Məhkəmə qərarları › İş №e-2(010)-4922/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-4922/2025

03.02.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4922/2025 03.02.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, X7 qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və övladı Cavabdeh2 ünvan 1 ünvanla: ünvan 2i İsmayılov küçəsi, giriş 82, M2, m2) əşyaları ilə birlikdə çıxarılması və mənzilin boşaldılaraq ona təhvil verilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh1 onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırılması. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanında yerləşən yaşayış sahəsi onun qanuni mülkiyyətindədir. Bu mənzilə dair çıxarışı və mülkiyyət hüququnu təsdiq edən sənədləri ərizəyə əlavə etmişdir. Cavabdeh1 həmin mənzili qanunsuz olaraq zəbt etmiş, onun dəfələrlə etdiyi xəbərdarlıqlara və çıxmaq tələblərinə baxmayaraq, orada yaşamaqda davam edir. Cavabdeh bu hərəkətini məcburi köçkün statusu ilə əsaslandırmağa çalışır, lakin bu status onun başqasının mülkiyyətində olan əmlakı zəbt etməsinə hüquqi əsas vermir. Məcburi köçkün statusunun hüquqi çərçivəsi Azərbaycan Respublikasının “Qaçqınların və X4 haqqında” Qanununun 10 və 11-ci maddələrinə əsasən məcburi köçkünlərə müvəqqəti yaşayış sahəsi dövlət tərəfindən təqdim olunur. Bu status başqasının mülkiyyət hüququnu pozmaq üçün əsas ola bilməz. Məcburi köçkünlər yalnız dövlətin təqdim etdiyi yaşayış sahələrində müvəqqəti məskunlaşa bilərlər, şəxsi mülkiyyətə müdaxilə etmək hüquqlar yoxdur. Cavabdehin bu statusdan istifadə edərək onun mənzilində yaşaması qanunsuz sahibliyin bariz nümunəsidir. Alternativ yaşayış imkanları və sui-istifadə faktları ilə bağlı Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, cavabdeh və övladı Cavabdeh2 müvəqqəti olaraq mənzilində məskunlaşmışlar. Cavabdehin Abşeron rayonu Saray qəsəbəsində sahəsi 256.3 kv.m olan fərdi yaşayış evi mövcud olmuşdur. Həmin əmlak sonradan qardaşı X2 adına özgəninkiləşdirmişdir, bu isə mülkiyyətin formal şəkildə gizlədilməsi və statusdan sui-istifadə halıdır. Cavabdehin atası X3 da mülkiyyətində fərdi yaşayış evləri olmuşdur və cavabdeh həmin evdə yaşamağa davam etmişdir. Bu faktlar cavabdehin real yaşayış imkanlarına malik olduğunu, lakin qəsdən mənzilini zəbt etdiyini sübut edir. Cavabdehin şəxsi yaşayış sahəsinə malik olması onun mənzilə ehtiyaclı olmadığını göstərir. Məcburi köçkün statusu mülkiyyət hüququnu üstələyə bilməz - bu, həm Konstitusiya, həm də beynəlxalq hüquqla ziddiyyət təşkil edir. Cavabdehin mənzildə qalması mülkiyyətçi kimi onun hüquqlarının pozulması ilə nəticələnir və bu pozuntu davamlı xarakter daşıyır. Cavabdehin davranışı qanunsuz sahibliyin davam etdirilməsi kimi qiymətləndirilməlidir. Tərəflərin izahatları. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iddiaçının nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirmişdir ki, çıxarışdan öncə order olmuşdur. Order İddiaçı verilmişdir. 1988-ci ildə həmin binanın tikintisində iştirak etmişdir. Daxili protokol ilə iddiaçıya mənzil verilmişdir. 2003-cü ildə həmin birlik ləğv olunmuş və ondan sonra Binəqədi rayon İcra Hakimiyyəti sərəncam vermişdir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materialları. SEİB 3 saylı ETK-nın müdiriyyətinin və HİK-in birgə iclasının xx.xx.2014-cü il tarixli 1 saylı Protokolundan görünür ki, 1 saylı yerli İqtisad Məhkəməsinin 14 fevral 2001-ci il tarixli qərarına əsasən Qaraçuxur qəsəbəsi, M.Hacınski küçəsi 4067-ci məhəllə 3 girişli 9 mərtəbəli 101 saylı bina SEİB-in balansına verilmişdir. İddiaçı xx.xx.1987-ci il tarixdə 3 saylı ETK-da suvaqçı vəzifəsində bir nəfərlə mənzil uçotuna götürülmüşdür. Kirov RİH-in 11 saylı xx.xx.1987-ci il tarixli 3 saylı ETK-nın qərarı təsdiq olunmuşdur. Sonradan ailə tərkibi 4 nəfərlə Hövsan qəsəbəsi məhəllə 14/15 ev 7, 19 saylı yataqxanada qeydiyyatdadır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, M.Hacınski küçəsi ev 101, giriş 2, mərtəbə 2, məzil 30, sahəsi 40.21 m2 olan üç otaqlı mənzillə təmin edilməsi qərara alınmışdır. Orderdə İddiaçı başqa ailə üzvlərinin adlarının yazılması qeyd edilmiş, icra hakimiyyətindən qərarı təsdiq etməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 4 ünvanda yerləşən (Yeni qaydalarla: AZ 1047, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, ünvan 2i İsmayılov küçəsi, giriş 82, M2, m2) ümumi sahəsi 73,41 m2 olan mənzil İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, M.Hacınski küçəsində yerləşən 101 saylı yaşayış binasında yerləşən ona məxsus 30 nömrəli mənzilində müvəqqəti məskunlaşan Qubadlı rayonunun Fərcan kendindən məcburi köçkün Cavabdeh1 ailəsinin çıxarılmasına köməklik göstərilməsi barədə Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə daxil olmuş müraciətinə, Komitənin müvafiq əmri ilə yaradılmış komissiyada baxılmışdır. Bildirilmişdir ki, Qubadlı rayonu Fərcan kəndindən məcburi köçkün Cavabdeh1 və övladı Cavabdeh2 ilə birgə sözügedən ünvanda müvəqqəti məskunlaşmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, Cavabdeh1 mülkiyyətində ünvan 6 ünvanında yerləşən sahəsi 0.175 ha torpaqda 256.3 kv.metr olan fərdi yaşayış evi olub. Lakin, sonradan həmin evi (qardaşı X2 adına) özgəninkiləşdirib. Cavabdeh1 verdiyi məlumata əsasən sözügedən ünvanda atası X6 ilə birgə məskunlaşıb və atası 16 iyun 2023-cü ildə vəfat etdikdən sonra övladı ilə birgə yaşamağa davam edir. Qeyd edir ki, atası X3 da mülkiyyətində fərdi yaşayış evlərinin olduğu aşkar edilmişdir. Odur ki, müraciətdə qeyd edilən mənzillə bağlı yaranan problemin həlli ilə ǝlaqədar aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunur. Məlumat üçün qeyd edilmişdir ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı”na uyğun olaraq Qubadlı rayonunun Fərcan kəandindən olan məcburi köçkün ailələrinin doğma yurdlarına köçürülmələri başlanan zamanı, sözügedən ailənin də həmin ərazidən evlə təmin olunması məsələsinə müvafiq qaydada baxılaraq doğma yurduna köçürülməsi həyata keçiriləcək. Yuxarıda qeyd olunanların nəzərə alınması xahiş olunmuşdur. xx.xx.2025-ci il tarixli **********14 saylı ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” Protokol: Maddə 1. Mülkiyyətin müdafiəsi. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli, 5 nömrəli Qərarı:

2. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.... 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157. Mülkiyyətin müdafiəsi 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 178. Daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.... 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” 21 may 1999-cu il tarixli Azərbaycan Respublikasının Qanunu: Maddə 5. Məcburi köçkünlərin yaşayış sahəsi ilə təminatı. Məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat... Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 200 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi” Qaydası:

4. Müvəqqəti məskunlaşmış məcburi köçkünlər digər şəxslərin mənzil hüququnu pozduqda, onlar həmin yaşayış məntəqəsi ərazisində zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin olunurlar. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, işin faktiki hallarından müəyyən edilir ki, ünvan 4 ünvanda yerləşən (Yeni qaydalarla: AZ 1047, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, ünvan 2i İsmayılov küçəsi, giriş 82, M2, m2) mənzil İddiaçı xüsusi mülkiyyətindədir və iddiaçının bu mənzil üzərində olan mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh1 və onun oğlu və Əsgərov X1 rayonunun Fərcan kəndindən məcburi köçkündür və həmin mənzildə yaşayır. Hazırda iddia tələbi – Cavabdeh1 və övladı Cavabdeh2 ünvan 1 ünvanla: ünvan 2i İsmayılov küçəsi, giriş 82, M2, m2) əşyaları ilə birlikdə çıxarılması və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun tutulmasından ibarətdir. Məhkəmə, ilk növbədə qeyd edir ki, məcburi köçkünlər və mənzil mülkiyyətçiləri arasında olan bu tipli mübahisələr üzrə Avropa Məhkəməsinin konkret məhkəmə təcrübəsi və həmin təcrübə əsasında formalaşmış hüquqi mövqe mövcuddur. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Akimova Azərbaycana qarşı” işi üzrə xx.xx.2007-ci il tarixli, “Cəfərov Azərbaycana qarşı” işi üzrə xx.xx.2010-cu il tarixli, “Gülməmmədova Azərbaycana qarşı” işi üzrə xx.xx.2010-cu il tarixli və digər buna bənzər işlər üzrə qərarlarında formalaşdırılmış hüquqi mövqe ondan ibarətdir ki, mənzil mülkiyyətçisinin razılığı olmadan məcburi köçkünlərin ona məxsus mənzildə yaşamağa davam etməsi, mənzil mülkiyyətçisinin “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi ilə tanınan və qorunan mülkiyyət hüququnun pozulması deməkdir. Yuxarıda da qeyd edildiyi kimi, həmin maddəyə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Həmin qərarlarda məcburi köçkünlük amili ilə bağlı Azərbaycan Respublikasının daxili qanunvericiliyinə istinad edilərək (hansı ki, hazırkı qətnamənin də tətbiq edilən hüquq hissəsində istinad olunmuşdur) qeyd edilir ki, məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu, digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Ən əsası nəzərə alınmalıdır ki, xüsusi mülkiyyət hüququ və onun toxunulmazlığı Azərbaycan Respublikasının Konstitusiyası ilə tanınır və qorunur. Mülkiyyətçinin razılığı olmadan başqalarının ona məxsus mənzildən istifadə etməsi mülkiyyət hüququnun pozulması deməkdir. O da qeyd edilməlidir ki, mülkiyyət hüququnu pozmuş şəxslərin məcburi köçkün statusu daşıması mülkiyyət hüququ pozuntusunu qanuniləşdirmir və ona haqq qazandırmır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 və onun övladı Cavabdeh2 ünvan 1 ünvanla: ünvan 2i İsmayılov küçəsi, giriş 82, M2, m2) əşyaları ilə birlikdə çıxarılmalı və həmin mənzil boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Məhkəmə xərcləri. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid olduğundan, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh1 və övladı Cavabdeh2 ünvan 1 ünvanla: ünvan 2i İsmayılov küçəsi, giriş 82, M2, m2) əşyaları ilə birlikdə çıxarılsın və həmin mənzil boşaldılaraq İddiaçı təhvil verilsin. Ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar