Məhkəmə qərarları › İş №e-2(010)-3878/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3878/2022

23.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3878/2022 23.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ X2 Məmmədovun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Lı̇ u Cəmı̇ lə Rafı̇ qovnanın cavabdeh Zeynalov Seyfəddı̇ n Əbdül oğluna qarşı əmlak və pul tələbinə dair mülki işə Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı əmlak və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı xüsusi mülkiyyətində olan Xaçmaz rayonu, Maksudkənd kənd ərazisində yerləşən 1.14 ha torpaq sahəsini (qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********27), 3.31 ha torpaq sahəsini (qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********48), 1.12 ha torpaq sahəsini (qeydiyyat nömrəsi **********, reyest nömrəsi **********34) cavabdeh tərəfindən iddiaçıya qaytarılması, 116221 (yüz on altı min iki yüz iyirmi bir) ABŞ dollar pulun (icra olunduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və hüquqi yardımın göstərilməsinə görə ödənilən 500 (beş yüz) manat, həmçinin dövlət rüsumuna görə ödənilən 490 (dörd yüz doxsan) manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Xaçmaz rayonu, Maksudkənd kənd ərazisində yerləşən 1.14 ha torpaq sahəsi (qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********27), 3.31 ha torpaq sahəsi (qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********48), 1.12 ha torpaq sahəsi (qeydiyyat nömrəsi **********, reyest nömrəsi **********34) İddiaçı xüsusi mülkiyyətindədir. Həmin torpaq sahələrində və ona bitişik digər torpaq sahələrində ididaçının rəhmətə getmiş əri Liu Xinan Cavabdeh birlikdə biznes fəaliyyətliyyəti ilə məşgul olmuşdur. İddiaçının əri Liu Xinan 27 yanvar 2021-ci il tarixdə ölmüşdür. Qanunla müəyyən edilmiş müddətdə vərəsə İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnaməsi və mülkiyyət hüququ haqqında şəhadətnaməsi alınması üçün Bakı şəhəri 46 saylı notariat ofisinə müraciət etmişdir. Həmin müraciət əsasında vərəsəlik işi açılmışdır. Çıxarışı olan mənzil və bank hesabları üzrə notariat tərəfindən qanunvericiliyə uyğun olaraq paylar müəyyən edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və mülkiyyət hüququ haqqında şəhadətnamələr verilmişdir. Vərəsəlik işi üzrə nikahdan sonra əldə olunan əmlaklara münasibətdə İddiaçı ölmüş şəxsin arvadı olduğu üçün cəmi 5\8 pay, uşaqları Liu Leyli 1\8, Liu Aylin 1\8 pay, anası 1\8 pay almışdır. Rəhmətə getmiş ər Liu Xinan ilə cavabdeh arasında sonuncu dəfə 16 iyun 2020-ci il tarixli ‘İnvestisya və iştirak barədə birgə və korporativ razılaşma' müqaviləsi imzalanmışdır. Həmin müqavilədən görünür ki, Liu Xinan və cavabdeh ayrı ayırılıqda 168700 Abş dolları, cəmi 337400 Abş dolları investisiya qoymuşdur. Həmçinin həmin müqavilədən görünür ki, cəmi 71751 Abş dollar borc var. Borcun 1\2 hissəsi çıxıldıqda Liu Xinanın 132824 Abş dolları investisiyası qalır. Həmin məbləğin 7\8 hissəsi vərəsələr İddiaçı, Liu Leyliyə,Liu Aylinə, qalan 1\8 hissəsi isə digər vərəsə Liu Xinanın anasına aiddir. Yəni vərəsələr İddiaçı, Liu Leyliyə,Liu Aylinə 116221 Abş dolları pul çatmalıdır. Çin Respublikasının vətəndaşı Liu Xinan öldükdən sonra cavabdeh ona məxsus əmlakları mənimsəmiş, vərəsələrinə qaytarmamışdır. Bununla əlaqədar olaraq dəfələrlə şifahi söhbətlər aparılmış,lakin nəticə olmamışdır. Sonuncu dəfə cavabdehə 4 iyul 2022-ci il tarixdə ‘Pretenziya məktubu' göndərilmiş, cavabdeh tərəfindən 20 iyul 2022-ci il tarixli məktubla problemin həll olunması üçün görüşməyə hazır olduğunu bildirmiş, buna əsasən 27 iyul 2022-ci il tarixə saat 09.00-a görüş təyin edilmiş, lakin cavabdeh tərəf özü və nümayəndəsi gəlməmişdir. 27 iyul 2022-ci il tarixə saat 09.42-də cavabdehlə əlaqə saxlanıldıqda Bakıdan kənarda olduğunu bilmişdir. Liu Xinan öldükdən sonra cavabdeh dəfələrlə eyni bəhanələrlə işin məhkəmədən kənar həll edilməsindən yayınmışdır. Buna görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə dərək, tələbin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə müvafiq olaraq işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfi dinləyib, toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: - Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Liu Xinan ilə X1 xx.xx.2010-cu il tarixdə Bakı şəhərində rəsmi nikaha daxil olmuşlar. - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2010-cu il tarixdə anadan olmuşdur. X7, anası İddiaçıdır. - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2014-cü il tarixdə anadan olmuşdur. X7, anası İddiaçıdır. - Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Liu Xinan xx.xx.2021-ci il tarixdə “Covid-19” virusundan vəfat etmişdir. - AR DƏDRX-nin xx.xx.2009-cu il tarixli, **********43-05101-093015 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışından görünür ki, ünvan 1 ünvanında yerləşən 34 nömrəli mənzil Liu Xinanın adına qeydiyyata alınmışdır. - xx.xx.2021-ci il tarixli, 2V-225 reyestr nömrəli “Mülkiyyət hüququ haqqında şəhadətnamədən görünür ki, İddiaçı birgə nikah dövründə əldə olunmuş ünvan 1 ünvanında yerləşən 34 nömrəli mənzilə ½ hissədə mülkiyyət hüququ vardır. Eyni zamanda İddiaçı mülkiyyət hüququ haqqında şəhadətnamə verilən ümumi birgə əmlak Günay Bank ASC-nin xx.xx.2021-ci il tarixli, 1422 nömrəli arayışına əsasən, Günay Bank ASC-nin Baş ofisində AZ51GUNA**********000001050 saylı kart hesabında olan 0.67 ABŞ dolları,AZ35GUNA 4**********000848051 saylı kredit hesabında olan 5201.88 euro AZ31GUNA******************** saylı cari hesabında olan 0.34 Euro məbləğində pul vəsaitindən ibarətdir. O cümlədən ölmüş ərin ümumi əmlakdakı payı hesablardakı vəsaitin ½ hissəsindən ibarətdir. - xx.xx.2021-ci il tarixli, 2V-226 reyestr nömrəli “Mülkiyyət hüququ haqqında şəhadətnamədən görünür ki, İddiaçı mülkiyyət hüququ haqqında şəhadətnamə verilən ümumi birgə əmlak Bank Avrasiya ASC-nin xx.xx.2021-ci il tarixli, 02/1118 nömrəli arayışına əsasən, AZ69AVRA******************** saylı carı hesabında olan 2.03 manat, AZ60AVRA******************** saylı manat hesabında olan 4066.93 manat, AZ90AVRA******************** saylı cari ABŞ dolları hesabında olan 17729.61 ABŞ dolları, AZ81AVRA**********02000978********** saylı cari ABŞ dolları hesabında 1026.78 Abş dolları, AZ70AVRA******************** cari avro hesabında 100 avro məbləğində pul vəsaitindən ibarətdir. O cümlədən, ölmüş ərin ümumi əmlakdakı payı hesablardakı vəsaitin ½ hissəsindən ibarətdir. - xx.xx.2021-ci il tarixli, 2V-227 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ” haqqında şəhadətnamədən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş Liu Xinanın vərəsələri – İddiaçı, övladı X3 və övladı X4 olmaqla şəhadətnamə verilən miras əmlak AR DƏDRX-nin xx.xx.2009-cu il tarixli, **********43-05101-093015 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Liu Xinanın adına qeydiyyata alınmış ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 47.5 kv.m, yaşayış sahəsi 30.8 kv.m olan 2 otaqlı, 34 nömrəli mənzildən ibarətdir. Hər birinin bir əmlakda ¼ hissədə payı vardır. - xx.xx.2021-ci il tarixli, 2V-228 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ” haqqında şəhadətnamədən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş Liu Xinanın vərəsələri – İddiaçı, övladı X3 və övladı X4 olmaqla şəhadətnamə verilən miras əmlak Bank Avrasiya ASC-nin xx.xx.2021-ci il tarixli, 02/1118 nömrəli arayışına əsasən, AZ69AVRA******************** saylı carı hesabında olan 2.03 manat, AZ60AVRA******************** saylı manat hesabında olan 4066.93 manat, AZ90AVRA******************** saylı cari ABŞ dolları hesabında olan 17729.61 ABŞ dolları, AZ81AVRA**********02000978********** saylı cari ABŞ dolları hesabında 1026.78 Abş dolları, AZ70AVRA******************** cari avro hesabında 100 avro məbləğində pul vəsaitindən ibarətdir. Hər birinin bir əmlakda ¼ hissədə payı vardır. - xx.xx.2021-ci il tarixli, 2V-229 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ” haqqında şəhadətnamədən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş Liu Xinanın vərəsələri – İddiaçı, övladı X3 və övladı X4 olmaqla şəhadətnamə verilən miras əmlak Günay Bank ASC-nin xx.xx.2021-ci il tarixli, 1422 nömrəli arayışına əsasən, Günay Bank ASC-nin Baş ofisində AZ51GUNA**********000001050 saylı kart hesabında olan 0.67 ABŞ dolları, AZ35GUNA 4**********000848051 saylı kredit hesabında olan 5201.88 euro AZ31GUNA******************** saylı cari hesabında olan 0.34 Euro məbləğində pul vəsaitindən ibarətdir. Göstərilən miras əmlakın ½ hissəsinə ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış arvada mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. - xx.xx.2021-ci il tarixli, 2V-230 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ” haqqında şəhadətnamədən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş Liu Xinanın vərəsələri – İddiaçı, övladı X3 və övladı X4 olmaqla şəhadətnamə verilən miras əmlak Günay Bank ASC-nin xx.xx.2021-ci il tarixli, 1422 nömrəli arayışına əsasən, Günay Bank ASC-nin Baş ofisində AZ87GUNA**********000000100 saylı kart hesabında olan 528.67 ABŞ dolları pul vəsaitindən ibarətdir. - xx.xx.2021-ci il tarixli, 2V-231 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ” haqqında şəhadətnamədən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş Liu Xinanın vərəsəsi – Çin Xalq Respublikasında qeydiyyatda olan Yuzhen Yi olmaqla şəhadətnamə verilən miras əmlak AR DƏDRX-nin xx.xx.2009-cu il tarixli, **********43-05101-093015 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Liu Xinanın adına qeydiyyata alınmış ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 47.5 kv.m, yaşayış sahəsi 30.8 kv.m olan 2 otaqlı, 34 nömrəli mənzildən ibarətdir. Onun əmlakda ¼ hissədə payı vardır. - xx.xx.2021-ci il tarixli, 2V-232 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ” haqqında şəhadətnamədən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş Liu Xinanın vərəsəsi – Çin Xalq Respublikasında qeydiyyatda olan Yuzhen Yi olmaqla şəhadətnamə verilən miras əmlak Bank Avrasiya ASC-nin xx.xx.2021-ci il tarixli, 02/1118 nömrəli arayışına əsasən, AZ69AVRA******************** saylı carı hesabında olan 2.03 manat, AZ60AVRA******************** saylı manat hesabında olan 4066.93 manat, AZ90AVRA******************** saylı cari ABŞ dolları hesabında olan 17729.61 ABŞ dolları, AZ81AVRA**********02000978********** saylı cari ABŞ dolları hesabında 1026.78 Abş dolları, AZ70AVRA******************** cari avro hesabında 100 avro məbləğində pul vəsaitindən ibarətdir. Onun əmlakda ¼ hissədə payı vardır. Göstərilən miras əmlakın ½ hissəsinə ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış arvada mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. - xx.xx.2021-ci il tarixli, 2V-233 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ” haqqında şəhadətnamədən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş Liu Xinanın vərəsəsi – Çin Xalq Respublikasında qeydiyyatda olan Yuzhen Yi olmaqla şəhadətnamə verilən miras əmlak Günay Bank ASC-nin xx.xx.2021-ci il tarixli, 1422 nömrəli arayışına əsasən, Günay Bank ASC-nin Baş ofisində AZ51GUNA**********000001050 saylı kart hesabında olan 0.67 ABŞ dolları, AZ35GUNA 4**********000848051 saylı kredit hesabında olan 5201.88 euro AZ31GUNA******************** saylı cari hesabında olan 0.34 Euro məbləğində pul vəsaitindən ibarətdir. Göstərilən miras əmlakın ½ hissəsinə ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış arvada mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. - xx.xx.2021-ci il tarixli, 2V-234 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ” haqqında şəhadətnamədən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş Liu Xinanın vərəsəsi – Çin Xalq Respublikasında qeydiyyatda olan Yuzhen Yi olmaqla şəhadətnamə verilən miras əmlak Günay Bank ASC-nin xx.xx.2021-ci il tarixli, 1422 nömrəli arayışına əsasən, Günay Bank ASC-nin Baş ofisində AZ87GUNA**********000000100 saylı kart hesabında olan 528.67 ABŞ dolları pul vəsaitindən ibarətdir. - AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 5 saylı ərazi idarəsinin Seriya RX, qeydiyyat tarixi xx.xx.2017-ci il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********34 olan Çıxarışından görünür ki, Xaçmaz rayonu, Maqsudkənd kəndi ərazisində yerləşən 1.12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. - AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 5 saylı ərazi idarəsinin Seriya RX, qeydiyyat tarixi xx.xx.2017-ci il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********27 olan Çıxarışından görünür ki, Xaçmaz rayonu, Maqsudkənd kəndi ərazisində yerləşən 1.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. - AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 5 saylı ərazi idarəsinin Seriya RX, qeydiyyat tarixi xx.xx.2017-ci il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********48 olan Çıxarışından görünür ki, Xaçmaz rayonu, Maqsudkənd kəndi ərazisində yerləşən 3.31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, İddiaçı ilə Liu Xinan rəsmi nikaha daxil olmuş və həmin nikahdan 2 övladları dünyaya gəlmişdir. Liu Xinan xx.xx.2021-ci il tarixdə vəfat etdikdən sonra ondan miras qalmış yuxarıda qeyd olunan daşınmaz əmlak və bank hesablarındakı pul vəsaitlərinə münasibətdə onun vərəsələri – həyat yoldaşı İddiaçı, övladı X3, övladı X4 və anası Yuzhen Yinin qanun üzrə vərəsəlik hüququları tanınmaqla həmin miras əmlaklara münasibətdə pay hüquqları müəyyən edilmişdir. Hazırkı tələblə iddiaçı mülkiyyət hüququ ilə ona məxsus olan torpaq sahələrinin özünə qaytarılmasını, eyni zamanda mərhum həyat yoldaşı ilə iş ortağı olan cavabdeh arasında bağlanmış əməkdaşlıq sazişi əsasında mərhum həyat yoldaşı tərəfindən qoyulmuş investisiyanın miras əmlak kimi geri qaytarılmasını tələb edir. Liu Xinanla iddiaçının birgə nikahından anadan olan Leyli və Aylin adlı uşaqlar yetkinlik yaşına çatmadıqlarına görə onların qanuni nümayəndələri kimi iddiaçı çıxış edir. Məhkəmə hesab edir ki, iddia tələbi Xaçmaz rayonu, Maksudkənd kənd ərazisində yerləşən 1.14 ha torpaq sahəsi (qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********27), 3.31 ha torpaq sahəsi (qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********48), 1.12 ha torpaq sahəsinin (qeydiyyat nömrəsi **********, reyest nömrəsi **********34) cavabdehdən alınaraq iddiaçıya qaytarılması hissəsində əsaslıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan müvafiq Çıxarışlardan göründüyü kimi 1.12, 1.14 və 3.31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri tam mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Belə olan halda, həmin torpaq sahələri cavabdehin qanunsuz sahibliyindən götürülməklə qanuni mülkiyyətçisinə geri qaytarılmalıdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, qeyd olunan torpaq sahələrinə münasibətdə hər hansı bir iddiası yoxdur və həmin torpaq sahələrinin iddiaçıya qaytarılmasına etiraz etmir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. AR MM-nin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 154.1-ci maddəsinə əsasən, qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə qeyd edir ki, iddia tələbi 116.221 (yüz on altı min iki yüz iyirmi bir) ABŞ dollar pul vəsaitinin (icra olunduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində əsaslı deyildir. AR MM-nin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məhkəmə yuxarıda qeyd olunan normaları nəzərə alaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçı qeyd olunan formada iddia tələbi ilə məhkəməyə müraciət etsə də, lakin mərhum həyat yoldaşı tərəfindən cavabdehlə birgə biznes fəaliyyəti ilə məşğul olmaq üçün investisiya olaraq qoyulmuş pul vəsaitinin miras kütləsi olması, bununla bağlı vərəsəlik işinin açılması, miras aktivinin və passivinin nədən ibarət olması və həmin pul vəsaitinin miras əmlak qismində qəbul edilməsi iə bağlı sübutları (sənədləri) məhkəməyə təqdim etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbinin qeyd olunan hissədə təmin edilməsi qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə qeyd edir ki, iddia tələbi hüquqi yardımın göstərilməsinə görə ödənilən 500 (beş yüz) manat pulun cavabdeh alınaraq iddiaçıya ödənilməsi hissəsində əsaslıdır. AR MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. AR MPM-nin 115.0.6-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə vəkillərə etdikləri kömək üçün ödənilən xərclər də daxildir. Məhkəmə iddia tələbinin hüquqi xidmətə görə pulun tutulması hissəsinə qiymət verərkən işin həcmini, vəkilin hüquqi yardım üçün sərf etməli olduğu vaxtı da nəzərə alır və tələb edilən məbləği ağlabatan hesab edir. Məhkəmə hesab edir ki, iddia tələbi iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 490 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya qaytarılması hissəsində qismən əsaslıdır. AR MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş 490 manat dövlət rüsumunun 100 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Lı̇ u Cəmı̇ lə Rafı̇ qovnanın xüsusi mülkiyyətində olan, Xaçmaz rayonu, Maksudkənd kənd ərazisində yerləşən, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********27 olan 1.14 ha torpaq sahəsi, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********48 olan 3.31 ha torpaq sahəsi və qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********34 olan 1.12 ha torpaq sahəsi cavabdeh Zeynalov Seyfəddı̇ n Əbdül oğlundan alınaraq iddiaçı Lı̇ u Cəmı̇ lə Rafı̇ qovnaya geri qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 490 manat dövlət rüsumunun 100 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Hüquqi yardım göstərilməsilə əlaqədar iddiaçı tərəfindən vəkilə ödənilmiş 500 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar