Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4125/2020 02.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi ilə, iddiaçı “xxxxxxxxxxxx” X1 Cavabdeh qarşı “subroqasiya tələbinin təmin edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “xxxxxxxxxxxx” X3 (bundan sonra mətndə “xxxxxxxxxxxx” ASC) Cavabdeh qarşı “subroqasiya tələbinin təmin edilməsi” tələbinə dair (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 662,05 manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği və 30 manat dövlət rüsumu, ümumilikdə 692,05 manat tutularaq iddiaçı “xxxxxxxxxxxx” ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, xx xxxx 2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Qaz A65R32-80” markalı ** JS *** dövlət nömrə nişanlı avtomobil Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti ilə hərəkət edən zaman ara məsafəsini düzgün seçməmiş, nəticədə “BMW” markalı ** KL *** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, zərbənin təsiri ilə həmin avtomobil də “xxxxxxxxxxxx” ASC-də sığortalanmış “Hyundai Tucson” markalı ** TB *** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, ardıcıl olaraq həmin avtomobil də “BYD” markalı ** FN *** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, nəticədə “BYD” markalı ** FN *** dövlət nömrə nişanlı avtomobil də “Vaz 2104” markalı ** LA *** dövlət nömrə nişanlı avtomobillə toqquşaraq zəncirvari yol-nəqliyyat hadisəsi baş vermişdir. Belə ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı Nərimanov RPİ-nin TŞ-də tərtib olunmuş xx.xx.2020-ci il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərara əsasən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirkar şəxs Cavabdeh müəyyən edilmiş və şəxs barəsində inzibati tənbeh tədbirləri görülməsi üçün toplanmış material Nərimanov rayon DYPŞ-yə göndərilmişdir. Beləliklə, qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində avtomobil də ““Hyundai Tucson” markalı ** TB *** sığortalanmı dövlət nömrə nişanlı avtomobilə 1988,54 manat maddi zərər dəymişdir. MİB ******* saylı sığorta şəhadətnaməsinə və AKS 200159 saylı xx xxxx 2020-ci il tarixli Sığorta ödənişi aktına əsasən “xxxxxxxxxxxx” ASC tərəfindən 1788,54 (bir min yeddi yüz səksən səkkiz manat, 54 qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdehin mülki məsuliyyəti “xxxxxxxxxxxx” ASC-də sığortalandığından 1126,49 manat sığorta ödənişi “xxxxxxxxxxxx” ASC-dən alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı Orxan Məmmədov tərəfindən xx.xx.2020-ci il tarixdə qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi” qərardan görünür ki, aparılan araşdırma zamanı Cavabdeh izahat verərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 21:30 radələrində o etibarnamə əsasında idarə etdiyi Qaz A65R32-80 mikroavtobus markalı ** JS *** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti ilə 20 Yanvar dairəsi istiqamətindən üzü Koroğlu metrostansiyası istiqamətində orta zolaqda təxminən “70-80 km saat sürətlə hərəkətdə olarkən, qeyd olunan prospektdə yerləşən Hyundai Servisin qarşısında inşa edilmiş yeraltı tuneldən çıxmağına az qalmış məsafədə qarşısında eyni zolaqda hərəkətdə olan BMW markalı 90 Kİ. 323 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü qarşısında yaranmış tıxacla əlaqədar əyləcdən istifadə edərək qəfil idarə eldiyi nəqliyyat vasitəsini saxlamış, lakin o düzgün ara məsafəsi seçmədiyindən idarə etdiyi avtomobilin ön hissəsi ilə qeyd olunan avtomobilin arxa hissəsi ilə toqquşmuşdur. Toqquşmanın təsirindən yaranmış zərbənin təsirindən BMW markalı avtomobilin ön hissəsi qarşısında dayanmış Hyundai markalı ** TB *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə Hyundai markalı avtomobilin ön hissəsi öz qarşısıda dayanmış BYD markalı ** EN *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə BYD markalı avtomobilin ön hissəsi ilə öz qarşısında dayanmış Vaz 2104 markalı ** EA *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşaraq zəncirvari yol-nəqliyyat hadisəsi baş vermişdir. Toqquşmadan bir neçə dəqiqə sonra hadisə yerinə DYP əməkdaşları gəlmişlər, lakin BMW markalı avtomobildə olan bir nəfər xanım sərnişin özünü narahat hiss etdiyindən DYP əməkdaşları hadisə yerinə təhqiqatçını dəvət etmişlər. Bir neçə dəqiqə sonra hadisə yerinə gəlmiş təhqiqatçı O.Məmmədov ilkin sənədləşdirmə apararaq araşdırmaya başlamışdır. xx.xx.2020-ci il tarixli AKS200159 №-li sığorta aktından görünür ki, “xx xxxx 2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Qaz A65R32- 80” markalı ** JS *** dövlət nömrə nişanlı avtomobil Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti ilə hərəkət edən zaman ara məsafəsini düzgün seçməmiş, nəticədə “BMW” markalı ** KL *** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, zərbənin təsiri ilə həmin avtomobil də “xxxxxxxxxxxx” ASC-də sığortalanmış “Hyundai Tucson” markalı ** TB *** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, ardıcıl olaraq həmin avtomobil də “BYD” markalı ** FN *** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, nəticədə “BYD” markalı ** FN *** dövlət nömrə nişanlı avtomobil də “Vaz 2104” markalı ** LA *** dövlət nömrə nişanlı avtomobillə toqquşaraq zəncirvari yol-nəqliyyat hadisəsi baş vermişdir. Zərərlə bağlı maddi ziyanın ümumi məbləği 1988,54 manat, sığorta ödənişi isə 200 manat azadolma məbləği çıxıldıqdan sonra 1788,54 manat təşkil edir. “xxxxxxxxxxxxxxx” MMC tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş “görülmüş işlərin təhvil-təslim akt”dan görünür ki, “Hyundai Tucson” markalı ** TB *** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsini əvvəlki vəziyyətinə qaytarmaq üçün görülən işlərin yekun məbləği 1988,54 manat təşkil edir. Avtomobil xx.xx.22020-ci il tarixdə daxil olmuş və xx.xx.2020-ci il tarixdə təhvil verilmişdir. Görülmüş işlərin dəyəri köğçürmə yolu ilə aparılır. MİB ******* saylı sığorta şəhadətnaməsinə və AKS 200159 saylı xx xxxx 2020-ci il tarixli Sığorta ödənişi aktına əsasən “xxxxxxxxxxxx” ASC tərəfindən 1788,54 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdehin mülki məsuliyyəti “xxxxxxxxxxxx” ASC-də sığortalandığından 1126,49 manat sığorta ödənişi “xxxxxxxxxxxx” ASC-dən alınmışdır. xx.xx.2020-ci il tarixli ********* №-li mədaxil qəbzindən görünür ki, “xxxxxxxxxxxx” ASC tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edən zaman 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2.-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1114.1.-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. MİB ******* saylı sığorta şəhadətnaməsinə və AKS 200159 saylı xx xxxx 2020-ci il tarixli Sığorta ödənişi aktına əsasən “xxxxxxxxxxxx” ASC tərəfindən 1788,54 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Deməli, iddiaçının subroqasiya hüququ yaranıb. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1.-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 936.5-ci maddəsinə görə, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. İş materiallarından görünür ki, “xx xxxx 2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Qaz A65R32-80” markalı ** JS *** dövlət nömrə nişanlı avtomobil Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti ilə hərəkət edən zaman ara məsafəsini düzgün seçməmiş, nəticədə “BMW” markalı ** KL *** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, zərbənin təsiri ilə həmin avtomobil də “xxxxxxxxxxxx” ASC-də sığortalanmış “Hyundai Tucson” markalı ** TB *** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, ardıcıl olaraq həmin avtomobil də “BYD” markalı ** FN *** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, nəticədə “BYD” markalı ** FN *** dövlət nömrə nişanlı avtomobil də “Vaz 2104” markalı ** LA *** dövlət nömrə nişanlı avtomobillə toqquşaraq zəncirvari yolnəqliyyat hadisəsi baş vermişdir. Bu hal, iddiaçıya ödədiyi sığorta ödənişinin geri tələb etmək hüququ verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə, zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh vurulmuş zərərə görə ümumilikdə 662,05 (altı yüz altmış iki manat beş qəpik) manat məbləğində pul tutularaq “xxxxxxxxxxxx” X2 ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul Cavabdeh “xxxxxxxxxxxx” X1 xeyrinə tutulsun. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova
Məhkəmə qərarları › İş №e-2(010)-4125/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-4125/2020
02.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver