Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-494/2023 20.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən X3, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və X4 öz mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil DƏDRX tərəfindən **********03-05101-093006 nömrəli çıxarışla İddiaçı xüsusi mülkiyyətindədir. Sözügedən mənzil notarial qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsi üzrə xx.xx.2016-cı il tarixdə iddiaçının mülkiyyətinə verilmişdir. Həmin mənzildə pasport qeydiyyatda olan cavabdehlər - X3, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, X5 alqı-satqı əsasında mənzil qeydiyyatından ən qısa müddət ərzində çıxacaqlarını vəd etmələrinə baxmayaraq bu günə kimi iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda qalmaqdadırlar. Cavabdehlərin mənzilə pasport qeydiyyatları formal xarakter daşıyır və onlar faktiki olaraq bu mənzildə yaşamırlar. İddiaçı cavabdehlərlə heç bir qohumluq münasibətlərində deyil və mənzili aldığı zaman bu şəxslər həmin mənzildə artıq pasport qeydiyyatında olmuşlar. Cavabdehlərin iddiaçının mülkiyyətində olan evdə formal olaraq qeydiyyatda olmaları onun əlavə kommunal ödənişlər etməsinə səbəb olmaqla bərabər, həmçinin mülkiyyətçi kimi əmlakına müstəqil və sərbəst şəkildə sərəncam vermək hüququnu da məhdudlaşdırır. Bu səbəbdən iddiaçı cavabdehlərin bu qanunsuz hərəkətlərinin qarşısını almaq və pozulmuş hüquqlarını bərpa etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Çünki cavabdehlər tərəfindən iddiaçının mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddianı müdafiə edərək bildirdi ki, mənzil əvvəllər Cavabdeh3 və Cavabdeh2 mülkiyyətində olmuşdur. İddiaçı sözügedən mənzili onlardan almışdır. Muhəmməd Əsgərov və Elmir Əsgərov həmin mənzildə qeydiyyatda qalan azyaşlılardır. Cavabdeh1 isə iddiaçı ilə faktiki ailə münasibətlərində olmuş və birlikdə həmin mənzildə yaşamışlar. İddiaçı mənzili satmaq istəyir, lakin cavabdehlər həmin mənzildə qeydiyyatda olduqları üçün sata bilmir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.
4. Cavabdehlər məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə cavabdehlərin məlum оlаn аxırıncı yаşаyış yeri üzrə müvаfiq icrа hаkimiyyəti оrqаnını məlumаtlаndırаrаq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci mаddəsinə əsаsən cаvаbdehlərin iştirаkı оlmаdаn işə bаxılmаsını mümkün hesab etdi.
5. Lakin Cavabdeh2 məhkəməyə ərizə ilə müraciət edərək ona qarşı qaldırılmış iddia tələbini qəbul etdiyini bildirmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Cavabdeh3 da məhkəməyə ərizə ilə müraciət edərək ona qarşı qaldırılmış iddia tələbini qəbul etdiyini bildirmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək qətnamə çıxarılmasını xahiş etmişdir.
İş materialları.
7. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ******* nömrəli arayışın surətindən görünür ki, Cavabdeh3, Cavabdeh2, X3, X5 və Cavabdeh1 ünvan 1 ünvanında qeydiyyatdadırlar.
8. X1 və alıcı İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X6 tam mülkiyyət üzrə ona məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 12 m2 olan mənzili 16000 manata İddiaçı satmışdır.
9. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 12 m2 olan mənzil xx.xx.2020-ci il tarixdə İddiaçı xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır.
İşin faktiki halları.
10. ünvan 1 ünvanında yerləşən mənzil daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı satılmışdır. Hazırkı iş üzrə cavabdehlər mənzilin keçmiş mülkiyyətçisinin ailə üzvləri kimi həmin mənzildə yaşayaraq qeydiyyata alınmış, mənzil iddiaçıya satıldıqdan sonra mənzillə heç bir əlaqələri qalmamışdır. Buna baxmayaraq onlar mənzildən qeydiyyatdan çıxmamışdır. Hazırda iddiaçı cavabdehlərin onun mülkiyyətində olan mənzildə qeydiyyatda qalmalarının onun mülkiyyət hüquqlarını pozduğunu bildirərək məhkəmədən cavabdehlərin müvafiq mənzildən istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlərdən ikisi - Cavabdeh2 və Cavabdeh3 məhkəməyə ərizə ilə müraciət edərək iddianı qəbul etdiklərini bildirmişlər.
Tətbiq edilən hüquq.
11. Azərbaycan Respublikasının Konstitusiyası.
Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır.
12. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” Protokol.
Maddə 1. Mülkiyyətin müdafiəsi. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 178. Daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi. 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Maddə 646. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsi. 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Maddə 648. Daşınmaz əşyaların alğı-satqısı zamanı tərəflərin vəzifəsi. 648.1. Daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir.
14. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu.
Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları. Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 52. İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi. 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 147. Cavabdehin olduğu yerin məlum olmaması. Cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Maddə 191. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi. 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
16. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunmuş müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, mübahisəli mənzil tam mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olduğundan, cavabdehlər mənzil əvvəlki müllkiyyətçinin mülkiyyətində olduğu dövrdə mənzildə yaşayaraq yaşayış yeri üzrə qeydiyyata alınmış olduqlarından cavabdehlərin mübahisəli mənzildən formal istifadə hüquqlarının olması iddiaçının həmin mənzilə münasibətdə mülkiyyət hüququnu məhdudlaşdırır və bu səbəbdən cavabdehlərin mənzildən istifadə hüquqlarına xitam verilməlidir.
17. Digər tərəfdən cavabdehlərdən ikisi ərizə ilə məhkəməyə müraciət edərək iddianı etiraf etmiş olduqlarından, bu etiraflar qanuna zidd olmamaqla birlikdə heç kimin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən edilmiş etiraflar təsdiq edilməlidir.
18. İddia ərizəsinin xahiş hissəsində istifadə hüquqlarına xitam verilməsi xahiş edilmiş X3 və X5 isə yetkinlik yaşına çatmadıqlarından cavabdeh kimi prosessual status daşımaları istisna edilsə də, nəzərə alınmalıdır ki, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır (“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu, maddə 2). Bu baxımdan bu uşaqların valideynlərinin yaşayış yerinin dəyişməsi onların da yaşayış yerlərinin dəyişməsinə səbəb olur.
19. Odur ki, bu qətnamə ilə həm də yetkinlik yaşına çatmayan X3 və X4 ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməlidir.
20. Məhkəmə son olaraq onu da qeyd edir ki, yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir (“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli Qərarı).
Məhkəmənin gəldiyi nəticə.
21. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, X3 və X4 ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməlidir.
22. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 214, 216-220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, X3 və X4 ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva