Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4405/2024 06.11.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6 oğlunun katibliyi ilə İddiaçı "xxxx" Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh1 Cavanşı̇ r oğlu və Cavadov Nəsı̇ mi Cavanşı̇ r oğluna qarşı pul tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı Sığorta Şirkəti ASC cavabdehlər Cavabdeh1 Cavanşı̇ r oğlu və Cavadov Nəsı̇ mi Cavanşı̇ r oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, ev 2, 121 saylı mənzilə görə ödənilmiş 249.53 (iki yüz qırx doqquz manat əlli üç qəpik) manat məbləğində dəymiş zərər, ödənilmiş 30.00 (otuz) manat məbləğində dövlət rüsumu və 0.40 (qırx) qəpik xidmət haqqının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq iddiaçı "Atəşgah” Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. xx.xx.2023-cü il tarixdə Cavabdeh2 və Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən mənzildən Bakı şəhəri, Xətai rayonu, Xocalı (indiki Lütfi Zadə) küçəsi, ev 2, 121 saylı mənzilə suyun axıdılması nəticəsində zərər dəymişdir. 89 saylı Mənzil-Kommunal İstismar Sahəsinin təqdim etdiyi aktında Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanında yerləşən mənzildən Bakı şəhəri, Xətai rayonu, ünvan 3n şaxtadan hamama, mətbəxə və kolidora suyun axıldılması faktı öz əksini tapmışdır. Hadisə nəticəsində əmlakın zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatda əmlaka dəymiş zərərin məbləği 500 (beş yüz) manat məbləğində müəyyən edilmişdir. "xxxx" Sığorta Şirkəti ASC öz növbəsində dəymiş zərəri aradan qaldıraraq, Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, ev 2, 121 saylı mənzilin sahibinə 250 (iki yüz əlli) manat məbləğində azadolma məbləği və 0.47 (qırx yeddi) qəpik bərpa məbləği çıxmaqla, 249.53 (iki yüz qırx doqquz manat əlli üç qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirmişdir.
Tərəflərin izahatları
3. İddiaçı Sığorta Şirkəti ASC ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının nüayəndəsinin iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
4. Cavabdehlər Cavabdeh1 Cavanşı̇ r oğlu və Cavadov Nəsı̇ mi Cavanşı̇ r oğluna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.
İş materialları
5. 89 saylı Mənzil-Kommunal İstismar Sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, ünvan 4 ünvanında yerləşən mənzilin şaxtasından Bakı şəhəri, Xətai rayonu, ünvan 5ı mənzilin hamam, mətbəx və kolidora su axıdılmışdır.
6. xx.xx.2023-cü il tarixli, 124393 nömrəli sığorta aktından görünür ki, baş vermiş sığorta hadisəsi nəticəsində - Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, ev 2, 121 saylı mənzilə suyun axıdılması nəticəsində dəymiş zərərə görə X5 500 manat məbləğində sığorta ödənişi edilmişdir. Həmin sığorta ödənişindən azad olma məbləği (franşiza) 250 manat, bərpa məbləği 0.47 manat təşkil edir və bununla da sığorta ödənişi 249.53 AZN bərabərdir.
7. xx.xx.2023-cü il tarixli, PRP**********505 nömrəli ödəniş tapşırığından görünür ki, X3 hesabına 249.53 manat sığorta ödənişi edilmişdir.
8. xx.xx.2024-cü il tarixli Pretenziyalardan görünür ki, Cavabdeh1 Cavanşı̇ r oğlu və Cavadov Nəsı̇ mi Cavanşı̇ r oğluna ödənilmiş zərər məbləğinin 10 iş günü ərzində ödənilməsi, əks təqdirdə isə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
9. AN-İ seriyalı, ******* nömrəli və xx.xx.2023-cü il tarixli Daşınmaz Əmlakın alqısatqı müqaviləsindən görünür ki, satıcılar Cavabdeh1 Cavanşı̇ r oğlu və Cavadov Nəsı̇ mi Cavanşı̇ r oğlu Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 2, 133 saylı mənzili alıcı X1.
10. ƏMDX DƏDKR X8 ********** qeydiyyat nömrəli və xx.xx.2023-cü il qeydiyyat tarixli Çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Lütfi zadə küçəsi, ev 2, 133 saylı mənzil X2 mülkiyyətindədir.
İşin faktiki halları
11. İşin müəyyən edilmiş halları ondan ibarətdir ki, Qeyd edilən mənzilə yuxarı mərtəbədə olan mənzildən su sızıntısı baş vermiş və nəticədə üçüncü şəxsə məxsus mənzilə ziyan dəymişdir. Ziyan dəyən mənzil iddiaçı şirkətdə sığortalanmışdır. Həmin hadisə sığorta hadisəsi kimi müəyyən edilmişdir. Su sızıntısının baş verdiyi mənzil sığorta hadisəsinin baş verdiyi zaman cavabdehlər Cavabdeh1 Cavanşı̇ r oğlu və Cavadov Nəsı̇ mi Cavanşı̇ r oğlunun mülkiyyətində olmuş, sonradan həmin mənzil özgəninkiləşdirilmişdir. Hazırda iddiaçı ziyanın baş verdiyi tarixdə yuxarı mərtəbədə olan mənzilin cavabdehlərin mülkiyyətində olmasını əsas gətirərək, sığortalanmış mənzilə dəyən ziyan məbləğini cavabdhlərdən müştərək qaydada tələb edir. Cavabdehlər tərəfindən iddia tələbinə etiraz və ya mülahizə daxil olmamışdır.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 936. Subroqasiya hüququ 936.1 Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2 Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). 1096.2 Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
13. AR İcbari Sığortala haqqında Qanun
Maddə 36. Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta hadisəsi 36.1. Daşınmaz əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur: 36.1.5. su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma;
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Məhkəmənin mövqeyi
15. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.
16. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normasından göründüyü kimi, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Yəni, bu hüquqlar zərərçəkəndən sığortaçıya keçir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, sığorta hadisəsinin, yəni cavabdehlərə məxsus olan Bakı şəhəri, Xətai rayonu, ünvan 6 ünvanında yerləşən mənzildən Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi (indiki Lütfi zadə), ev 2, 121 saylı mənzilə su axıdılması nəticəsində dəymiş zərərə görə faydalanan şəxs X5 iddiaçı "xxxx" Sığorta Şirkəti ASC tərəfindən 249.53 manat məbləğində sığorta ödənişi edilmişdir. Hazırki iddia tələbində də iddiaçı üçüncü şəxsə ödədiyi həmin sığorta ödənişinin cavabdehlərdən tutulmasını tələb edir. Məhkəmə qeyd edir ki, hazırki iş materiallarından cavabdehlərə məxsus olan mənzilin üçüncü şəxsin xeyrinə özgəninkiləşdirildiyi görünsə də, lakin həmin sığorta hadisəsinin baş verdiyi zaman həmin mənzil cavabdehlərin mülkiyyətində olmuşdur. Belə olan məhkəmə hesab edir ki, iddaçı hazırki iddia tələbini cavabdehlərə qarşı irəli sürməkdə haqlı olmuş və yuxarıda qeyd olunan mülki qanunvericiliyin normaları baxımından hazırki tələb tam şəkildə əsaslıdır. Yəni ödənilmiş 249.53 manat məbləğində sığorta ödənişi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır.
Məhkəmə xərcləri
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
18. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
19. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə
20. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 Cavanşı̇ r oğlu və Cavadov Nəsı̇ mi Cavanşı̇ r oğlundan müştərək qaydada 249.53 manat dəymiş zərərə görə pul vəsaiti və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməlidir.
21. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 Cavanşı̇ r oğlu və Cavadov Nəsı̇ mi Cavanşı̇ r oğlundan müştərək qaydada 249.53 manat dəymiş zərərə görə pul vəsaiti və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Tural Məmmədov