Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-542/2022 26.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, Ərizəçi İddiaçı iştirakı ilə, Ərizəçi İddiaçı (maraqlı şəxs Suraxanı rayon İcra Hakimiyyəti) "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 04.02.1951-ci ildə doğulmuş X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini belə əsaslandırılmışdır ki, İddiaçı ilə X5 rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş və onlar birlikdə uzun illərdir ünvan 1 ünvanında yaşayırlar. Həyat yoldaşı X5 2001-ci ildən “İnvolyusiom depressiya” xəstəliyindən əziyyət çəkir, onun kənar şəxsin qulluğuna və idarəsinə ehtiyacı vardır. İddiaçının arvadı X5 2001-ci ildən bu günə kimi bir dəfə də olsun evdən çolə çıxmayıb. Çölə çıxmaqdan və ya hər hansı sənədə qol çəkməkdən qorxur. Q.Mövsümova hal-hazırda pensiya yaşını keçib, lakin heç yerə getmədiyindən ona pensiya ala bilmir. Q.Mövsümovaya qəyyum təyin edilməsi ilə bağlı Suraxanı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Komissiyasına müraciət etmiş, lakin ona məhkəmə qaydasında yoldaşının fəaliyyət qabiliyyəti olmayan kimi hesab olunmasının zəruri olduğunu bildirilmişdir. Hazırda arvadının fəaliyyət qabiliyyəti olmamasını müəyyən etdirmək ona qəyyum təyin olunması üçün lazımdır. İş üzrə maraqlı şəxs Suraxanı rayon İcra Hakimiyyətinə məhkəmə iclası barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə hazırlıq iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: 23.08.1975-ci il tarixdə verilmiş nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X2 arasında nikah 26.08.1975-ci ildə bağlanmışdır. 2 nömrəli Klinik Psixiatriya xəstəxanasının 03.12.2021-ci il tarixdə verilmiş arayışdan müəyyən olunur ki, ünvan 2 ünvanında qeydiyyatda olan 04.02.1951-ci il təvəllüdlü X6 X7 Stansiyasının göndərişinə əsasən 14.03.2001-ci il tarixdən 14.04.2001-ci il tarixinədək Bakı şəhəri 2 nömrəli X4 stasionar müalicədə olmuşdur. Suraxanı rayon İcra Hakimiyyətinin 22.11.2021-ci il tarixli ərizəçi İddiaçı ünvanladığı məktubundan müəyyən olunur ki, 04.02.1951-ci il təvəllüdlü X5 üzərində qəyyum təyin edilməsi ilə bağlı aidiyyatı üzrə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin ambulator məhkəmə-psixiatrik ekspertizasının 14.03.2022-ci il tarixli 854 saylı rəyinə əsasən müəyyən olunur ki, X5 DEMENSİYA (AĞİL ZƏİFLİYİ) (F03) qeyd olunur. Bunu anamnestik məlumatlar (psixi vəziyyətinin dəyişməsi, yaddaşının zəifləməsi, davranışının qeyri-adekvat olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası”da “Qocalıq Psixozu” diaqnozu ilə stasionar müalicədə olması), həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər (zahirən passiv olması, ətrafa çaşqın nəzərlərlə baxması, ünsiyyət yaratmağın mümkün olmaması, çətinliklə daxil olması, verilən sualları anlamaması, anamnestik məlumatları açıqlaya bilməməsi, mnestik qabliyyətinin və intellektual səviyyəsinin aşağı olması, maraq dairəsinin dar olması, öz vəziyyətinə qarşı tənqidi münasibətinin olmaması və sair) sübut edir. X3 demensiya (ağıl zəifliyi) qeyd olunur. Demensiya-baş beynin zədələnməsi nəticəsində əmələ gələn və ali qabıq funksiyasının pozulması ilə (yaddaş, düşüncə, anlama, nitq, mühakimə yürütmək qabiliyyəti və sair) səciyyələnən sonradan qazanılma, yəni qocalıq ağıl zəifliyidir. Yoxlanılan şəxs X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmök iqtidarına malik deyil. Q.A.Mövsümovanın fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır. Yoxlanılan şəxs X5 məhkəmə iclasına gəlmək və iş üzrə izahat vermək iqtidarında deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər və onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların (valideyinlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə müəyyən edir ki, 04.02.1951-ci il təvəllüdlü X5 ərizəçi İddiaçı arvadıdır. Ərizəçinin arvadı 04.02.1951-ci il təvəllüdlü X3 DEMENSİYA (AĞİL ZƏİFLİYİ) (F03) qeyd olunur. X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmök iqtidarına malik deyil. Ona görə də məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalı və 04.02.1951-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 04.02.1951-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №e-2(010)-542/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-542/2022
26.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver