Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-534/2023 02.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X32 qızının katibliyi, iddiaçıların vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 Nı̇ zami oğlu və İddiaçı2 Elçı̇ n qızının cavabdeh Suraxanı Rayon İ̇cra Hakı̇ mı̇ yyətinə qȧrşı "uşaqların adlarının dəyişdirilməsinə icazə verilməsi" tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi.
1. İddiaçılar İddiaçı1 Nı̇ zami oğlu və İddiaçı2 Elçı̇ n qızı cavabdeh Suraxanı Rayon İ̇cra Hakı̇ mı̇ yyətinə qȧrşı “uşaqların adlarının dəyişdirilməsinə icazə verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-ci il təvəllüdlü X13 adının X10 (almanca yazılışı: X26); xx.xx.2016-ci il təvəllüdlü X4 adının X11 (almanca yazılışı: X23); xx.xx.2018-ci il təvəllüdlü X5 adının X6 (almanca yazılışı: X22) dəyişdirilməsinə icazə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tərəflərin izahatları.
2. Cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır.
3. Məhkəmə prosesində iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, iddiaçı tərəf üçün bu mülki iş mənəvi olaraq vacibdir. Belə ki, Elnurə xanımın ana tərəfi alman əsillidir. Rusiya imperatriçəsi 2-ci Yekaterinanın 1762-63-cü illərdəki sərəncamı və manifestinə əsasən almanlar Volqaboyu əraziyə köçürülmüşlər. Onlar həmin əraziyə gələrək avropalaşdırma işində iştirak ediblər və bir müddət sonra varlı şəxslərə çevriliblər. Lakin bolşeviklər 1930cu illərdə hakimiyyətə gəldikdə bir çox şəxsləri, xüsusən də varlı almanları burjua adı ilə təqib etməyə başlamış və nəticədə Qotfridlər müəyyən ərazilərə qaçmağa məcbur olublar. X18 xanımın nənəsinin atasıdır, onlar təqib olunmamaq üçün Özbəkistan, Daşkəntə köçmüşlər. Lakin ikinci dünya müharibəsi dövründə represiya olunublar, hətta Qotfrid Qotfridoviç məcburi əmək düşərgəsinə göndərilib. Həmin vaxt Stalin almanlara güvənmədiyi üçün onları fiziki əmək baxmından istismar edirdi və nəticədə onlar öz adsoyadlarını dəyişməyə məcbur qalırdılar. İddiaçı tərəf bildirir ki, onun ulu babası məcbur qalaraq “Qotfrid” adından “Boğdan” adına keçmişdir. Qotfrid Azərbaycan dilinə tərcümədə “Allahverdi” deməkdir, Boğdan isə “Allahın verdiyi” deməkdir. Bir müddətdən sonra onun övladı Emilya Şpannagel dünyaya gəlmişdir, onlar həm də Şpannagel soyadını daşıyırlar. Emilyadan sonra Mayra dünyaya gəlmiş və krım tatarı olan Qazıyev soyadlı biri ilə ailə qurmuşdur və birgə nikahlarından Elnurə xanım dünyaya gəlmişdir. Mayra xanım qızı Elnurəyə alman adətini təbliğ edib, hətta onlara alman qəzetləri, şpigellər gəlirmiş, onları belə uşaqlarına oxutdurublar. Buna görə də qeyd olunanların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.
4. İddiaçı1 Nı̇ zami oğlu xx.xx.2022-ci və xx.xx.2023-cü il tarixli məhkəmə iclaslarında iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, o, Elnurə ilə ailə qurmadan əvvəl illərlə bir-birilərini tanımış və yoldaşını alman kimi qəbul edib rəsmi nikaha daxil olmuşdur. Onların böyük oğlu dünyaya gəldikdə Suraxanı Qeydiyyat şöbəsinə müraciət edərək uşaqlarına alman adı qoymaq istədiklərini bildirmiş, Qeydiyyat şöbəsi isə sənədlərdə azərbaycanlı olduqları və uşaq adları siyahısında qeyd edilən adların olmaması səbəbindən bunun mümkün olmadığını bildirmişdir. Buna baxmayaraq, onlar uşağın adını alman adı “Hagan”a yaxın olan “Xaqan” qoymuşlar. Onlar evdə də övladlarına alman adı ilə müraciət edirlər, alman dilində müzakirələr aparılır. İkinci övladları dünyaya gəldikdə alman adı qoyulması üçün Asan Xidmətə müraciət etmiş, lakin yenə də azərbaycanlı olduqları üçün mümkün olmadığını bildirmişlər. Ona “Tomas” adı vermək istədikləri üçün buna oxşar Tamerlan adını vermişlər. Üçüncü uşaqlarına isə “Stefan” adını qoymaq istədikləri üçün onun oxşarı Süleyman adını qoymuşlar. Sonrada bununla bağı İcra Hakimiyyətinə də müraciət etmiş, lakin məsələyə məhkəmə qaydasında baxılmalı olduğu bildirmişdir. Onlar uşaqlara evdə alman adları ilə müraciət etdikləri üçün onları öz adları ilə məktəbdə çağırdıqda uşaqlarda qarışıqlıq yaranır, cavab vermirlər. Böyük uşaq 3-cü, ortancıl uşaq 2-ci sinifdə oxuyur, balaca uşaq isə bağçaya gedir. O, bağçada tamamilə dilləri qarışdırır. Qonşular da artıq onları alman kimi qəbul ediblər, onlar həftənin şənbə günlərini qeyd edirilər. Hətta onlar Alman kilsəsinə gedir və alman tədbirlərində iştirak edirlər. Buna görə də qeyd olunanların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
5. İddiaçı2 Elçı̇ n qızı xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
6. Cavabdehin nümayəndəsi Nümayəndə xx.xx.2023-cü il tarixli məhkəmə iclasında bildirmişdir ki, bu məsələ ilə bağlı tərəflər onlara müraciət etmişlər. Bu kimi məsələlərdə Komissiya Nazirlər Kabinetinin 2011-ci il tarixli 79 saylı qərarını və Ailə Məcəlləsinin 54-cü maddəsini əsas götürərək qərar verir. Adətən belə məsələlərdə 10 yaşından böyük uşaqların fikri soruşulur və komissiya uşaqların mənafeyini nəzərə alaraq qərar qəbul edir. Nazirlər Kabinetinin qərarına da zidd olaraq uşaqların cinsiyyətinə uyğun adların qoyulmaması qadağandır və belə hallarda Komissiya da öz etirazını bildirir, burada isə bu kimi hal mövcud deyil. Valideynlərdən biri alman kökənli olduğu üçün uşaqların adlarının normal alman adlarına dəyişilməsini xahiş etmişdir. Hər 3 uşağın 10 yaşı tamamlanmadığı üçün qanunvericilik onların fikirlərinin soruşulmasına imkan vermir. Uşaqlar üçün qoyulması düşünülən adların hər üçünün normal adlar olmasını nəzərə alaraq komissiya qərar verir, yəni əsas olaraq uşaqların mənafeyini nəzərə alır. Uşağın adının birdən-birə dəyişməsi uşaq üçün psixoloji travmadır. Komissiya bunu əsas götürərək uşaqların 18 yaşına çatdıqda adlarının dəyişilməsi barədə özlərinin qərar verməsini məqsədəmüvafiq hesab edir. Buna görə də qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir.
İş materialları.
7. Səadət sarayı (Bakı nikah evi) tərəfindən 27 may 2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 416443 №-li nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X15 ilə İddiaçı2 arasında 22 sentyabr 2012-ci ildə nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 22 sentyabr 2012-ci ildə 2147 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Şpannagel, arvada Şpannagel soyadı verilmişdir.
8. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən 03 dekabr 2022-ci il tarixdə verilmiş AZ-İV seriyalı 731486 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X14 08 dekabr 2014-cü ildə doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 13 dekabr 2022-ci il tarixdə 2214 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında İddiaçı1, ana qrafasında İddiaçı2 qeyd olunmuşdur.
9. 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 11 dekabr 2016cı il tarixdə verilmiş AZ-İV seriyalı 818838 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 02 dekabr 2016-cı ildə doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 11 dekabr 2016-cı il tarixdə 8188 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında İddiaçı1, ana qrafasında İddiaçı2 qeyd olunmuşdur.
10. 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 03 dekabr 2022ci il tarixdə verilmiş AZ-İV seriyalı 818839 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 22 sentyabr 2018-ci ildə doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 29 sentyabr 2018-ci il tarixdə 5544 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında İddiaçı1, ana qrafasında İddiaçı2 qeyd olunmuşdur.
11. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən 26 may 2021-ci il tarixdə verilmiş AZ-İ seriyalı 028956 №-li adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamədən görünür ki, X1 “Bağırov”dan “Şpannagel”ə dəyişdirmişdir. Bu barədə adın, ata adının və soyadın dəyişdirilməsi haqqında akt qeydləri kitabında 26 may 2021-ci ildə 05 nömrə ilə qeyd edilmişdir.
12. Bakı İnzibati Məhkəməsinin e-2-1 (112)-4759/2022 nömrəli iş üzrə qəbul etdiyi 29 avqust 2022-ci il tarixli qərarından görünür ki, iddiaçılar X9, X2 və X3 cavabdeh Xətai Rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum akt qeydlərində düzəliş edilməsi” tələbinə dair iş üzrə İddia təmin edilərək, X9, X2 və X3 doğum akt qeydlərində "Ana haqqında məlumat” hissəsinin "Anasının milliyyəti” qrafasında "tatar” əvəzinə "alman”, "Qeydlər üçün” hissəsində "ananın milliyyəti azərbaycanlı qeyd edildi” əvəzinə "ananın milliyyəti alman qeyd edildi” kimi düzəliş edilməsi, həmçinin X9, X2 və X3 doğum haqqında şəhadətnamələrində "Anası - milliyyəti” qrafasında "azərbaycanlı” əvəzinə "alman” kimi düzəliş edilməsi öhdəliyinin cavabdeh Xətai Rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulması qərara alınmışdır.
13. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı1 və İddiaçı2 ünvanlanmış xx.xx.2022-ci il tarixli, Ş-45-164 №-li məktubdan görünür ki, övladlarınız xx.xx.2014-cü il təvəllüdlü X9, xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X3 adlarının dəyişdirilməsi barədə təkrar müraciətinizə Suraxanı Rayon İcra Hakimiyyətində baxılmışdır. Bildiririlir ki, Azərbaycan Respublikasının Ailə məcəlləsinin 54.1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideyinin soyadına dəyişdirilməsinə valideynlərinin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Həmin məcəllənin 54.4-cü maddəsinə əsasən isə 10 yaşına çatmış uşağın adı və ya soyadı yalnız onun razılığı ilə dəyişdirilə bilər. Qeyd edilir ki, adların dəyişdirilməsi və ya təsnifatlaşdırılması həssas mövzu olmaqla yanaşı, övladlarınızın adlarında onların mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc səslənən ad əlamətləri aşkar edilmədiyindən azyaşlıların mənafeyi nəzərə alınaraq adlarının dəyişdirilməsi RİH yanında YYÇİ və HM üzrə Komissiya tərəfindən məqsədəuyğun hesab edilməmiş, bununla bağlı xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərində müvafiq komissiya tərəfindən eyniməzmunlu müraciətlərinizə baxılaraq yazılı cavab verilmişdir. Belə ki, “Adın, ata adının və soyadının verilməsi və dəyişdirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011 -ci il 12 may tarixli 79 nömrəli Qərarının 6.1 -ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşlarının öz adını, ata adını və ya soyadını dəyişdirilməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Həmçinin həmin Qərarın 1.5-ci maddəsinə uyğun olaraq “adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada məhkəməyə şikayət verilə bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq, övladlarınızın adlarının dəyişdirilməsi məsələsinə yenidən baxılması aidiyyəti komissiya tərəfindən məqsədəmüvafiq hesab edilməmişdir.
14. Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən İddiaçı2 və İddiaçı1 verilmiş 14 yanvar 2023-cü il tarixli, 3843-05/15 №-li arayışdan görünür ki, 1) Bakı nikah evi tərəfindən tərtib edilmiş 2147 saylı, xx.xx.2012-ci il tarixli nikah haqqında akt qeydinə əsasən X15 ilə nikaha daxil olaraq qadın evlənənədək qrafasında olan “Vəlizadə” soyadını dəyişmiş “Bağırova” soyadını qəbul etmiş və xx.xx.2012-ci il tarixli, AZ-İ seriyalı 797801 nömrəli ilkin nikah haqqında şəhadətnamə verilmişdir. 2) Xətai rayon qeydiyyat şöbəsinin xx.xx.2021-ci il tarixli, 01 saylı soyadın, adın və ata adının dəyişdirilməsi haqqında akt qeydinə əsasən nikah haqqında akt qeydində qadın evlənənədək qrafasında soyad “Vəlizadə”-dən “Şpannagel”-ə, qadın evlənəndən sonra qrafasında soyad “Bağırova”-dan “Şpannagel”-ə dəyişilmiş və bunun əsasında Bakı nikah evi tərəfindən xx.xx.2021-ci il tarixli, AZ-İİ seriyalı 416228 nömrəli yenilənmiş nikah haqqında şəhadətnamə verilmişdir. 3) Suraxanı rayon qeydiyyat şöbəsinin xx.xx.2021-ci il tarixli, 05 saylı soyadın, adın və ata adının dəyişdirilməsi haqqında akt qeydinə əsasən nikah haqqında akt qeydində kişi evlənəndən sonra qrafasında soyad “Bağırov”-dan “Şpannagel”-ə dəyişiklik edilmiş və bunun əsasında Bakı nikah evi tərəfindən xx.xx.2021-ci il tarixli, AZ-İİ seriyalı 416443 nömrəli yenilənmiş nikah haqqında şəhadətnamə verilmişdir. 4) Xətai rayon qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli rəyinə əsasən Bakı nikah evi tərəfindən tərtib edilmiş 2147 saylı, xx.xx.2012-ci il tarixli nikah haqqında akt qeydində qadın qrafasında İddiaçı2 milliyyəti “azərbaycanlıdan “alman”a düzəliş edilmişdir.
İşin faktiki halları.
15. İddiaçılar İddiaçı1 Nı̇ zami oğlu və İddiaçı2 Elçı̇ n qızı tərəfindən uşaqların adlarının dəyişdirilməsi məqsədilə cavabdeh Suraxanı Rayon İ̇cra Hakı̇ mı̇ yyətinə müraciət edilməsi və cavabdeh tərəfindən həmin dəyişilikdən imtina olunması işin mübahisəsiz hallarıdır.
Tətbiq edilən hüquq.
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 26. Ad hüququ 26.1. Hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. 26.4. Fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Fiziki şəxsin adını dəyişdirməsi, onun əvvəlki adı ilə əldə etdiyi hüquq və vəzifələrə xitam vermir və ya bunları dəyişdirmir. Fiziki şəxs adını dəyişdirməsi barədə öz borclularına və kreditorlarına məlumat verməlidir və adının dəyişməsi barədə həmin şəxslərdə məlumatın olmamasının doğurduğu nəticələrin riskini daşıyır. Adını dəyişdirmiş fiziki şəxsin ixtiyarı vardır ki, əvvəlki adına rəsmiləşdirilmiş sənədlərdə öz hesabına müvafiq dəyişikliklər aparılmasını tələb etsin.
17. Azərbaycan Respublikasının Ailə Məcəlləsi.
Maddə 53. Uşağın ad, ata adı və soyad daşımaq hüququ 53.1. Uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. 53.2. Uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. 53.4. Valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll olunur. Maddə 192. Adın, ata adının və soyadın dəyişdirilməsi ilə əlaqədar olaraq vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması haqqında yeni şəhadətnamələrin verilməsi Adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişikliklər edilmişsə, əvvəllər verilmiş şəhadətnamələr ləğv edilir və onların əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni şəhadətnamələr verilir.
18. “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 79 nömrəli Qərarı.
1.4. Uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir. 1.5. Adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.
19. L.Ramazanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 aprel 2021-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarı.
Şəxsi ad fərdin özünümüəyyənetməsinin fundamental amillərindən biridir, onun başqalarından fərqləndirilməsi məqsədlərinə xidmət edir. Ad, şəxsiyyətin fərdiləşdirilməsinin əsas təzahürlərindən biri olaraq şəxsi həyat sahəsinə daxildir. Ad hüququ həm də ona görə əhəmiyyətlidir ki, insan öz adı ilə ictimai münasibətlərdə iştirak edir və onun olmaması şəxsiyyəti hüquq və vəzifələri əldə etmək və həyata keçirmək imkanından məhrum edə bilər. Digər tərəfdən ad hüququnun təzahürü kimi ad almaq hüququ mütləq deyil və məhdudlaşdırıla bilər. Konstitusiyada hüquqlara dair məhdudiyyətlərin hədləri dəqiq müəyyən olunmuşdur. Belə ki, hüquqların məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir.
20. “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Pakt.
Maddə 24. Hər bir uşaq doğulduqdan sonra dərhal qeydə alınmalı və ada malik olmalıdır.
21. “Uşaq hüquqları haqqında” Konvensiya.
Maddə 7. Uşaq doğulduqdan sonra dərhal qeydə alınır və doğulduğu andan ad və vətəndaşlıq əldə etmək hüququna, habelə mümkün olduğu dərəcədə öz valideynlərini tanımaq və onlardan qayğı görmək hüququna malikdir.
22. X21rşı iş üzrə 2008-ci il 21 oktyabr tarixli Qərar, §43 və Macalin X12rşı iş üzrə 2015-ci il 15 sentyabr tarixli Qərar, §21
Avropa Məhkəməsi baxdığı bir sıra işlərdə müəyyən etmişdir ki, adın verilməsi və dəyişdirilməsi ilə əlaqədar məsələlər Konvensiyanın 8-ci maddəsində təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququnun təsir dairəsinə düşür.
23. Daróczy Macarıstana qarşı iş üzrə 2008-ci il 1 oktyabr tarixli Qərar, §32
Əsaslandırılmış müvafiq səbəb olmadan şəxsin ada malik olmaq və ya adını dəyişmək hüququna məhdudiyyətin qoyulması Konvensiyanın 8-ci maddəsinin məqsədləri ilə uzlaşmır. Başqa şəxslərin hüquqlarına vurulmuş hər hansı faktiki zərər olmadan formal olaraq qanuni məqsədə istinad etmək bu hüququn məhdudlaşdırılmasına haqq qazandıra bilməz.
24. Aktaş və Aslaniskender Türkiyəyə qarşı iş üzrə 2019-cu il 25 iyun tarixli Qərar, § 47
Avropa Məhkəməsi baxdığı işlərin birində milli hakimiyyət orqanlarının iki şəxsin familiyalarını dəyişmələrinə imtina etmələrini (icazə verməmələrini) 8-ci maddənin pozuntusu kimi qiymətləndirmişdir, çünki məhkəmələr ərizəçilərin dəlillərini nəzərə almadan və ya çəkişən ictimai maraqları və ərizəçilərin maraqlarını tarazlaşdırmadan qanunvericiliyin və normativ aktların sırf formal olaraq tətbiqini həyata keçirmişlər.
Məhkəmənin mövqeyi.
25. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir.
26. İşin hallarından göründüyü kimi cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli Qərarının 6.1-ci maddəsi əsas götürülərək, uşaqların 18 yaşına çatdıqdan sonra özlərinin müraciəti əsasında adlarının dəyişdirilməsi məqsədəmüvafiq olduğundan dəyişiklikdən imtina edilmişdir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, müəyyən edilmiş sübutlardan göründüyü kimi uşaqların hər iki valideynləri tərəfindən əvvəlki soyadları dəyişdirilərək alman soyadları qəbul edilmiş, həmçinin valideynlər tərəfindən ailədə alman mühiti formalaşdırılmış, uşaqlar alman adları ilə çağırılırlar.
27. Məhkəmə işin faktiki hallarını hüquq normalarına əsasən təhlil edib, iddiaçılar tərəfindən övladlarına vermək istədikləri mübahisələndirilən “Hagan”, “Tomas” və “Stefan” adlarının uşaqların gələcəkdəki mənafelərinə xələl gətirməməsi, cinsinə uyğun olduğu və gülünc ad olmadığı kimi səciyyəvi halları nəzərə alaraq bu nəticəyə gəlir ki, iddiaçlarının iddia tələbi əsaslı və qanuni olduğundan təmin edilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
28. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, 08 dekabr 2014-cü il tarixdə Bakı şəhərində doğulmuş X9 adı «Xaqan» adından «Hagan», 02 dekabr 2016-cı il tarixdə Bakı şəhərində doğulmuş X2 adı «Tamerlan» adından «Tomas», 22 sentyabr 2018-ci il tarixdə Bakı şəhərində doğulmuş X3 adı «Süleyman» adından «Stefan» adına dəyişdirilməli və doğum akt qeydlərində müvafiq dəyişikliklər edilməlidir.
29. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi :
İddia təmin edilsin. 08 dekabr 2014-cü il tarixdə Bakı şəhərində doğulmuş X9 adı «Xaqan» adından «Hagan», 02 dekabr 2016-cı il tarixdə Bakı şəhərində doğulmuş X2 adı «Tamerlan» adından «Tomas», 22 sentyabr 2018-ci il tarixdə Bakı şəhərində doğulmuş X3 adı «Süleyman» adından «Stefan» adına dəyişdirilsin və doğum akt qeydlərində müvafiq dəyişikliklər edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıların özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.