Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-5596/2023 19.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Mahmudova Təranə Nəriman qızı iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" ASC) Cavabdeh qarşı “sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi” tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları 1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın surətindən görünür ki, ünvan 2 xüsusi mülkiyyət hüququ əsasında X1 adına xx.xx.2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
2. "xxxx" tərəfindən xx.xx.2020-ci il tarixində verilmiş qiymətləndirmə aktından görünür ki, hadisə nəticəsində ünvan 1 ünvanında X2 məxsus olan mənzilə 367 manat məbləğində zərər dəymişdir.
3. PRM65749 №-li sığorta aktından görünür ki, ünvan 1 ünvanında X2 məxsus olan mənzil xx.xx.2018-ci ildən xx.xx.2021-ci il tarixədək sığortalanmışdır. Hadisənin baş vermə tarixi - xx.xx.2020. Sığortalanmış mənzilə Cavabdeh məxsus olan həmin ünvanda yerləşən 22 saylı mənzildən su basması nəticəsində ziyan dəymişdir.
4. xx.xx.2021-ci il tarixli hesabdan çıxarışdan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən vurulmuş zərərin əvəzi olaraq 340,79 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.
5. xx.xx.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh borcun ödənilməsi, əks təqdirdə məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq olunmuşdur.
6. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edən zaman 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
İşin faktiki halları
7. ünvan 2 ünvanında X2 məxsus olan mənzilə 340,79 manat məbləğində zərər dəyməsi işin mübahisəsiz hallarıdır.
İddia tələbi
8. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi” tələbinə dair (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq 340,79 manat zərər məbləğinin və ödənilmiş dövlət rüsumunun (30.00 manat) Cavabdeh tutularaq iddiaçıya ödənilməsinə dair sadələşdirilmiş icraat qaydasında qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri
9. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə X2 məxsus və "xxxx" ASC tərəfindən xx.xx.2018-ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər PRM ********* saylı əmlak sığorta şəhadətnaməsi ilə sığortalanmış ünvan 2-a Cavabdeh məxsus olan həmin ünvanda yerləşən 22 saylı mənzildən su basması nəticəsində sığorta hadisəsi baş vermiş və hadisə nəticəsində sığortalanmış mənzilə maddi ziyan dəymişdir. Baş vermiş sığorta hadisəsi xx.xx.2020-ci il tarixində Suraxanı rayonu 88 saylı MKİS-in əməkdaşları tərəfindən aktlaşdırılmışdır. Belə ki, "xxxx" MMC-nin təqdim etdiyi xx.xx.2020ci il tarixli, 0709-3/20 saylı qiymətləndirmə aktına əsasən baş vermiş sığorta hadisəsi nəticəsində Bakı şəhəri, Bəhruz Nuriyev küçəsi, ev 61, mənzil 19-a 367 manat məbləğində maddi ziyan dəymişdir. "xxxx" ASC tərəfindən PRM 65749 saylı sığorta aktına əsasən sığortalı X2 340,79 AZN məbləğində odənilmişdir.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi
Maddə 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.
11. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 936. Subroqasiya hüququ 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1111. Binanın uçması nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi 1111.2. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Maddə 1114. Zərər vurmuş şəxsə reqres hüququ 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.
Məhkəmənin mövqeyi
12. Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir.
13. Belə ki, iş materiallarından görünür ki, sığortalanmış mənzilə Cavabdeh məxsus olan həmin ünvanda yerləşən 22 saylı mənzildən su basması nəticəsində ziyan dəymişdir.
14. xx.xx.2021-ci il tarixli hesabdan çıxarışdan görünür ki, "xxxx" ASC tərəfindən vurulmuş zərərin əvəzi olaraq 340,79 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Odur ki, iddia tələbi əsaslıdır.
Məhkəmə xərcləri
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
16. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
17. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Məhkəmənin gəldiyi nəticə
18. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh vurulmuş zərərə görə ümumilikdə 340,79 manat məbləğində pul tutularaq "xxxx" ASC-yə ödənilməlidir.
19. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə,
qət etdi:
İddia təmin edilsin. Cavabdeh vurulmuş zərərə görə ümumilikdə 340,79 (üç yüz qırx manat yetmiş doqquz qəpik) manat məbləğində pul tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.