Məhkəmə qərarları › İş №e-2(010)-3932/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3932/2022

26.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3932/2022 26.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Suraxanı Rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5155 manat məbləğində pul və ödənilmiş 72 manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ailəni dolandırmaq məqsədi ilə taksi fəaliyyəti ilə məşğul olmaq üçün 2021-ci ilin əvvəli avtomobil almaq qərarına gəlmiş və internetdə 8 900 manata satışda olan 1997-ci il istehsalı olan 2.2 mator disel Mersedes C markalı **-ZN-*** dövlət nömrə nişanlı avtomobili almaq istəmişdir. Həmin avtomobil 30 iyun 2021-ci il tarixində internetdə Mehdi adlı şəxs tərəfindən qoyulmuşdu. Sonra “İnstaqram”da Cavabdeh ilə tanış olmuşdur. O, bildirdi ki, avtomobilin alımasmda kömək edə bilər bir şərtlə ki, maşın Fuadın adına keçmək şərti ilə maşının yarı pulunu Fuad ödəyir və ödənilmiş pul faizi ilə birlikdə ona tam qaytarıldıqdan sonra maşın iddiaçının adına keçəcəkdir. O, Şamaxıya gedib maşına baxmış və maşını 8300 manata razılaşmışdır. 2021-ci il iyunun 29-u Unibankın Neftçilər filialından 4300 manat kredit almışdır. 30 iyun 2021-ci ildə isə avtomobili satan Mehdi, onun atası və dostu Baş Dövlət Yol Polis İdarəsinə alqı-satqıya gəlmiş və 4000 manatı Fuada vermiş, o, da özünəki 4300 manat əlavə edib Mehdiyə vermişdir. Qeyd olunanları Mehdi və digərləri də təsdiq edə bilərlər. Avtomobil Cavabdeh adına rəsmiləşdikdən sonra o, maşını iki ay idarə etmiş və hər ay 500 manat e-manat vasitəsi ilə Cavabdeh iki ay cəmi 1000 manat pul ödəmişdir.(qəbzlər əlavə olunur). Bundan başqa o, 85 manat sığortaya və 70 manat texniki baxışa görə pul ödəmiş, iki aydan sonra yüngül avtoqəza oldu və buna görə də ödəmədə iki gün gecikmə olmuşdur. Bundan sui istifadə edən Cavabdeh 2021-ci il oktyabrın 1-i maşını aparıb bildirdi ki, satıb onun pulunu verəcəkdir. Lakin onu aldadaraq aradın çıxmış və o, bir də onu tapa bilməmişdir. Dəfələrlə zəng etsə də, telefona cavab verməmiş, sonda isə ona avtomobili zərərlə 6000 manata satdığını bildirərək ona pul düşmədiyini bildirmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli hazırlıq iclasında iştirak edən Cavabdeh öz izahatında bildirmişdir ki, iddiaçının ona verdiyi 4.000 manat pulun üzərinə özü pul əlavə edərək həmin avtomobili almış və öz adına rəsmiləşdirib iddiaçıya vermişdir. Lakin iddiaçı ona qaytarmalı olduğunu pul vəsaitini gecikdirdiyi üçün avtomobili götürmüş və alındığını dəyərdən aşağı məbləğə satılmışdır. Məhkəmənin hazırki iclasında İddiaçı iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmənin hazırki iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddiaçı ilə eyni məzmunlu izahat verərək iddia tələbinin əsaslı olduğunu bildirdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçı tərəfin izahatını dinləyib, hesab edir ki, iddia qimən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2021-ci il tarixli Kredit müqaviləsindən görünür ki, Hacıyev X2 KB ASC-dən illik 29 faiz olmaqla 36 ay müddətinə 4300 manat məbləğində kredit götürmüşdür. -mədaxil qəbzlərindən görünür ki, İddiaçı Cavabdeh hesabına vaxtaşırı olaraq 2 dəfə 505 manat məbləğində pul vəsaiti köçürmüşdür. - sms bildirişin surətindən görünür ki, **-ZN-*** dövlət nömrə nişanlı avtomobil üçün 85 manat məbləğində sığorta haqqı ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, İddiaçı “Mersedes C” markalı, **-ZN-*** dövlət nömrə nişanlı avtomobili taksi fəaliyyəti ilə məşğul olmaq məqsədilə almaq qərarına gəlmiş, lakin yetəri qədər pul vəsaiti olmadığına görə cavabdehə avtomobilin yarı qiymətini ödəməsini təklif etmişdir. Avtomobil cavabdehin adına alınmışdır. Tərəflər arasında razılaşma ondan ibarət olmuşdur ki, iddiaçı avtomobilin alınması üçün cavabdehin ödədiyi pul məbləğini hər ay müəyyən faizlə ona qaytarmalı, cavabdeh isə həmin pul vəsaiti ona tam qaytarıldıqdan sonra avtomobili iddiaçının adına rəsmiləşdirməli idi. İddiaçı tərəf öz izahatında bildirir ki, vaxtaşırı olaraq cavabdehə ödənişlər etmiş, lakin sonradan bir müddət ödənişdə gecikmə olduğu üçün cavabdeh bundan istifadə edərək həmin avtomobili satmış və ona pul qaytarmamışdır. Cavabdeh isə məhkəmənin xx.xx.2022-ci il tarixli hazırlıq iclasında bildirmişdir ki, iddiaçının ona verdiyi 4.000 manat pulun üzərinə özü pul əlavə edərək həmin avtomobili almış və öz adına rəsmiləşdirib iddiaçıya vermişdir. Lakin iddiaçı ona qaytarmalı olduğu pul vəsaitini gecikdirdiyi üçün avtomobili götürmüş və aldığını dəyərdən aşağı məbləğə satılmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, işin hallarından və tərəflərin izahatından aydın olur ki, iddiaçı həmin avtomobilin alınması məqsədilə cavabdehə 4 min manat məbləğində pul vermişdir. Qeyd olunan hal işin mübahisələndirilməyən tərəfidir. Tərəflər arasında yazılı müqavilə olmasa da, yuxarıda qeyd edilmiş şərtlərlə sövdələşmənin olması mübahisəsizdir. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehə ödədiyi 4000 manatın cavabdehdə qalmasını şərtləndirən hər hansı hüquqi əsas yoxdur. Belə ki, tərəflərin sövdələşməsi pozulduqdan sonra, cavabdehin öz adına olan avtomobili satmaqla bərabər, eyni zamanda iddiaçının avtomobilin dəyəri kimi ona verdiyi 4000 manatı da özündə saxlamağı əsassız varlanma halının yaranmasına gətirib çıxarır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə qeyd edir ki, iddia tələbi iddiaçının cavabdehə vaxtaşırı olaraq 2 dəfə ödədiyi 505 manat məbləğində pul vəsaitinin qaytarılması hissəsində əsaslı deyildir. Belə ki, iddiaçı həmin məbləğin qaytarılmasını tələb etsə də, lakin həmin dövrdə avtomobil iddiaçının sərəncamında olmuş və taksi fəaliyyəti həyata keçirməklə, iddiaçı özü də qazanc əldə etmişdir. Belə olan halda, məhkəmə iddia tələbini qeyd olunan hissədə əsassız hesab edir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi həmin avtomobilə görə ödənilmiş 80 manat sığorta haqqının və 75 manat avtomobilin texniki baxışdan keçirilməsinə görə ödənilmiş pul vəsaitinin cavabdehdən tutulması hissəsində də əsassızdır. Məhkəmə qeyd edir ki, həmin dövrdə avtomobil iddiaçı tərəfindən idarə olunduğu üçün zəruri xərclərin çəkilməsi öhdəliyi də məhz iddiaçının öz üzərinə düşür. Bu səbəbdən həmin pul vəsaitlərinin ödənilməsi öhdəliyinin cavabdehə aid edilməsi qanuni və əsaslı hesab edilə bilməz Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia qismən təmin edildiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət 72 manat məbləğində dövlət rüsumunun 60 manat hissəsi Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci madddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 4.000 manat pul vəsaiti tutularaq iddiaçı Hacıyev Sahı̇ l Nazı̇ m oğluna ödənilsin. İş üzrə ödənilmiş 72 manat dövlət rüsumunun 60 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar