Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-4287/2024 07.11.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X1 iclas kаtibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1, Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ümumi paylı mülkiyyətdə olan daşınmaz əmlakın naturada bölünməsi, bu mümkün olmadıqda açıq hərrac yolu ilə satılaraq satış pulunun paylara mütənasib olaraq tərəflər arasında bölüşdürülməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında bаxаrаq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ümumi paylı mülkiyyətdə olan daşınmaz əmlakın naturada bölünməsi, bu mümkün olmadıqda açıq hərrac yolu ilə satılaraq satış pulunun paylara mütənasib olaraq tərəflər arasında bölüşdürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyət hüququ ilə İddiaçı, Cavabdeh1 və Cavabdeh2 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsi, ev 24a, mənzil 8 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən evin paylara mütənasib olaraq mülkiyyətçilər arasında naturada bölünməsi, bu mümkün olmadığı təqdirdə isə açıq hərrac yolu ilə satılaraq satış pulunun paylara mütənasib olaraq tərəflər arasında bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında məhkəməyə barışıq sazişi təqdim edərək, barışıq sazişinin təsdiq edilməsi və mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, tərəflər arasında hazırda mübahisə predmeti olan məsələlərlə bağlı barışıq sazişi bağlanmışdır və həmin barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 izahatlarında bildirdilər ki, iddiaçı ilə aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməsinə hər hansı etirazları yoxdur. Məhkəmə təqdim edilmiş barışıq sazişini iş materialları ilə əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş və notarial qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışıq sazişi bağlamışlar: “3.1. Tərəflər öz növbələrində paylı mülkiyyət hüququ ilə İddiaçı, Cavabdeh1 və Cavabdeh2 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsi, ev 24a, mənzil 8 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzilin satılmasına (özgəninkiləşdirilməsinə) etiraz etməyəcəklərini və satış üçün qanunvericilikdə nəzərdə tutulan zəruri hüquqi prosesdurlara razılıq verəcəklərini, habelə satışla əlaqədar lazım olduğu təqdirdə mənzildən istifadə hüquqlarından imtina edəcəklərini və mənzil qeydiyyatından çıxmalarına etiraz etməyəcəklərini və bütün razılıqlarını notarial qaydada təsdiq etdirəcəklərini öz öhdələrinə götürürlər. 3.2. Tərəflər mənzilin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışında (reyestr nömrəsi: **********15-05101-093006) təsbit olunmuş paylarını təsdiq edirlər. Eyni zamanda, öz öhdələrinə götürürlər ki, mənzilin satışından əldə ediləcək yekun pul məbləği aşağıdakı qaydada tərəflər arasında bölüşdürüləcəkdir: - İddiaçı – ümumi məbləğin 1/5 hissəsi - Cavabdeh2 – ümumi məbləğin 1/5 hissəsi - Cavabdeh1 – ümumi məbləğin 3/5 hissəsi 3.3. Mənzilin satışı üçün çəkiləcək xərclər İddiaçı (2/5 hissə) və Cavabdeh1 (3/5 hissə) tərəfindən ödəniləcək. 3.4. Tərəflər mənzilin özgəninkiləşdirilməsi prosesi zamanı digər tərəf Cavabdeh2 həmin mənzildəki əşyaların götürülməsinə mane olmamağı öz öhdəsinə götürür. 3.5. Əmlakın satışı və əldə edilən məbləğin bölüşdürülməsi bu Sazişə uyğun həyata keçirilikdən sonra tərəflər bir-birlərinə qarşı hər hansı tələb irəli sürməyəcəklər. 3.6. Tərəflərdən biri bu Sazişin 3.1-3.4-cü bəndləri üzrə öhdəliklərini Sazişə uyğun qaydada icra etmədikdə, digər tərəflər təsdiq edilmiş barışıq sazişi üzrə icra sənədinin verilməsi üçün məhkəməyə müraciət edir. 3.7. Tərəflərdən birinin öz öhdəliklərini yerinə yetirməməsi mübahisə predmeti olan əmlakın ekspertiza keçirilmədən, xüsusi qiymətləndirici tərəfindən qoyulacaq qiymət əsasında, açıq hərrac yolu ilə satılaraq əldə olunan məbləğin bölünməsinin məcburi icra edilməsi üçün əsasdır. Tərəflər razılığa gəlirlər ki, tərəflərdən birinin öz öhdəliklərini yerinə yetirməməsi Sazişin qüvvəsinə təsir etmir və digər iki tərəfin Sazişin icrasını öhdəliyini icra etməyən tərəfdən tələb etmək hüququ yaranır”. Məhkəmə hesab edir ki, tərəflər arasında yuxarıda qeyd edilmiş şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilməlidir. Həmçinin müəyyən edilmişdir ki, tərəflər artıq öz aralarında mövcud mübahisəni barışıq sazişi bağlamaqla həll etdiklərindən işə məhkəmədə mahiyyəti üzrə baxılmasına ehtiyac yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, barışıq sazişi tərəflərin arzusuna uyğun olub onların iradələrini ifadə edir və həmin saziş hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarını pozmur. Mövcud iddia tələbi iş üzrə tərəflər olan şəxslərin hüquq və vəzifələri ilə əlaqədardır. Azərbaycan Respublikasının Mülki Prosessal Məcəlləsi: Maddə 52.3. Tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Maddə 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Maddə 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.5. tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə. Maddə 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanuna zidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, mülki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261-262-ci və 263-269-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ümumi paylı mülkiyyətdə olan daşınmaz əmlakın naturada bölünməsi, bu mümkün olmadıqda açıq hərrac yolu ilə satılaraq satış pulunun paylara mütənasib olaraq tərəflər arasında bölüşdürülməsi tələbinə dair ərizəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin və iş üzrə icraata xitam verilsin: “3.1. Tərəflər öz növbələrində paylı mülkiyyət hüququ ilə İddiaçı, Cavabdeh1 və Cavabdeh2 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsi, ev 24a, mənzil 8 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzilin satılmasına (özgəninkiləşdirilməsinə) etiraz etməyəcəklərini və satış üçün qanunvericilikdə nəzərdə tutulan zəruri hüquqi prosesdurlara razılıq verəcəklərini, habelə satışla əlaqədar lazım olduğu təqdirdə mənzildən istifadə hüquqlarından imtina edəcəklərini və mənzil qeydiyyatından çıxmalarına etiraz etməyəcəklərini və bütün razılıqlarını notarial qaydada təsdiq etdirəcəklərini öz öhdələrinə götürürlər. 3.2. Tərəflər mənzilin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışında (reyestr nömrəsi: **********15-05101-093006) təsbit olunmuş paylarını təsdiq edirlər. Eyni zamanda, öz öhdələrinə götürürlər ki, mənzilin satışından əldə ediləcək yekun pul məbləği aşağıdakı qaydada tərəflər arasında bölüşdürüləcəkdir: - İddiaçı – ümumi məbləğin 1/5 hissəsi - Cavabdeh2 – ümumi məbləğin 1/5 hissəsi - Cavabdeh1 – ümumi məbləğin 3/5 hissəsi 3.3. Mənzilin satışı üçün çəkiləcək xərclər İddiaçı (2/5 hissə) və Cavabdeh1 (3/5 hissə) tərəfindən ödəniləcək. 3.4. Tərəflər mənzilin özgəninkiləşdirilməsi prosesi zamanı digər tərəf Cavabdeh2 həmin mənzildəki əşyaların götürülməsinə mane olmamağı öz öhdəsinə götürür. 3.5. Əmlakın satışı və əldə edilən məbləğin bölüşdürülməsi bu Sazişə uyğun həyata keçirilikdən sonra tərəflər bir-birlərinə qarşı hər hansı tələb irəli sürməyəcəklər. 3.6. Tərəflərdən biri bu Sazişin 3.1-3.4-cü bəndləri üzrə öhdəliklərini Sazişə uyğun qaydada icra etmədikdə, digər tərəflər təsdiq edilmiş barışıq sazişi üzrə icra sənədinin verilməsi üçün məhkəməyə müraciət edir. 3.7. Tərəflərdən birinin öz öhdəliklərini yerinə yetirməməsi mübahisə predmeti olan əmlakın ekspertiza keçirilmədən, xüsusi qiymətləndirici tərəfindən qoyulacaq qiymət əsasında, açıq hərrac yolu ilə satılaraq əldə olunan məbləğin bölünməsinin məcburi icra edilməsi üçün əsasdır. Tərəflər razılığa gəlirlər ki, tərəflərdən birinin öz öhdəliklərini yerinə yetirməməsi Sazişin qüvvəsinə təsir etmir və digər iki tərəfin Sazişin icrasını öhdəliyini icra etməyən tərəfdən tələb etmək hüququ yaranır”. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu (xx.xx.2024-cü il tarixli, **********21 nömrəli mədaxil qəbzi) dövlət büdcəsindən İddiaçı qaytarılsın. Tərəflərə izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin icra edilməməsi və ya lazımınca icra edilməməsi icra icraatının başlanması və məcburi icra tədbirlərinin həyata keçirilməsi ilə bağlı məhkəmə tərəfindən icra vərəqəsinin verilməsi üçün əsasdır. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elekton məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhər Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Fəridə Rzayeva
Məhkəmə qərarları › İş №e-2(010)-4287/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-4287/2024
07.11.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver