Məhkəmə qərarları › İş №e-2(010)-5371/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-5371/2021

06.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-5371/2021 06.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X11 qızının katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı «İcbari Sığorta Bürosu» X5 Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı «İcbari Sığorta Bürosu» X6 Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2500 manat kompensasiya ödənişi və 30 manat dövlət rüsumu olmaqla, cəmi 2530 manat məbləğin Büronun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının 24 iyun 2011-ci il tarixli Qanunu (Qanun) əsasında "İCBARİ SİĞORTA BÜROSU" X7 zərərçəkən sığorta olunanların və zərər vurulan üçüncü şəxslərin maraqlarının müdafiəsini, icbari sığorta sisteminin sabitliyi və inkişafını təmin etmək üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq təsis edilərək fəaliyyət göstərir. Cavabdeh 29.07.2013-ci il tarixində saat 10:30 radələrində Mercedes-Benz 230 markalı, 10RL599 dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, N.Quliyev küçəsi ilə Təbriz küçəsi istiqamətinə hərəkətdə olarkən onun təqsiri üzündən yol nəqliyyat hadisəsi baş vermişdir. Bakı şəhəri, Nərimanov Rayon Məhkəmsinin 1(005)-244/2013 nömrəli, 01.11.2013-ci il tarixli hökmü ilə cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci bəndində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmişdir. Ərizəçinin müraciəti əsasında baş vermis yol nəqliyyat hadisəsi ilə bağlı müvafiq araşdırmalar aparıldıqdan sonra zərəçəkənə sağlamlığa dəyən zərərin dərəcəsinə uyğun olaraq kompensasiya ödənişi həyata keçirilmişdir. Araşdırmalar nəticəsində Büronun avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə informasiya sistemində Mercedes-Benz 230 markalı, 10RL599 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 29.07.2013-ci il tarixində, saat 10:30 radələrində icbari sığorta şəhadətnaməsinin olmadığı müəyyən edilmiş və müvafiq sənədlər toplanaraq, qanunvericiliyə uyğun 2500 manat məbləğində kompensasiya ödənişinin həyata keçirilməsi təmin edilmişdir. Qanunvericiliyə əsasən kompensasiya ödənişləri hesablanarkən zərərə görə məsuliyyət daşıyan şəxs və (və ya) onun məsuliyyətini sığortalamış sığortaçı tərəfindən müvafiq zərərin əvəzinin ödənilməsi üçün zərərçəkənə verilmiş məbləğ çıxılır. Zərərvuran tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir. Qanunvericiliyin tələblərinə əsasən kompensasiya ödənişi subroqasiya qaydasında zərərvuran şəxs olan cavabdehdən tələb edilir. İddiaçının nümayəndəsi Elsevər Tanrıverdiyev elektron ərizə ilə məhkəməyə müraciə edərək, mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, o, təxminən 8 il əvvəl qəza törətmiş və həmin qəza nəticəsində bir nəfər ölmüşdür. O, bu hadisədən sonra 4 il yarı məntəqə tipli həbsxanada olmuşdur. Həmin qəzadan təxminən 5 il sonra ona sığortadan poçt gəlmiş və o məsələ ilə bağlı sığorta şirkətinə zəng etdikdə, həmin qəzada vəfat edən şəxsin oğlunun dəymiş zərər olaraq 5000 manat istədiyi və sığorta şirkətinin həmin məbləğin 2500 manatını ödədiyini, həmin ödənilmiş məbləğin ondan tələb olunduğu bildirilmişdir. Halbuki, sığorta onun xəbəri olmadan onun adından heç kimə pul verə bilməz. Bundan əlavə, o, hal-hazırda işləmir, məhkumluğu olduğu üçün hansısa işə müraciət etdikdə ondan məhkumluq barəsində arayış tələb edirlər. Hazırda oğlu da əsgərlikdədir. Bu səbəbdən ondan tələb edilən məbləği ödəməyə imkanı yoxdur. Məhkəmə prosesindən sonra sığorta şirkətinə gedərək bir nəfərlə görüşmüş, orada işləmədiyini ödəniş edə bilməyəcəyini, əgər imkanı olsaydı hissə-hissə ödəyə biləcəyini, lakin hazırda imkanı olmadığı üçün ödəyə bilməyəcəyini bildirsə də, sığorta heç bir razılığa gəlməmişdir. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən 10.12.2007-ci il tarixdə verilmiş AB seriyalı 118472 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən müəyyən olunur ki, edən “Mercedes-Benz 230” markalı, **-RL-*** dövlət qeydiyyat nişanlı avtomaşının sahibi Cavabdehdur. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiqləyən arayışdan görünür ki, Cavabdeh 29.07.2013-ci il tarixində saat 10:30 radələrində Mercedes-Benz 230 markalı, 10RL599 dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, N.Quliyev küçəsi ilə Təbriz küçəsi istiqamətinə hərəkətdə olarkən onun təqsiri üzündən yol nəqliyyat hadisəsi baş vermiş və X4 ölmüşdür. Bakı şəhəri, Nərimanov Rayon Məhkəmsinin 1(005)- 244/2013 nömrəli, 01.11.2013-ci il tarixli hökmü ilə cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci bəndində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Birliyi tərəfindən 01.08.2013-cü il tarixdə verilmiş 67 №-li ekspert rəyindən görünür ki, mərhum Abuhayat Şirinova 29.07.2013-cti ıl tarixdə saat 11:20-də Bakı Səhiyyə İdarəsinin «Kliniki-Tibbi Mərkəzində» ağır açıq kəllə beym travma, sağ və sol gicgah sümüklərinin kəlla əsasına keçən sınıqları, baş beynin ağır dərəcədə əzilməsi, sağ alın payının bazal hissəsində və sol təpə, alın, gicgah nahiyələrində müxtəlif ölçülü hemorragik əzilmə ocaqları və pnevmosefoliya diaqnozu ilə müalicədə olmuş, aparılan müalicə tədbirlərinə baxmayaraq, 31.07.2013-cü il tarixdə saat 23:00-da ölmüşdür. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-244/2013 nömrəli iş üzrə qəbul etdiyi 01.11.2013-cü il hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tuuıirnuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 il 6 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 il 6 ay müddətə azadlıqdan məhrum elmə cəzasına məhkum edilmişdir. 24.12.2018-ci il tarixli kompensasiya ödənişinin verilməsi haqqında qərardan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X1 ölümü ilə əlaqədar ərizəçi X3 2500 AZN məbləğində kompensasiya ödənişi verilməsi qərara alınmışdır. 25.12.2018-ci il tarixli 796 №-li ödəniş tapşırığından görünür ki, «İcbari Sığorta Bürosu» X6 tərəfindən kompensasiya ödənişi olaraq 2500 manat məbləğində pul ödənilmişdir. 25.09.2018-ci il tarixli "Yol-nəqliyyat hadisəsi ilə əlaqədar məlumatın alınmasına dair" məktubdan görünür ki, Cavabdeh hadisədə vəfat etmiş X2 ailə üzvlərinə ölümlə əlaqədar zərərin əvəzinin ödənilib-ödənilmədi, əgər xərc çəkilibsə məbləği barədə, bu xərclərin dəfn xərcləri olub-olmadığı barədə məlumat vermək, eyni zamanda Abuhayat Şirinovanın ölümü ilə əlaqədar zərərin əvəzinin ödənilməsini təsdiq edən sənədlərin surətlərinin İcbari Sığorta Bürosuna təqdim edilməsi xahiş olunmuşdur. 10.09.2021-ci il tarixli ********* №-li mədaxil qəbzindən görünür ki, «İcbari Sığorta Bürosu» X6 tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edən zaman 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2.-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1114.1.-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəməyə təqdim edilmiş 25.12.2018-ci il tarixli 796 №-li ödəniş tapşırığından görünür ki, «İcbari Sığorta Bürosu» X6 tərəfindən kompensasiya ödənişi olaraq 2500 manat məbləğində pul ödənilmişdir.Deməli, iddiaçının subroqasiya hüququ yaranıb. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1.-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 936.5-ci maddəsinə görə, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. İş materiallarından olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-244/2013 nömrəli iş üzrə qəbul etdiyi 01.11.2013-cü il hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tuuıirnuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 il 6 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 il 6 ay müddətə azadlıqdan məhrum elmə cəzasına məhkum edilmişdir. Bu hal, iddiaçıya ödədiyi sığorta ödənişinin geri tələb etmək hüququ verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə, zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Hazırkı işdə ziyan vuran nəqliyyat vasitəsi mülkiyyətçisi onu etibarnamə olmadan bilavasitə ziyan vuran üçüncü şəxsin qanunsuz istifadəsinə verdiyi üçün, məhkəmə hər iki cavabdehin müştərək qaydada mülki hüquq pozuntusuna görə cavabdehlik daşımalı olduqları qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2500 manat məbləğində kompensasiya ödənişi tutularaq iddiaçı “İcbari Sığorta Bürosu” X5 xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2500 (iki min beş yüz) manat məbləğində kompensasiya ödənişi tutularaq iddiaçı “İcbari Sığorta Bürosu” X5 xeyrinə ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul Cavabdeh “İcbari Sığorta Bürosu” X5 xeyrinə tutulsun. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhər Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar