Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-4053/2024 23.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Maraqlı şəxsin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı MMC-nin cavabdeh Suraxanı rayon İcra şöbəsinə qarşı “icraata başlamaq haqqında qərarın ləğv olunması” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Suraxanı rayon İcra şöbəsinə qarşı “icraata başlamaq haqqında qərarın ləğv olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(**3)-2470/2023 saylı 2*.09.2023-cü il tarixli icra sənədi üzrə Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Teymur Bayramovun xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək bildirmişdir ki, onların bir şifahi vəsatətləri də var. İcra işinin sorğu edilməsini xahiş edir. İcra məmuru qərar qəbul edərkən, Sabah Tikinti MMC-nin təşkilati-hüquqi forması dəyişmişdir. Belə bir qərarın qəbul edilməsini qanunsuz hesab edir. İcra məmurunun qərarından şikayət vermişdilər. O geri qaytarılmışdır. Konstitusiya Məhkəməsinin Plenum qərarı fərqli hüquqi mövqe formalaşdırır. İndiki vəziyyətdə ilk öncə icra işi olmalıdır. Onun tələblərə uyğun tərtib olunub-olunmamasına baxılmalıdır. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi (vəkili) Vəkil bildirmişdir ki, ilk öncə işin aidiyyatı hallarına baxmaq lazımdır. Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən icra hərəkətləri ilə bağlı işlərə icra vərəqəsini vermiş məhkəmə baxmalıdır. Tərəf MMCnin ləğv olunduğunu deyir, lakin ərizə onun adından verilib. Təşkilati-hüquqi formanın dəyişməsi isə məsuliyyəti dəyişmir. Ali Məhkəmə səviyyəsində icra vərəqəsi daxil olmuşdur. İcra məmuru da icraata başlamaq haqqında qərar qəbul etmişdir. Vəsatətin təmin olunmamasını xahiş edirlər. Cavabdeh Suraxanı rayon İcra şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlmədiyindən və bunun səbəbləri barədə məlumat vermədiyindən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarına nəzər salaraq, hesab edir ki, mülki işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 26*.0 və 26*.0*.-ci maddələrinə əsasən, əgər iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3. və 262.4.-cü maddələrinə görə, bu Məcəllənin 26*.0.*-ci və ya 26*.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikasının “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Məhkəmə qeyd edir ki, “icraata başlamaq haqqında qərarının ləğv olunması barədə” tələb mülki məhkəmə icraatı qaydasında deyil, icra sənədlərinin icra edilməsinə məhkəmə nəzarəti qaydasında baxılır. Eyni zamanda, iş materiallarından görünür ki, icra sənədi Bakı Kommersiya Məhkəməsinə aiddir. Belə olan halda, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 23*.3-cü maddəsi (kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır) analogiya üzrə tətbiq edilməklə, “icraata başlamaq haqqında qərarının ləğv olunması barədə” tələbə icra sənədlərinin icra edilməsinə məhkəmə nəzarəti qaydasında baxılmalı üçün Bakı Kommersiya Məhkəməsinə müraciət edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı MMC-nin cavabdeh Suraxanı rayon İcra şöbəsinə qarşı “icraata başlamaq haqqında qərarın ləğv olunması” tələbinə dair iddia ərizəsi üzrə işin icraatına xitam verilməlidir və iddiaçıya qeyd olunan məsələ ilə bağlı işin icra sənədlərinin icra edilməsinə məhkəmə nəzarəti qaydasına baxılması üçün Bakı Kommersiya Məhkəməsinə müraciət edə biləcəyi hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26*-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin cavabdeh Suraxanı rayon İcra şöbəsinə qarşı “icraata başlamaq haqqında qərarın ləğv olunması” tələbinə dair iddia ərizəsi üzrə işin icraatına xitam verilsin. İddiaçıya izah edilsin ki, o, qeyd olunan məsələ ilə bağlı işin icra sənədlərinin icra edilməsinə məhkəmə nəzarəti qaydasına baxılması üçün Bakı Kommersiya Məhkəməsinə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra *0 gün müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №e-2(010)-4053/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-4053/2024
23.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver