Məhkəmə qərarları › İş №e-2(010)-5379/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-5379/2023

17.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-5379/2023 17.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Suraxanı Rayon Məhkəməsinin hakimi Məmmədov Tural Nurulla oğlu, İddiaçılar İddiaçı* və İddiaçı2 cavabdehlər Suraxanı rayon İcra şöbəsi və AR Xammal və Əmtəə Birjası "xxxx" MMC-yə qarşı qiymətləndirmə hesabatının etibarsız sayılması və hərracın keçirilməsinin qadağan edilməsi tələbinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək Müəyyən etdim: İddiaçılar İddiaçı* və İddiaçı2 cavabdehlər Suraxanı rayon İcra şöbəsi və AR Xammal və Əmtəə Birjası "xxxx" MMC-yə qarşı qiymətləndirmə hesabatının etibarsız sayılması və hərracın keçirilməsinin qadağan edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı rayon Məhkəməsi tərəfindən verilmiş 2(0*0)-*6/20*2 saylı, 25.07.20**-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq girov qoyulmuş daşınmaz əmlakın qiymtələndirilməsi barədə Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən hazırlanaraq tərtib edilmiş **/* saylı, xx.xx.2023-cü il tarixli hesabatın, eləcə də Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən hazırlanaraq tərtib edilmiş **/* saylı xx.xx.2023-cü il tarixli hesabatın etibarsız sayılması və qeyd olunan qiymətləndirmə hesabatları əsasında ipotekaya qoyularaq yüklü edilmiş İddiaçı* mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsində 0.02 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 88/3 saylı fərdi yaşayış evinin və X*ün mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsindəki *0 saylı evin *7 saylı mənzilinin açıq hərracın keçirilməsi yolu ilə satılmasının Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizənin icraata qəbul edilməsindən imtina olunmalıdır. AR Ali Məhkəməsinin Mülki və Kommerisya Kollegiyalarının “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 24.**.202*-ci il tarixdli Qərardadının 26-cı bəndində qeyd edilmişdir ki, icra icraatı çərçivəsində borclunun ipoteka predmetinə, vergi ödəyicisi kimi siyahıya alınmış əmlaka və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlaklarına tələbin yönəldilməsi və hərracdan satılması qaydaları Mülki Məcəllənin 4*5-ci və “İcra haqqında” Qanunun 45.6, 45.7, 5*, 53, 6*, 62-ci maddələri ilə tənzimlənir və bu münasibətlərə qanunun analogiyası üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hərrac qaydaları tətbiq edilməməlidir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 5*.*. Borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. Maddə 6*.*. Vergi borcuna görə siyahıya alınmış əmlak istisna olmaqla, borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. 6*.2. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. Qeyd edilən hüquq normalarından məlum olur ki, məhkəmə aktının icrası mərhələsində daşınmaz əmlakın qiymətləndirilməsi icra məmurunun sifarişi əsasında həyata keçirilir. Başqa sözlə, əmlakın icra prosesi çərçivəsində qiymətləndirilməsi icra məmurunun hərəkətlərinə aid olan prosesdir. Deməli, icra məmurunun əmlakın qiymətləndirilməsi ilə bağlı etdiyi prosessual hərəkətdən narazı qalan tərəf icra məmurunun hərəkətini məhkəmədə mübahisələndirməlidir. Nə qədər ki, icra məmurunun qeyd edilən hərəkəti icra icraatı çərçivəsində əmlak üzrə alqı-satqı müqaviləsi bağlananadək edilib, həmin mübahisəyə iddia icraatı çərçivəsində yox, icra icraatı çərçivəsində baxılmalıdır. Məhkəmə qeyd edir ki, AR Ali Məhkəməsinin Mülki və Kommerisya Kollegiyalarının yuxarıda qeyd olunan qərardadından da aydın olur ki, tutma yönəldilmiş ipoteka predmeti olan əmlakın ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində iddia icraatı qaydasında deyil, icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında mübahisələndirilməlidir. Bu baxımdan hesab edirəm ki, hazırki tələbə iddia icraatı çərçivəsində deyil, icra məmurunun hərəkətindən verilən şikayət əsasında icra icraatı çərçivəsində baxılması məqsədəmüvafiqdir. AR MPM-nin *53.2.*-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin *53.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin *53.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin sadalanan maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldım: İddiaçılar İddiaçı* və İddiaçı2 cavabdehlər Suraxanı rayon İcra şöbəsi və AR Xammal və Əmtəə Birjası "xxxx" MMC-yə qarşı qiymətləndirmə hesabatının etibarsız sayılması və hərracın keçirilməsinin qadağan edilməsinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İş üzrə ödənilmiş *00 manat dövlət rüsumu İddiaçı* nümayəndəsi və vəkili Nümayəndə geri qaytarılsın. İddiaçılara izah edilsin ki, hazırki tələblərini icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında icra icraat çərçivəsində mübahisələndirilə bilərlər. Qərardaddan onun surəti rəsmi qaydada təqdim edildiyi gündən *0 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar