Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4025/2022 15.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X2 qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı Cavabdeh1 və qeyrisinə qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi.
1. İddiaçı Cavabdeh1 qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ona vurulmuş zərərin əvəzi olaraq 31000 manat məbləğində pulun və ödənilmiş 183 manat dövlət rüsumunun cəmi 31.183 manat pulun tutulataq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Sonradan iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iddia tələbi həcminin artırılması barədə ərizə təqdim edərək, xx.xx.1961-ci il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh2 mülki iş üzrə cavabdeh qismində cəlb edilməsini və vurulmuş zərərin əvəzi olaraq 31000 manat məbləğində pulun və ödənilmiş 183 manat dövlət rüsumunun cəmi 31.183 manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4025/2022 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadı ilə Cavabdeh2 cavabdeh qismində işə cəlb edilməsi qərara alınmışdır.
Tərəflərin izahatları.
4. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakının təmin etməməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır.
5. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul edərək bildirdi ki, həqiqətən də onun İddiaçı 31.000 manat borcu var və borcunu ödəməkdən yayınmır. Sadəcə olaraq həbsdən təzə çıxdığı və məhkumluğu olduğu üçün iş tapmaqda çətinlik çəkirdi və bu səbəbdən borcunu ödəyə bilmirdi. Lakin artıq yeni iş tapmışdır və bu ayın 20-si Qarabağda gedən yenidənbərpa işlərində fəhlə kimi işləməyə gedəcək və qazandığı pul ilə borcundan ödənişlər edəcək. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirdi.
6. İddiaçının vəkili və nümayəndəsi Nümayəndə elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, iddia ərizəsinə onun iştirakı olmadan baxılması və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
7. xx.xx.2022 və xx.xx.2022-ci il tarixli məhkəmə iclaslarında iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, cavabdeh tərəfindən iddiaçıya 31000 manat məbləğində zərər dəymiş və buna görə Cavabdeh1 Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinmişdir. Belə ki, Məmməd həmin məbləği Dilsuzun bank hesabına köçürmüş, Dilsuz isə Məmmədin ona borclu olduğu 31000 manatdan 15000-16000 manatını borc əvəzi götürdüyünü, qalan məbləği isə Məmmədin özünə qaytardığını bildirmişdir. Göründüyü kimi Dilsuzun götürdüyü pul cinayət zamanı əldə edilib və iddiaçının özünə qaytarılmalıdır. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
İş materialları.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-25/2020 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etməcəzasına məhkum edilməsi, iş üzrə maddi sübut kimi tanınmış xx.xx.2019-cu il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Memar Əcəmi” filialında adından Cavabdeh2 adına 31.000 manat pulun köçürülməsini təsdiq edən qəbzin cinayət işinin materiallarında saxlanılması hökm olunmuşdur.
9. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-445/2021 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarı ilə təqsirləndirilən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətindən imtina edildiyindən, apellyasiya şikayətinin baxılmasına xitam verilməsi qərara alınmışdır.
İşin faktiki halları.
10. Cavabdeh1 tərəfindən İddiaçı qarşı dələduzluq əməlinin törədilməsi və onun 31.000 manat pulunun ələ keçirilməsi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)- 25/2020 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli hökmünə əsasən öz təsdiqini tapmışdır və işin mübahisəsiz hallarıdır.
Tətbiq edilən hüquq.
11. Azərbaycan Respublikası Mülki Məcəlləsi.
Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə.
Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
Məhkəmənin mövqeyi:
13. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia Cavabdeh1 münasibətdə təmin edilməlidir.
14. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-25/2020 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, təqsirləndirilən şəxs Cavabdeh1 etibarından sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Cavabdeh1 özgənin əmlakını ələ keçirmək məqsədi ilə İddiaçı etibarından sui-istifadə edərək özünü "xxxx" Açıq Səhmdar Cəmiyyətinin problemli kreditlərlə söbəsinin əməkdaşı kimi təqdim edib ona cəmiyyətin balansında olan 2012-ci il buraxılışlı “X3” markalı avtomobili 33.000 manata satacağına yalandan vədd verib aldadaraq, bu adla 19 aprel 2019-cu il tarixdə ünvan 2 ünvanda yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Memar Əcəmi” filialında 31.000 manat məbləğində nağd pulu aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxs İddiaçı xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir.
15. Qeyd olunan hallarla bağlı yenidən mülki mühakimə icraatı qaydasında araşdırma aparılması yolverilən deyil. Çünki artıq qanuni qüvvəsini almış məhkəmə hökmü ilə cavabdeh həmin əməllərə görə məhkum edilmiş və iş üzrə çıxarılmış hökmdə zərərin məbləği göstərilmişdir.
16. Məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 münasibətdə rədd edilməlidir. Belə ki, hökmdən görünür ki, Cavabdeh1 Cavabdeh2 olan borcunu ödəməkdən ötrü İddiaçı aldatmış və Cavabdeh2 bankın əməkdaşı kimi təqdim edərək, pulu onun hesabına köçürməli olduğunu bildirmişdir. Göründüyü kimi Cavabdeh2 məsələdən xəbərdar olmamış və onun hesabına köçən pulun Cavabdeh1 tərəfindən köçürüldüyünü zənn etmişdir.
Məhkəmə xərcləri.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
18. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
19. Odur ki, iddiaçı ərizəsinin verilməsinə görə ödənilmiş 183 manat məbləğində pul Cavabdeh1 tutularaq İddiaçı xeyrinə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
20. Beləliklə, məhkəmə hesab edir ki, iddia Cavabdeh1 münasibətdə təmin edilməli, Cavabdeh1 31.000 manat məbləğində pul İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir.
21. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:
İddia Cavabdeh1 münasibətdə təmin edilsin. Cavabdeh1 31.000 (otuz bir min) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Cavabdeh1 183 (bir yüz səksən üç) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.