Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-3823/2021 21.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızı İddiaçı Cavabdeh qarşı qüsurla məlumatların qaytarılması tələbinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, müəyyən еtdim: İddiaçı Cavabdeh qarşı qüsurla məlumatların qaytarılması tələbinə dair məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh arasında bağlanmış podrat müqaviləsinə əsasən Suraxanı rayonu Hövsan qəsəbəsi ərazisində iddiaçının inşa etdiyi tikilinin – hasarın və evin kürsüsünün sökülərək, həmin tikililərə istifadə edilmiş materialların – mişar daşları və armaturların iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir Ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə icraata qəbul edilmədən iddiaçıya geri qaytarılmalıdır. Belə ki, ərizə və ona əlavə edilmiş sənədlər Abşeron Rayon Məhkəməsinə göndərilməli olduğu halda Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında Abşeron rayonu, Abşeron Quşçuluq sovxozu ərazisində 0,2 ha torpaq sahəsində ümumi sahəsi 80 kv.m olan fərdi yaşayış evinin tam tikintisi ilə əlaqədar podrat müqaviləsinin ləğv edilməsini göstərilmiş, faktiki ünvan olaraq isə ünvan 1ulmaqla verilmişdir. Yəni iddiaçı tərəfindən irəli sürülən iddanın predmeti olan Abşeron rayonu, Abşeron Quşçuluq sovxozu ərazisində 0,2 ha torpaq sahəsində ümumi sahəsi 80 kv.m olan fərdi yaşayış evinin tam tikintisi ilə bağlı podryat müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi olduğundan və iddianın predmeti müstəsna aidiyyətinə aid olduğundan həmin ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət etməli olduğu halda Suraxanı Rayon Məhkəməsinə müraciət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respulikası MPM) 277.1-ci maddəsinə əsasən məhkəmə əmri haqqında ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Azərbaycan Respublikası MPM-nin 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.2-ci maddəsinə əsasən, ərizənin qaytarılması haqqında hakim qərardad çıxarır. Şərh edilənlərə əsasən belə nəticəyə gəlirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər icraata qəbul edilməməli və iddiaçıya geri qaytarılmalıdır. Bununla yanaşı iddiaçıya izah olunur ki, ərizənin qaytarılması ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 267-268 və 277.1-ci maddələrinə əsaslanaraq qərara аldım: İddiaçı Cavabdeh qarşı qüsurla məlumatların qaytarılması barədə ərizəsinə məhkəmənin icraatında baxılmasından imtina edilsin. Ərizə və ona əlavə edilmiş sənədlər iddiaçi İddiaçı geri qaytarılsın. İddiaçıya bir daha izah olunsun ki, ərizənin qaytarılması ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva.
Məhkəmə qərarları › İş №e-2(010)-3823/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-3823/2021
21.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver