Məhkəmə qərarları › İş №e-2(010)-4613/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-4613/2023

20.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4613/2023 20.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X18 qızının katibliyi ilə, iddiaçı “İcbari Sığorta Bürosu” X7 (bundan sonra mətndə “İcbari Sığorta Bürosu” HŞİ) Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları

1. AR DİN BDYPİ Qİİ tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AC seriyalı 731986 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Hyundai Accent” minik markalı **-NA-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin mülkiyyətçisi X11r.

2. AR DİN BDYPİ Qİİ tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AC seriyalı 263617 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz C240” minik markalı **-FF-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin mülkiyyətçisi X3r.

3. AR DİN BDYPİ Qİİ tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AD seriyalı 751662 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Totota Prius (Hibrid)” minik markalı **-VG-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin mülkiyyətçisi X8r.

4. xx.xx.2020-cii il tarixdə verilmiş ƏN-V seriyalı 126143 №-li etibanamədən görünür ki, X12 “Totota Prius (Hibrid)” minik markalı **-VG-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini idarə etmək üçün Cavabdeh etibarnamə vermişdir.

5. xx.xx.2020-ci il tarixli TP3921830 №-li inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Suraxanı rayon DYPŞ-nin Yol Patrul Xidmətinin Baş X1 tərəfindən xx.xx.2020ci il tarixdə tərtib edilmiş İXP3510129 №-li protokola əsasən Cavabdeh İXM-nin 332.2-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə tətbiq edilməsi qərara alınmışdır.

6. Cavabdeh tərəfindən ləğv prosesində olan "xxxx" Sığorta Şirkətinin Ləğvetmə Komissiyasına ünvanlanmış ərizədən görünür ki, Cavabdeh hadisə nəticəsində “Hyundai Accent” minik markalı **-NA-*** və “Mercedes Benz C240” minik markalı **-FF-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitələrinə zərər vurduğunu və zərərin əvəzi olaraq 1750 manat və 500 manat məbləğlə razı olduğunu, hadisə nəticəsində sürücülük vəsiqəsinin olmadığını bildirmişdir.

7. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışlardan görünür ki, LPO ASC "xxxx" Sığorta Şirkəti tərəfindən PST********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə X4 adına sığortalanmış Toyota Prius (Hibrid) markalı, 99VG675 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi 4 sentyabr 2020-ci il tarixində Bakı şəhəri, S.Bəhlulzadə küçəsində Cavabdeh Rahad oğlu tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X5 və X6 əmlaklarına maddi zərər vurulmuşdur. Yuxarıda göstərilən hadisə ilə əlaqədar “İcbari Sığorta Bürosu” HŞİ tərəfindən zərərçəkənlərin əmlakına vurulan zərər üzrə 1732,5 manat və 495 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarından aydın olur ki, Cavabdeh Rahad oğlunun yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini idarə etməyə hüququ olmamışdır.

8. İC AA 5961/20 və İC AA 5962/20 saylı sığorta aktlarından görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X5 və X6 əmlaklarına maddi zərər vurulmuşdur. Yuxarıda göstərilən hadisə ilə əlaqədar “İcbari Sığorta Bürosu” HŞİ tərəfindən zərərçəkənlərin əmlakına vurulan zərər üzrə 1732,5 manat və 495 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.

9. xx.xx.2020-ci il tarixli “Əmlaka dari qiymətləndirmə aktı”ndan görünür ki, hadisə nəticəsində “Hyundai Accent” minik markalı **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün tələb olunan ehtiyat hissələrinin dəyəri 1090 manat, xidmət haqqı isə 660 manat olmaqla, cəmi 1750 manat təşkil edir.

10. xx.xx.2020-ci il tarixli “Əmlaka dari qiymətləndirmə aktı”ndan görünür ki, hadisə nəticəsində “Mercedes Benz C240” minik markalı **-FF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün tələb olunan ehtiyat hissələrinin dəyəri 120 manat, xidmət haqqı isə 380 manat olmaqla, cəmi 500 manat təşkil edir.

11. xx.xx.2020-ci il tarili ödəniş tapşırıqlarından görünür ki, “İcbari Sığorta Bürosu” HŞİ tərəfindən X9 və X2 hesabına müvafiq olaraq 1732,5 və 495 manat pul köçürülmüşdür.

12. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, “İcbari Sığorta Bürosu” HŞİ tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edən zaman 42,27 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

İşin faktiki halları

13. X4 adına sığortalanmış “Toyota Prius (Hibrid)” markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin 04 sentyabr 2020-ci il tarixində Bakı şəhəri, S.Bəhlulzadə küçəsində Cavabdeh Rahad oğlu tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X5 və X6 əmlaklarına maddi zərər vurulması və hadisə ilə əlaqədar “İcbari Sığorta Bürosu” HŞİ tərəfindən zərərçəkənlərin əmlakına vurulan zərər üzrə 1732,5 manat və 495 manat məbləğində sığorta ödənişi həyata keçirilməsi, həmçinin, Cavabdeh Rahad oğlunun yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini idarə etməyə hüququ olmaması işin mübahisəsiz hallarıdır.

İddia tələbi

14. İddiaçı “İcbari Sığorta Bürosu” HŞİ Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə Cavabdeh Rahad oğlu oğlundan 2227 manat və ödənilmiş dövlət rüsumuna görə 42,27 manat, ümumilikdə 2269,27 manat pulun iddiaçı “İcbari Sığorta Bürosu” HŞİ-nin xeyrinə tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları

15. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

15. İddiaçının nümayəndəsi Əziz Quliyev xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasına onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

16. Cavabdeh xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia tələbini qəbul edərək, tələb edilən 2227 manatın və 42,27 manat dövlət rüsumunun ondan aylara bölünməklə tutulmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 936. Subroqasiya hüququ 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1114. Zərər vurmuş şəxsə reqres hüququ 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 106. İşdə iştirak edən şəxslərin izahatları 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

19. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir.

20. Məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarili ödəniş tapşırıqlarından görünür ki, “İcbari Sığorta Bürosu” HŞİ tərəfindən X9 və X2 hesabına müvafiq olaraq 1732,5 və 495 manat pul köçürülmüşdür. Deməli, iddiaçının subroqasiya hüququ yaranıb. Bundan əlavə, iş materiallarından görünür ki, baş vermiş yol nəqliyyat hadisəsilə əlaqədar xx.xx.2020-ci il tarixli TP3921830 №-li inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və sürücü Cavabdeh qanunamüvafiq formada cərimə edilmişdir. Bu hal, iddiaçıya ödədiyi sığorta ödənişinin geri tələb etmək hüququ verir.

21. Dəymiş ziyanın məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh tərəf zərər aktında göstərilən məbləğlərlə razılaşdığı üçün məhkəmə tərəfindən ekspertiza keçirilməsinə zərurət qalmamışdır.

Məhkəmə xərcləri

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

23. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

24. İddia təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 42,27 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır.

Məhkəmənin gəldiyi nəticə

25. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2227 manat məbləğində pul tutularaq iddiaçı “İcbari Sığorta Bürosu” X10 ödənilməlidir.

26. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddia təmin edilsin. Cavabdeh 2227 (iki min iki yüz iyirmi yeddi) manat məbləğində pul tutularaq iddiaçı “İcbari Sığorta Bürosu” X10 ödənilsin. İddia təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 42,27 (qırx iki manat iyirmi yeddi qəpik) manat məbləğində pul Cavabdeh iddiaçı “İcbari Sığorta Bürosu” X10 xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar