Məhkəmə qərarları › İş №e-2(010)-4202/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-4202/2025

27.08.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-4202/2025 27.08.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı əşyaların çıxarılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı əşyaların çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı məxsus ünvan 1 ünvanındakı evdə cavabdeh Məmmədova (Kazımova) Türanə İlqar qızına məxsus əşyaların – 2 ədəd dolab, 1 güzgülü dolab, 1 mətbəx divanı, 1 ədəd televizor, 1 ədəd paltaryuyan, 1 stol -8 stul, yataq otağı mebeli, uşaq otağı mebeli, 2 ədəd divar saatı, 2 ədəd çılçıraq) cavabdehin hesabına çıxarılması, vəkil xidmət haqqı olaraq ödədiyi 300 manat pulun və 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, lakin məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə bildirdi ki, cavabdehin qeydiyyat ünvanı Suraxanı rayonu olduğu üçün hazırki iddia ilə müraciət etmişdirlər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazırki mülki iş baxılması üçün ərazi aidiyyatına uyğun olaraq Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələbinə görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin Həmin Məcəllənin 39.1-ci maddəsinə görə daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Hazırki iddia tələbində iddiaçı ona məxsus olduğunu qeyd etdiyi evdən - ünvan 1 ünvanından cavabdehə məxsus əşyaların çıxarılmasını tələb edir. Başqa sözlə, iddiaçı mülkiyyət hüqununun pozulmasının aradan qaldırılmasını xahiş edir. Mülkiyyətin hüquqmüəyyənedici sənədləri olmasa da, iddiaçının həmin əmlakla bağlı gözlənti hüququ var. Məhkəmə hesab edir ki, iddiaya müstəsna aidiyyət qaydasında baxılmalı olduğundan hazırkı işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində baxılması prosessual qanunvericiliyin tələblərinə ziddir. Yəni, tələb bilavasitə daşınmaz əmlakla bağlıdır. Bu tələbin məhkəmə araşdırması dövründə əraziyə yerli baxış və ya digər prosessual hərəkətlər də təyin edilə bilər ki, bu prosessual hərəkətlərin də daşınmaz əmlakın yerləşdiyi ərazi yuristiksiyası üzrə məhkəmə tərəfindən həyata keçirilməsi daha uyğundur. Odur ki, iddiaçı ərazi aidiyyəti üzrə düzgün məhkəməyə müraciət etməmişdir. AR MPM-nin 44.2. Məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa; AR MPM-nin 45.2-ci maddəsinin əsasən, mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Həmin Məcəllənin 45.3-cü maddəsinə görə, işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44, 45-ci maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Cavabdeh qarşı əşyaların çıxarılması tələbinə dair iddiası üzrə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, onun surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardadı qəbul etmiş məhkəməyə şikayət verilə bilər. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar