Məhkəmə qərarları › İş №e-2(010)-44/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-44/2022

15.08.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-44/2022 15.08.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Almuradov Ülvi Ramiz oğlunun katibliyi, Birinci iş üzrə iddiaçı X1 və onun nümayəndəsi və vəkili Nümayəndə, İkinci iş üzrə iddiaçı Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil iştirak ilə Birinci iş üzrə iddiaçı X1 cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı fərdi yaşayış evinin naturada bölünməsi, ikinci iş üzrə iddiaçı Cavabdeh3 Cavabdeh2 və qeyrisinə qarşı “payın naturada ayrılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Birinci iş üzrə iddiaçı X1 cavabdehlər Cavabdeh3, Cavabdeh2 Terverən oğlu və Cavabdeh1 qarşı fərdi yaşayış evinin naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, 2-ci Bül- Bülə küçəsində yerləşən 8 otaqdan, 137,7 m2 yaşayış sahəsindən, 292,8 m2 ümumi sahədən ibarət olan 9 saylı fərdi yaşayış evində ona məxsus payın naturada ayrılaraq onun xüsusi mülkiyyətinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İkinci iş üzrə iddiaçı Cavabdeh3 Cavabdeh2 və qeyrisinə qarşı “payın naturada ayrılması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyət hüququ ilə ona və cavabdehlərə məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin naturada bölünməsi və ona məxsus payın müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5147/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh3 Cavabdeh2 və qeyrisinə qarşı “payın naturada ayrılması” tələbinə və iddiaçı X2 Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “fərdi yaşayış evinin naturada bölünməsi” tələbinə dair iddiaları üzrə hər iki mülki iş e-2(010)- 461/2021 iş nömrəsi ilə bir icraatda birləşdirilmişdir. Məhkəmə iclasında birinci iş üzrə iddiaçı X2 və onun nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə yazılı ərizə təqdim edərək işin baxılmamış saxlanmasını və iş üzrə sənədlərin geri qaytarılmasını xahiş etdilər. Məhkəmə iclasında ikinci iş üzrə iddiaçı Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil məhkəməyə yazılı ərizə təqdim edərək işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinin tələbinə görə, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinin tələbinə görə, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.4-cü maddəsinin tələbinə görə isə, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Həmin Məcəllənin 263.1-ci maddəsinin tələbinə görə, iş mahiyyəti üzrə həll edilmədikdə məhkəmə aktları qərardad formasında çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın qeyd edilən maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Birinci iş üzrə iddiaçı X1 cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı fərdi yaşayış evinin naturada bölünməsi, ikinci iş üzrə iddiaçı Cavabdeh3 Cavabdeh2 və qeyrisinə qarşı “payın naturada ayrılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və işdəki sənədlər iddiaçılara geri qaytarılsın. İzah olunsun ki, iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan, onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardadı qəbul etmiş məhkəməyə şikayət verilə bilər. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar