiaçıya mülkiyyət hüququ üzrə məxsus yaşayış sahəsində istifadə hüququ mövcud deyildir və bununla da, ona xitam vermək mümkün deyil. Eyni zamanda, cavabdehin mənzildən pasport qeydiyyatından çıxarılması məhkəmənin deyil, müvafiq icra hakimiyyəti orqanının səlahiyyəti olduğundan, iddia tələbi bu hissədə məhkəmədə baxıla bilməz. Məhkəmə hesab edir ki, tələbin hər iki hissəsi ilə bağlı iddiaçı müvafiq inzibati orqana müraciət etməli, müraciət təmin olunmadığı halda isə həmin inzibati orqanın qərarından inzibati məhkəməyə şikayət vermək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilməsi və qeydiyyatdan çıxarılması” tələbinə dair mülki işin icraatına xitam verilsin. İddiaçıya izah edilsin ki, o qeyd olunan məsələ ilə bağlı X4 müraciət etməlidir. Həmin orqan tərəfindən imtina ediləcəyi təqdirdə isə, bununla bağlı Bakı İnzibati Məhkəməsinə müraciət edilə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Firuzə Mirzəyeva