Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-3883/2022 01.09.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, X1 Birinci iş üzrə iddiaçı X2 nümayəndəsi və vəkili X3 İkinci iş üzrə İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı mülkiyyətə qəsdə son qoyulması və mənzilə müdaxilənin qadağan edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı mülkiyyətə qəsdə son qoyulması və mənzilə müdaxilənin qadağan edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 13 M ünvanında yerləşən binanın İV girişində 7-ci mərtəbədə yerləşən, 3 otaqdan ibarət ümumi sahəsi 108.5 kv.m olan mənzil üzərində iddiaçının mülkiyyətinə qəsdə son qoyulması, həmin mənzildən İddiaçı istifadəsinə cavabdeh və 3-cü şəxslər tərəfindən maneənin qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-3831/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə vəsatət təmin edilmiş və İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı mülkiyyətə qəsdə son qoyulması və mənzilə müdaxilənin qadağan edilməsi tələbinə dair e-2(010)-3883/2022 saylı mülki iş iddiaçı X2 cavabdehlər İddiaçı və "xxxx" MTK-ya qarşı müqavilənin etibarsız hesab edilməsi və mənzilin təhvil verilməsi tələbinə dair 2(010)- 3831/2022 saylı mülki işə birləşdirilmişdir. Məhkəmə iclasında birinci iş üzrə iddiaçı X2 nümayəndəsi və vəkili X5 işlərin bir icraatda birləşdirilib baxılmasına etirazının olmadığını bildirdi. Belə olan halda məhkəmə hesab edir ki, e-2(010)-3883/2022 saylı nömrə altında olan mülki iş digər işə birləşdirildiyindən qeyd edilən nömrə altında olan mülki işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 262.1-ci maddəsinin tələbinə görə, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.5-ci maddəsinin tələbinə görə, iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Şəhr olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin qeyd edilən maddələrini rəhbər tuturaq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı mülkiyyətə qəsdə son qoyulması və mənzilə müdaxilənin qadağan edilməsi tələbinə dair ərizəsi digər mülki işə birləşdirildiyindən, e- 2(010)-3883/2022 saylı nömrə altında olan mülki işin icraatına xitam verilsin. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №e-2(010)-3883/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-3883/2022
01.09.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver