Məhkəmə qərarları › İş №e-2(010)-4060/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-4060/2024

06.08.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-4060/2024 06.08.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəmənin hakimi Rzayeva Fəridə İslam qızı İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı (Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 üçüncü şəxs qismində cəlb edilməklə) qeydiyyatdan çıxarılma tələbi barədə iddia ərizəsinin icraata götürülməsinin mümkünlüyünü araşdıraraq, məhkəmə müəyyənetdi. İddia tələbi İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı (Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 üçüncü şəxs qismində cəlb edilməklə) qeydiyyatdan çıxarılma tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən iş üzrə cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsindən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 onun mülkiyyətində olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmasının tələb edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanı vaxtilə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə mülkiyyətində olmuş, onlarla aralarında notarial qaydada bağlanmış alğı-satqı müqaviləsinə əsasən göstərilən ünvandakı mənzil xx.xx.2019-cu il tarixdə ƏMDK yanında DƏDRX-nın hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən onun adınadır və o, öz ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır. Həmin sözügedən şəxslərlə aralarında razılaşmaya görə həmin vaxtdan onlar sözügedən mənzilin pasport qeydiyyatından çıxmalı idilər, lakin bu günə qədər bu hal baş verməmişdir. Eşitdiyinə görə, Cavabdeh2 hazırda vəfat etmiş, digərləri isə sağ-salamatdır. O, həmin şəxslərin faktiki yaşayış ünvanlarını bilmir, amma mobil nömrələrini bildiyinə görə tələbini “whatsapp” vasitəsilə onlara çatdırmışdır. Onların sözügedən mənzilin qeydiyyatında qalmaları onun və ailə üzvlərinin hüquq və azadlıqlarını pozur, həmçinin bir sıra planlarının həyata keçirilməsinə maneə olur. O, dəfələrlə həmin şəxslərə həm şifahi həm də yazılı şəkildə müraciətlər edərək tez bir zaman ərzində onun adına olan sözügedən mənzilin pasport qeydiyyatından çıxmalarını artıq dərəcədə xahiş etmiş, lakin bütün cəhdlər nəticəsiz qalmışdır. Belə olduqda o həmin məsələnin həlli üçün Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə müraciət etməli olmuş və xx.xx.2024-cü il tarixli, 54/2-7-132xx/xx/2024 saylı məktubla imtina cavabı verilmişdir. Odur ki, o, hazırda məhkəməyə müraciət etməli olmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Maddə 62. Məhkəmə aidiyyətinin dəyişdirilməsinə yol verilməməsi. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 153. İddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina. 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə. Maddə 153.4. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Maddə 153.5. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Maddə 153.6. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Məhkəmənin mövqeyi və gəldiyi nəticə Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Həmin Qərarda qeyd edilir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Həmçinin qeyd olunan Qərardan görünür ki, yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Məhkəmə iş materiallarına araşdıraraq hesab edir ki, hazırkı iş üzrə iddiaçı tərəfindən qeydiyyatdan çıxarılma tələbi ilə inzibati orqana müraciət edilmiş və həmin orqan tərəfindən bundan imtina edilmişdir. Odur ki, iddiaçı tərəfindən aidiyyət qaydalarına uyğun olaraq inzibati məhkəməyə müraciət edilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, iddiaçıya aidiyyət qaydalarına uyğun olaraq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 153-cü və 267-269-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı (Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 üçüncü şəxs qismində cəlb edilməklə) qeydiyyatdan çıxarılma tələbi barədə iddia ərizəsi icraata qəbul edilməsin, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizəni qəbul etməkdən imtina edilməsi iddiaçıya həmin cavabdehə qarşı həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar