Məhkəmə qərarları › İş №e-2(010)-3933/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3933/2024

29.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3933/2024 29.11.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul vəsaitinin və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi. 1.İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15950 (on beş min doqquz yüz əlli) manat miqdarında pul vəsaitinin, 1000 (bir min) manat mənəvi zərər əvəzinin və dövlət rüsumuna görə ödənilmiş 138 manat miqdarında pul vəsaitinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə podrat müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Podratçı kimi Cavabdeh sifariş verilmişdir ki, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində 2 sot torpaq sahəsində 1 mərtəbəli tam təmirli yaşayış evi tikilsin. Həmin müqaviləyə əsasən Sifarişçi tərəfindən Cavabdeh 15950 manat pul ödənilmişdir. 9 ay keçməsinə baxmayaraq Cavabdeh öhdəliyi yerinə yetirməmiş və yaşayış evi inşa edilməmişdir. Cavabdeh torpağı öz adına keçirməmiş, tikintiyə icazə üçün müvafiq icra hakimiyyətinə müraciət etməmişdir. Cavabdeh öhdəliyini müqavilədə nəzərdə tutulmuş müddət ərzində yerinə yetirməyərək müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozmuş və Sifarişçi tərəfindən edilmiş xəbərdarlıqlara əhəmiyyət verməmişdir. Bu səbəbdən də Sifarişçi olaraq normaları rəhbər tutaraq müqaviləni birtərəfli qayadada ləğv etmişdir. Cavabdeh şifahi olaraq ödənilmiş pulu geri qaytaracağını bildirsə də, faktiki olaraq heç bir məbləğ qaytarmayıb. Hesab edir ki, cavabdehdən ödənilmiş 15950 manat miqdarında pul vəsaiti alınaraq ona ödənilməlidir. Göründüyü kimi, işin faktiki və hüquqi əsaslarından aydın olur ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi müqavilədə nəzərdə tutulmuş müddət ərzində yerinə yetirməmiş və müqavilənin icrasını əhəmiyyətli dərəcədə pozmuşdur. Buna görə də o, cavabdehə məktubla müraciət edərək müqaviləni birtərəfli qaydada ləğv etdiyini bildirmiş və ödənilmiş məbləği geri ödəməsini tələb etmişdir. Lakin hələ də qarşı tərəfdən məktubuna müsbət və ya mənfi hər hansı cavab verilməmişdir. Beləliklə, əks olunanlara əsasən hesab edir ki, digər tərəfə ödənilmiş 16000 manata yaxın pul vəsati ləğv edilmiş müqaviləyə əsaslandığından cavabdehdən alınaraq ona geri ödənilməlidir. Cavabdehin yuxarıda qeyd olunan qanunsuz əməlləri ilə mənəvi sarsıntı və iztirab keçirməyinə səbəb olmuşdur. Şəxsiyyətin mənəvi toxunulmazlığının Azərbaycan Respublikasının Konstitusiyası, beynəlxalq müqavilələr, onlara uyğun olaraq cinayət və mülki qanunvericiliklə qorunmasına baxmayaraq cavabdeh Konstitusiyanı və qanunvericiliyi görülməmiş şəkildə pozmağa cürət tapmış, səbəbi aydın olmayan, heç nəyə söykənməyən addım atmışdır. Nəticədə ona mənəvi zərər vurulmuşdur. Cavabdehin törətdiyi hüquq pozuntusu üzrə ona vurulmuş mənəvi zərəri maddi ölçülərlə ifadə etmək əlbəttə ki, mümkün deyildir. Bununla belə hazırkı iddianın məqsədləri üçün vurulmuş mənəvi zərər 1000 (bir min) manat həcmində qiymətləndirilir.

Tərəflərin izahatları.

3. İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, o kirayə qaldığından ev tikdirmək qərarına gəlmiş və bu məqsədlə podratçı Cavabdeh ilə onun arasında xx.xx.2023-cü il tarixdə podrat müqaviləsi bağlanmışdır. O, ilkin olaraq həmin evin tikintisi üçün cavabdehə hissə-hissə olmaqla, cəmi 13700 manat pul ödəmiş və həmin pul vəsaitinin ödənilməsi podrat müqaviləsinə əlavə olunmuş cədvəldə öz əksini tapmışdır. Daha sonra podrat müqaviləsini notarial orqanda bağlamışlar və bunun üçün onun tərəfindən 250 manat pul vəsaiti ödənilmişdir. Bir müddət sonra Cavabdeh evin 100 kv.m tikilməsi üçün ondan əlavə olaraq 1300 manat və notariat xərcləri üçün 800 manat əlavə pul vəsaiti almışdır. Ona evin tikilməsi üçün nəzərdə tutulan torpaq sahəsini başqa bir şəxs göstərmiş və orada yalnız beton tökülmüş və başqa heç bir tikinti işləri aparılmamışdır. Dəfələrlə cavabdehlə əlaqə saxlamaq istəsə də, artıq telefon zənglərinə də cavab verməmişdir. Bununla bağlı olaraq vəkil tərəfindən Suraxanı rayon İcra Hakimiyyətinə tikinti işlərinin aparılması ilə bağlı olaraq sorğu verilmiş və həmin sorğuya cavab olaraq Cavabdeh tərəfindən tikinti işlərinin aparmaq məqsədilə məlumatlandırma icraatı ilə bağlı rayon İcra Hakimiyyətinə heç bir müraciətinin daxil olmaması ilə bağlı ona cavab verilmişdir. O artıq uzun müddətdir ki, kirayədə yaşayır və cavabdehdən həmin fərdi yaşayış evinin tez tikilməsini xahiş etmişdir. Lakin cavabdeh tərəfindən aldadıldığını başa düşmüş və cavabdehə ödənilmiş pul vəsaitinin geri qaytarılmasını xahiş etmişdir. Lakin cavabdeh pul vəsaitini ona geri qaytarmaqdan imtina etmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə iddiaçının izahatına uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün sayır.

Şahid ifadəsi

6. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, iddiaçı onun qızının əridir. İddiaçı Cavabdeh Hövsan qəsəbəsində yerləşən torpaq sahəsində ev tikib satdığını və kirayə yaşamaq istəmədiyindən ev almaq niyyətində olduğunu bildirmişdir. Bununla bağlı olaraq Cavabdeh ilə razılığa gəlmişlər və ilkin olaraq ona 7000 manat pul ödənilmiş və 800 manat isə notariat xərci kimi iddiaçıdan almışdır. Ramin həmin torpaq sahəsinə bir miqdar daş tökdürmüş və dörd tərəfi qazmışdır. Sonradan Ramin gələrək 1300 manat pul vəsaitini də iddiaçıdan almış və İcra Hakimiyyəti ilə razılaşdığını bildirmişdir. Daha sonra isə Şuşa şəhərində böyük lahiyə götürdüyünü onlara bildirmiş və həmin torpaq sahəsində hər hansı tikinti işləri aparmamışdır.

İş materialları.

7. Sifarişçi İddiaçı Nərman oğlu ilə podratçı Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli podrat müqaviləsindən görünür ki, X3 rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozunda özünə məxsus olan 2 sot torpaq sahəsində ümumi sahəsində 80 kv.m müqaviləyə əlavə olunan layihəyə əsasəf fərdi yaşayış evinin təmirli tikintisini sifariş edir, Cavabdeh X1 etdiyi layihəyə uyğun evin tikintisini öz üzərinə götürür.

8. Ödəniş cədvəlindən görünür ki, evin ümumi qiyməti 45000 manat təşkil edir, kreditin müddəti 48 aydır, X7 3 ay ərzində 3000 manat ödəyəcəkdir, aylıq ödəniş 500 manatdan aşağı olmayaraq 48 ay müddətinə bağlanmalıdır, hər ayın 15-dən gec olmamaqla ödənilməlidir, 28 noyabr 2023-cü ildə X7 7000 manat, 30 noyabr 2023-cü ildə isə 3000 manat,xx.xx.2024-cü il tarixdə 700 manat, xx.xx.2024-cü il tarixdə 3000 manat məbləğində ödəniş etmişdir.

9. Sifarişçi İddiaçı ilə podratçı Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli podrat müqaviləsindən görünür ki, X10 rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozunda özünə məxsus olan 2 sot torpaq sahəsində ümumi sahəsində 80 kv.m müqaviləyə əlavə olunan layihəyə əsasəf fərdi yaşayış evinin təmirli tikintisini sifariş edir, Məmmədli X5 Ruhlanın sifariş etdiyi layihəyə uyğun evin tikintisini öz üzərinə götürür. Sifariçşi müqavilənin bağlanması üçün 250 manat ödəməlidir.

10. Cavabdeh ünvanlanmış bildiriş məktubdan görünür ki, X2 Ramin Möhübbət oğluna yaranmış mövcud borcun ödənilməsinə dair xəbərdarlıq etmişdir.

11. Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubun surətindən müəyyən olunur ki, Cavabdeh tərəfindən tikinti işlərinin aparmaq məqsədilə məlumatlandırma icraatı ilə bağlı rayon İcra Hakimiyyətinə heç bir müraciət daxil olmamışdır.

İşin faktiki halları.

12. İddiaçı (sifarişçi) və Cavabdeh (podratçı) arasında bağlanmış podrat müqaviləsinə əsasən Podratçı Sifarişçinin sifarişi əsasında Abşeron rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozunda yerləşən 0.02 ha torpaq sahəsində 1 mərtəbəli tam təmirli fərdi yaşayış evi tikməyi öhdəsinə götürmüşdür. İş materiallarından və iddiaçı tərəfin izahatından belə görünür ki, evin tikintisi üçün ödənilməli pul vəsaitinin bir hissədi Sifarişçi tərəfindən Podratçıya ödənilmişdir.

13. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli podrat müqaviləsinə əlavə olunmuş ödəniş cədvəlindən müəyyən olunur ki, evin ümumi dəyəri 45000 manat təşkil etmiş və sifarişçi tərəfindən podratçıya ilkin olaraq hissə-hissə olmaqla 13700 manat pul vəsaiti ödənilmişdir. Podrat müqaviləsinin notarial qaydada bağlanması üçün isə sifarişçi 250 manat pul vəsaiti ödəmişdir.

14. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli podrat müqaviləsinin tələblərinə əsasən tikinti müqavilə bağlandığından 2-4 ay sonra başlanmalı və tikintinin müəyyən əsaslı səbəblərdən podratçı tərəfindən 30 gündən 45 günə kimi gecikdirilməsi nəzərdə tutulmuşdur. İddiaçının izahatına görə də podrat müqaviləsi bağlanmasından və buna görə ilkin ödənişin həyata keçirilməsindən xeyli müddət keçməsinə baxmayaraq, cavabdeh tərəfindən torpaq sahəsində hər hansı tikinti işləri aparılmamış və Suraxanı rayon İcra Hakimiyyətinə tikinti işlərinin aparılması ilə bağlı olaraq sorğu verilmiş və həmin sorğuya cavab olaraq Cavabdeh tərəfindən tikinti işlərinin aparmaq məqsədilə məlumatlandırma icraatı ilə bağlı rayon İcra Hakimiyyətinə heç bir müraciətin daxil olmaması ilə bağlı cavab verilmişdir.

Tətbiq edilən hüquq.

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 759. Podrat müqaviləsinin ləğvi 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Maddə 762. Podratın nəticələrini qüsursuz icra etmək vəzifəsi 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarı

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 41-ci maddəsinə, habelə digər normalarına əsaslanaraq mənəvi zərərin müəyyən edilməsinə dair müvafiq təcrübə formalaşdırmışdır. Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlar). Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqazidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqazidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. Avropa Məhkəməsinin yuxarıda qeyd olunan Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə Qərarında, həmçinin göstərilmişdir ki, şəxslərin mənəvi iztirablarının dərəcəsinin müəyyən edilməsi üçün qohumluq əlaqələrinin yaxınlıq dərəcəsi, qohumluq münasibətlərinin spesifikası, qohumun hadisənin şahidi olub-olmaması və s. faktorların müəyyən edilməsi əhəmiyyət kəsb edir. Avropa Məhkəməsi Maksimov Rusiyaya qarşı iş üzrə 2010-cu il 18 mart tarixli Qərarında qeyd etmişdir ki, kompensasiyanın hesablanması qaydası mürəkkəbdir. Fiziki və ya mənəvi iztirablara dair işlərə baxılarkən bu proses daha da çətinləşir. Ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi kompensasiyanın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az kompensasiyanın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarının 8-ci bəndinə əsasən, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. Həmçinin məhkəmələr tərəfindən nəzərə alınmalıdır ki, şəxsin ölümü və ya sağlamlığına vurulmuş zərər təkcə qohumlarının deyil, həm də onun dostlarının, tanışlarının da mənəvi sarsıntı, məyusluq hissləri keçirməsinə səbəb ola bilər. Lakin məhkəmələr hüquq pozuntusu nəticəsində yaranan mənəvi zərərə görə şəxsin məsuliyyətini müəyyən edərkən güclü emosional hisslərlə ağır mənəvi sarsıntı və iztirab hisslərini fərqləndirməlidirlər.

17. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli Qərarı

7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər.

10. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

19. İşin faktiki hallarından göründüyü kimi İddiaçı (sifarişçi) və Cavabdeh (podratçı) arasında bağlanmış podrat müqaviləsinə əsasən Podratçı Sifarişçinin sifarişi əsasında Abşeron rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozunda yerləşən 0.02 ha torpaq sahəsində 1 mərtəbəli tam təmirli fərdi yaşayış evi tikməyi öhdəsinə götürmüşdür. İş materiallarından və iddiaçı tərəfin izahatından belə görünür ki, evin tikintisi üçün ödənilməli pul vəsaitinin bir hissədi Sifarişçi tərəfindən Podratçıya ödənilmişdir.

20. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli podrat müqaviləsinə əlavə olunmuş ödəniş cədvəlindən müəyyən olunur ki, evin ümumi dəyəri 45000 manat təşkil etmiş və sifarişçi tərəfindən podratçıya ilkin olaraq hissə-hissə olmaqla 13700 manat pul vəsaiti ödənilmişdir. Podrat müqaviləsinin notarial qaydada bağlanması üçün isə sifarişçi 250 manat pul vəsaiti ödəmişdir.

21. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli podrat müqaviləsinin tələblərinə əsasən tikinti müqavilə bağlandığından 2-4 ay sonra başlanmalı və tikintinin müəyyən əsaslı səbəblərdən podratçı tərəfindən 30 gündən 45 günə kimi gecikdirilməsi nəzərdə tutulmuşdur. İddiaçının izahatına görə də podrat müqaviləsi bağlanmasından və buna görə ilkin ödənişin həyata keçirilməsindən xeyli müddət keçməsinə baxmayaraq, cavabdeh tərəfindən torpaq sahəsində hər hansı tikinti işləri aparılmamış və Suraxanı rayon İcra Hakimiyyətinə tikinti işlərinin aparılması ilə bağlı olaraq sorğu verilmiş və həmin sorğuya cavab olaraq Cavabdeh tərəfindən tikinti işlərinin aparmaq məqsədilə məlumatlandırma icraatı ilə bağlı rayon İcra Hakimiyyətinə heç bir müraciətin daxil olmaması ilə bağlı cavab verilmişdir.

22. Bundan əlavə, iddiaçı cavabdehin müqavilədə nəzərdə tutulan ilkin ödənişdən əlavə ondan evin 100 kv.m tikilməsi üçün 1300 manat və 800 manat notariat xərci kimi əlavə pul vəsaiti aldığını və həmin pul vəsaitinin cavabdehə şifahi qaydada verildiyini iddia edir.

23. İddia tələbinə münasibətdə məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmçinin məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Başqa sözlə, bu sübutların mötəbər sübutlar kimi qəbul olunması üçün onların heç birinin güvənliliyi şübhə doğurmamalıdır.

24. İddiaçının mənəvi zərərin əvəzi kimi 1000 manat tələb etməsi barədə məhkəmə aşağıdakıları qeyd edir. Belə ki, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.

25. Məhkəmə hesab edir ki, iddiaçı podrat müqaviləsi bağlayaraq həmin müqavilə üzrə nəzərdə tutulmuş ilkin ödənişləri etmiş və hesab etmişdir ki, fərdi yaşayış evi tikilərək cavabdeh tərəfindən ona təhvil veriləcək və o kirayə yaşadığı mənzildən həmin evə köçəcəkdir. İddiaçı həmin müddət ərzində sıxıntı, narahatlıq, məyusluq hissi keçirməklə uzun müddət davam edən qeyri-müəyyənlik halında olmuş və nəticədə mənəvi sarsıntı keçirmişdir. İddiaçının gözləntisinin əksinə olaraq həmin torpaq sahəsinin ayrılması və yaşayış evinin tikilməsi ilə bağlı cavabdeh hərəkətsizlik göstərmiş və müqavilədə nəzərdə tutulmuş öhdəliyi yerinə yetirməmiş və bununla da iddiaçıya mənəvi zərər vurmuşdur. Beləliklə məhkəmə diqqətəlayiq halları nəzərə almaqla hesab edir ki, zərərin məbləği ağlabatan və ədalətli olmalı və cavabdehdən 500 manat pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.

26. Bütün bu qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında podrat müqaviləsi bağlanılmış və müqavilə üzrə öhdəlik münasibətləri yaranmışdır. İddiaçı tərəf müqavilə üzrə üzərinə düşən öhdəliyi icra edərək evin tikintisi üçün nəzərdə tutulan ilkin ödənişi cavabdehə ödəmiş, cavabdeh tərəf isə öz vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və MM-nin tələblərinə uyğun hərəkət etməyərək öhdəliyin icrasından yayınmış və iddiaçının gözləntisinin əksinə hərəkətsizlik etməklə tərəfə mənəvi zərər vurmuşdur.

Məhkəmə xərcləri.

27. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 138 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddianın qiymətinə mütənasib olmuşdur.

28. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddianın təmin edilmiş hissəsinə mütənasib olan 133.35 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

29. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 13950(on üç min doqquz yüz əlli) manat məbləğində pul vəsaiti və 500(beş yüz) manat mənəvi zərər tutularaq İddiaçı ödənilməli, ödənilmiş - 133.35 (yüz otuz üç manat, otuz beş qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməli və ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir.

30. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh 13950(on üç min doqquz yüz əlli) manat məbləğində pul vəsaiti və 500 (beş yüz) manat mənəvi zərər tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş - 133.35 (yüz otuz üç manat, otuz beş qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar