Məhkəmə qərarları › İş №e-2(010)-3904/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-3904/2023

20.12.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-3904/2023 20.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər X11, X5, X9, X4, X2, X7, X8, X1, X6, X3 qarşı “mənzildən istifadə hüququ olmayan hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X11, X5, X9, X4, X2, X7, X8, X1, X6 və X3 qarşı “mənzildən istifadə hüququ olmayan hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə xx.xx.2023-cü il tarixdə məhkəmə hazırlıq iclası tərəflərin iştirakı olmadan keçirilərək, mülki işin məhkəmə hazırlıq iclası xx.xx.2023-cü il tarixinə təyin edilmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə hazırlıq iclası iddiaçı, iddiaçının nümayəndəsi (vəkili) Vəkil və Cavabdeh iştirakı ilə keçirilərək xx.xx.2023-cü il tarixə məhkəmə hazırlıq iclası xx.xx.2023-cü il tarixə təzirə salınmışdır. xx.xx.2023-cü il tarixli məhkəmə hazırlıq iclası iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə keçirilərək məhkəmə hazırlıq iclası xx.xx.2023-cü il tarixə təxirə salınmışdır. xx.xx.2023-cü il tarixli məhkəmə hazırlıq iclası tərəflərin iştirakı olmadan keçirilərək hazırlıq iclası xx.xx.2023-cü il tarixə təxirə salınmışdır. İş üzrə tərəflər heç bir üzrlü səbəb göstərmədən xx.xx.2023-cü il tarixdə, saat 10:30-da keçirilən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə görə məhkəmə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsi üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər X11, X5, X9, X4, X2, X7, X8, X1, X6 və X3 qarşı “mənzildən istifadə hüququ olmayan hesab edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259 və 263-264, 267-268 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər X11, X5, X9, X4, X2, X7, X8, X1, X6 və X3 qarşı “mənzildən istifadə hüququ olmayan hesab edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İş üzrə dövlət rüsümu olaraq iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat pul İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar