Məhkəmə qərarları › İş №e-2(010)-522/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-522/2024

14.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-522/2024 14.02.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Məhkəmə iclas katibi X2 qızının katibliyi ilə, İddiaçı "xxxx" İstehsalat Şırkətınin cavabdeh Mırzəyev Kamran Kazım oğluna (Maraqlı şəxs üçüncü şəxs qismində cəlb edilməklə) qarşı "pul və s." tələbinə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi

1. İddiaçı İstehsalat Şırkətı cavabdeh Mırzəyev Kamran Kazım oğluna (Maraqlı şəxs üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “pul və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı İistehsalat Şirkətinə qəbul edilmiş mallarla bağlı, Cavabdeh tərəfindən şirkət adına bağlanmış istənilən sənədlərin, o cümlədən əqdlərin, eləcə də etiraf, öhdəlik və s. sənədlərin (sənədləşmələrin) etibarsız hesab edilməsi; iddiaçıya dəyən 15518,74 manat maddi ziyanın və 5000 manat qeyri əmlak zərərin ödənilməsi; məhkəmə xərcləri olaraq, 210 manat Mediyasiya xidmətinə görə ödənilmiş məbləğin və 320 manat vəkil xidməti üçün haqqın ödənilməsi barədə qətnamə çıxarılmasıni və cavabdehin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsini 308ci və 313-cü maddələrində nəzərdə tutulmuş hərəkətlərə yol verildiyinə əsaslı şübhələr olduğu üçün onun barəsində xüsusi qərardad çıxararılmasını və araşdırılması üçün Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilməsini xahiş etmişdir.

Tərəflərin izahatları

2. İş üzrə məhkəmə baxış iclası 14 fevral 2024-cü il tarixə, saat 12:15-ə təyin edilmişdir.

3. Üçüncü şəxs Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

4. İddiaçının vəkili və nümayəndəsi Vəkil xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə ərizə təqdim edərək, məhkəmənin xx.xx.2023-cü il saat 12:15-ə təyin olunmuş baxış iclasının onun iştirakı olmadan keçirilməsini və iddiaçı ilə cavabdeh arasında bağlanmış barışıq sazişinin məhkəmədə təsdiq olunmaqla işin icraatına xitam verilməsini xahiş etmişdir.

5. Cavabdeh Mırzəyev Kamran Kazım oğlu xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, bağlanmış barışıq sazişinin məhkəmədə təsdiq olunmaqla işin icraatına xitam verilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 5. Məhkəmədə mülki işə başlama 5.4. Qanunda başqa hal nəzərdə tutulmayıbsa, onlar məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.3. Məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. Maddə 52. İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi 52.3. Tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.4. Məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır. 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Maddə 74. Nümayəndənin səlahiyyəti 74.2. İddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Maddə 191. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 191.4. Məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə, tərəflərin barışıq sazişini təsdiq etmədikdə və ya mübahisə mediasiya vasitəsilə həll edilmədikdə bununla bağlı əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir. Maddə 261. İcraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.5. tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə. Maddə 262. İcraata xitam verilmə qaydası və nəticələri 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.2. Məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər.

Məhkəmənin mövqeyi

7. İddiaçı (VÖEN **********) qanuni nümayəndəsi X1 (bundan sonra 1-ci tərəf adlanacaq) və Cavabdeh (ş\v AA 0197628; FİN xxxxxxx) (bundan sonra 2-ci tərəf adlanacaq) (birlikdə tərəflər adlanacaq) bu müqaviləni aşağıda göstərilən şərtlər daxilində imzalayırlar:

1. Müqavilənin mövzusu. 1-ci tərəflə 2-ci tərəf arasında yaranmış, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olan e-2(010)-522\2024 nömrəli mülki iş üzrə mübahisələrə son qoymaq, eyni zamanda, hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəşt yolu ilə həll etmək, bu müqavilədə göstərilən hüquqlarla bağlı razılaşma əldə edildikdən sonra götürülmüş öhdəliyi vicdanla yerinə yetirmək məqsədi daşıyır.

2. 1-ci tərəfin hüquqları, vəzifələri və öhdəlikləri: 1-ci tərəflə 2-ci tərəf arasında yaranmış, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olan e-2(010)-522\2024 nömrəli mülki iş üzrə mübahisələrə son qoymaq, eyni zamanda, hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəşt yolu ilə həll etmək, bu müqavilədə göstərilən hüquqlarla bağlı razılaşma əldə edildikdən sonra götürülmüş öhdəliyi vicdanla yerinə yetirmək məqsədi daşıyır. 1-ci tərəf 2-ci tərəflə Barışıq razılaşması haqqında Müqavilənin bağlanmasını və Bu Müqavilə üzrə 2-ci tərəfin götürdüyü öhdəlikləri nəzərə alaraq, 2-ci tərəfə qarşı qaldırdığı iddia tələblərindən imtina edir. 1-ci tərəf-Bu Müqavilədə 2-ci tərəfin üzərinə düşən öhdəliklərin icrasını, yəni 2-ci tərəfin 4818,74 manat məbləğində borcun etiraf etməsini və həmin borc məbləğinin qaytarılması (ödəyəcəyi) öhdəliyini qəbul edir. 2-ci tərəfin hüquqları, vəzifələri və öhdəlikləri: 2-ci tərəf 1-ci tərəfin məhkəmədə qaldırdığı iddia tələbindən imtinasını qəbul edir. 2-ci tərəf 1-ci tərəfə olan 4818,74 manat məbləğində borcu etiraf edir və həmin borcun qaytarılmasına (ödəyəcəyinə) dair öhdəlik götürür.

8. Göründüyü kimi tərəflərin barışıq sazişi qanuna zidd deyildir və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur.

9. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, qanunvericilikdə nəzərdə tutulmuş əsaslar olduğundan tərəflər arasında bağlanmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və mülki iş üzrə icraata xitam verilməlidir.

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261 və 262-ci maddələrinin tələbləri tərəflərə aydındır.

11. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı (VÖEN **********) qanuni nümayəndəsi X1 (bundan sonra 1-ci tərəf adlanacaq) və Cavabdeh (ş\v AA 0197628; FİN xxxxxxx) (bundan sonra 2-ci tərəf adlanacaq) (birlikdə tərəflər adlanacaq) tərəfindən bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:

1. Müqavilənin mövzusu. 1-ci tərəflə 2-ci tərəf arasında yaranmış, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olan e-2(010)-522\2024 nömrəli mülki iş üzrə mübahisələrə son qoymaq, eyni zamanda, hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyrimüəyyənliyi qarşılıqlı güzəşt yolu ilə həll etmək, bu müqavilədə göstərilən hüquqlarla bağlı razılaşma əldə edildikdən sonra götürülmüş öhdəliyi vicdanla yerinə yetirmək məqsədi daşıyır.

2. 1-ci tərəfin hüquqları, vəzifələri və öhdəlikləri: 1-ci tərəflə 2-ci tərəf arasında yaranmış, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olan e-2(010)-522\2024 nömrəli mülki iş üzrə mübahisələrə son qoymaq, eyni zamanda, hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyrimüəyyənliyi qarşılıqlı güzəşt yolu ilə həll etmək, bu müqavilədə göstərilən hüquqlarla bağlı razılaşma əldə edildikdən sonra götürülmüş öhdəliyi vicdanla yerinə yetirmək məqsədi daşıyır. 1-ci tərəf 2-ci tərəflə Barışıq razılaşması haqqında Müqavilənin bağlanmasını və Bu Müqavilə üzrə 2-ci tərəfin götürdüyü öhdəlikləri nəzərə alaraq, 2-ci tərəfə qarşı qaldırdığı iddia tələblərindən imtina edir. 1-ci tərəf-Bu Müqavilədə 2-ci tərəfin üzərinə düşən öhdəliklərin icrasını, yəni 2-ci tərəfin 4818,74 manat məbləğində borcun etiraf etməsini və həmin borc məbləğinin qaytarılması (ödəyəcəyi) öhdəliyini qəbul edir. 2-ci tərəfin hüquqları, vəzifələri və öhdəlikləri: 2-ci tərəf 1-ci tərəfin məhkəmədə qaldırdığı iddia tələbindən imtinasını qəbul edir. 2-ci tərəf 1-ci tərəfə olan 4818,74 manat məbləğində borcu etiraf edir və həmin borcun qaytarılmasına (ödəyəcəyinə) dair öhdəlik götürür. İddiaçı "xxxx" İstehsalat Şırkətınin cavabdeh Mırzəyev Kamran Kazım oğluna (Maraqlı şəxs üçüncü şəxs qismində cəlb edilməklə) qarşı "pul və s." tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar