Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-568/2024 27.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, X8 iclas katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı “İcbari Sığorta Bürosu” X7 Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı “İcbari Sığorta Bürosu” X10 Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1800 manat və ödənilmiş dövlət rüsumuna görə 38 manat, ümumilikdə 1838 (bir min səkkiz yüz otuz səkkiz) manat pulun iddiaçı “İcbari Sığorta Bürosu” HŞİ-nin xeyrinə tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. LPO ASC "xxxx" Sığorta Şirkəti tərəfindən PST********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə Cavabdeh adına sığortalanmış BMW 528 markalı, 90XK244 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixində Bakı – Pirşağı yolunda Cavabdeh tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən X3 əmlakına maddi ziyan vurulmuşdur. Yuxarıda göstərilən hadisə ilə əlaqədar “İcbari Sığorta Bürosu” HŞİ tərəfindən zərərçəkənə dəymiş zərər üzrə cədvəldə qeyd olunan məbləğdə sığorta (kompensasiya) ödənişi həyata keçirilmişdir. İş materiallarından aydın olur ki, Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini istifadə etməyə, idarə etməyə və ya digər qaydada istismar etməyə hüququ olmamışdır. Belə ki, sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar Sabunçu DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli TP ******* nömrəli “İnzibati tənbeh vermə” haqqında Qərardan (əlavə olunur) məlum olur ki, yol nəqliyyat hadisəsi baş verərkən Cavabdeh tərəfindən BMW 528 markalı, 90XK244 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi etibarnaməsiz olaraq istismar edilmişdir. Bu səbəbə görə də, Azərbaycan Respublikasının İXM-nin 332.1 və 327.1-ci maddələrin tələbinə əsasən 40 (qırx) manat məbləğində inzibati qaydada cərimə edilmişdir.
Tərəflərin izahatları
3. İddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında Cavabdeh iddia tələbi ilə razı olduğunu bildirdi.
İş materialları
5. “X4 Şəhadətnaməsi”nin surətindən görünür ki, **-DP-*** dövlət qeydiyyat nişanlı, X15 markalı avtonəqliyyat vasitəsi X3 mülkiyyətindədir.
6. “X4 Şəhadətnaməsi”nin surətindən görünür ki, **-XK-*** dövlət qeydiyyat nişanlı, BMW 528 minik markalı nəqliyyat vasitəsi X9 mülkiyyətindədir.
7. xx.xx.2020-ci il tarixli, PST********** nömrəli “İcbai Sığorta Müqaviləsi”nin surətindən görünür ki, **-XK-*** dövlət qeydiyyat nişanlı, BMW 528 minik markalı nəqliyyat vasitəsi sığortaçı "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək müddətdə sığortalanmışdır.
8. xx.xx.2020-ci il tarixli, 002012 nömrəli “Sığorta hadisəsinə dair raport”un surətindən görünür ki, BMW 528 minik markalı nəqliyyat vasitəsini idarə edən Cavabdeh **-DP-*** dövlət qeydiyyat nişanlı, X15 markalı avtonəqliyyat vasitəsini sol hissəsindən vurmuşdur.
9. xx.xx.2020-ci il tarixli “İnzibati xəta haqqında Protokol”un surətindən görünür ki, **-XK- *** dövlət qeydiyyat nişanlı, BMW 528 minik markalı nəqliyyat vasitəsini idarə edən Cavabdeh AR İXM-nin 327.1-ci və 332.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətani törətmişdir.
10. xx.xx.2020-ci il tarixli “Əmlaka dair qiymətləndirmə aktı”ndan görünür ki, **-DP-*** dövlət qeydiyyat nişanlı, X15 markalı avtonəqliyyat vasitəsinin təmir bərpa xərci (ehtiyyat hissələri və usta xərci) 1800 manat təşkil edir.
11. xx.xx.2020-ci il tarixli, 7146/20 saylı sığorta aktından görünür ki, zərərçəkən **-DP-*** dövlət qeydiyyat nişanlı, X15 markalı avtonəqliyyat vasitəsinin mülkiyyətçisi X5 ödənilməli olan sığorta ödənişi 1800 manat təşkil edir.
12. AR ƏN X2 Reyestrindən Çıxarışın surətindən görünür ki, “İcbari Sığorta Bürosu” X7 fəaliyyət predmeti və məqsədi zərərçəkən sığorta olunanların və zərər vurulan üçüncü şəxslərin maraqlarının müdafiəsini, icbari sığorta sisteminin sabitliyi və inkişafını təmin etməkdən ibarətdir.
13. "xxxx" ASC-nin kassa mədaxil qəbzindən görünür ki, “İcbari Sığorta Bürosu” X10 tərəfindən X3 hesabına 1800 manat vəsait köçürülmüşdür.
14. AR Ədliyyə Nazirliyi Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/1912 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı **-DP-*** dövlət qeydiyyat nişanlı, X15 markalı avtonəqliyyat vasitəsinin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən 1800 manat məbləğində müəyyən edilmişdir.
İşin faktiki halları
15. İşin faktiki halları ondan ibarətdir ki, X3 mülkiyyətində olan **-DP-*** dövlət qeydiyyat nişanlı, X15 markalı avtonəqliyyat vasitəsi ilə digər avtomobil - X9 mülkiyyətində olan **- XK-*** dövlət qeydiyyat nişanlı, BMW 528 minik markalı nəqliyyat vasitəsinin toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş vermişdir. **-XK-*** dövlət qeydiyyat nişanlı, BMW 528 minik markalı nəqliyyat vasitəsi sığortaçı "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək müddətdə sığortalanmışdır. Həmin yol nəqliyyat hadisəsində **-XK-*** dövlət qeydiyyat nişanlı, BMW 528 minik markalı nəqliyyat vasitəsini etibarnamə olmadan idarə edən Cavabdeh AR İXM-nin 327.1-ci və 332.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətani törətməkdə təqsirli bilinmiş və barəsində müvafiq inzibati tənbeh növü tətbiq edilmişdir. X1 mülkiyyətində olan **-DP-*** dövlət qeydiyyat nişanlı, X15 markalı avtonəqliyyat vasitəsinə dəymiş ziyan məbləği ümumilikdə 1800 manat müəyyən edilmişdir. Həmin ziyan məbləği “İcbari Sığorta Bürosu” X10 tərəfindən X3 hesabına köçürülmüşdür. Hazırki iddia tələbində iddiaçı zərərçəkən X3 hesabına ödədiyi 1800 manat pul vəsaitinin Cavabdeh onun xeyrinə tutulmasını tələb edir və tələbini onunla əsaslandırır ki, cavabdeh digər şəxsin mülkiyyətində olan avtomobili etibarnamə olmadan idarə edərək həmin yol nəqliyyat hadisəsini törətdiyi üçün onun cavabdehə qarşı subroqasiya qaydasında pul vəsaitini tələb etmək hüququ yaranmışdır. Cavabeh isə əvvəlki məhkəmə iclaslarında iddia tələbi ilə razı olmadığını bildirmiş, lakin iş üzrə müvafiq ekspertiza rəyi təqdim edildikdən sonra iddia tələbi ilə razı olduğunu bildirmişdir.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Maddə 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Maddə 936. Subroqasiya hüququ 936.1 Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2 Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). 1096.2 Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət 1108.1 Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
17. AR İnzibati Xətalar Məcəlləsi
Maddə 327. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması. 327.1. Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görəqırx manat məbləğində cərimə edilir. Maddə 332. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi 332.1. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görəqırx manat məbləğində cərimə edilir.
18. AR “İcbari Sığortalar haqqında Qanun”
Maddə 25. İcbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsasları 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. 25.4. Bu Qanunun 32.1.1-ci maddəsində nəzərdə tutulmuş halda kompensasiya ödənişi həyata keçirildikdə, müvafiq icbari sığorta müqaviləsi üzrə faydalanan şəxsin sığortaçı və ya müvafiq hallarda sığortaçının ləğvetmə komissiyası qarşısındakı tələb hüququ verilmiş kompensasiya ödənişi həcmində bu Qanunun 27-ci maddəsində nəzərdə tutulmuş İcbari Sığorta Bürosuna keçir. Maddə 27. İcbari Sığorta Bürosu 27.1. İcbari Sığorta Bürosu (bundan sonra - “Büro”) zərərçəkən sığorta olunanların və zərər vurulan üçüncü şəxslərin maraqlarının müdafiəsini, icbari sığorta sisteminin sabitliyi və inkişafını təmin etmək üçün, habelə aşağıdakı funksiyaların həyata keçirilməsi məqsədilə bu Qanunun tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq X10 kimi təsis edilən və fəaliyyət göstərən qeyri-kommersiya təşkilatıdır: 27.1.6. Azərbaycan Respublikasının ərazisində baş verən hadisələr nəticəsində sağlamlığına zərər dəyən üçüncü şəxslərə bu Qanunda nəzərdə tutulmuş müvafiq hallarda kompensasiya ödənişlərinin verilməsini təmin etmək və bununla əlaqədar sığorta hadisələrinin araşdırılması və sığorta ödənişlərinin verilməsi zamanı sığortaçılara aid bütün hüquq və vəzifələrdən istifadə etmək; Maddə 32. Kompensasiya ödənişlərinin təyinatı 32.1. Əmlaka və sağlamlığa dəyən zərərə görə bu Qanunda və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sığorta ödənişlərinin həyata keçirilməsi aşağıdakı hallarda mümkün olmadıqda, Büro tərəfindən kompensasiya ödənişi verilir: 32.1.1. sığortaçı müvafiq icbari sığorta müqavilələri üzrə sağlamlığa və (və ya) əmlaka dəyən zərərlə bağlı öhdəliklərini ödəmə qabiliyyətinin olmamasına görə yerinə yetirə bilmədikdə; 32.4. Büro bu Qanunun 25.4-cü və 63.3-cü maddələrində nəzərdə tutulmuş subroqasiya hüququnun həyata keçirilməsi ilə bağlı sığortaçılara aid bütün hüquqlarından istifadə edir.
Məhkəmənin mövqeyi
19. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.
20. Məhkəmə iddia tələbinə münasibət bildirməzdən öncə iddiaçının hazırki tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olub-olmaması məsələsinin aydınlaşdırılmasını məqsədəmüvafiq hesab edir.
21. Sığorta ilə bağlı münasibətləri tənzimləyən “İcbari Sığortalar haqqında Qanun”un müddəalarından aydın olur ki, İcbari Sığorta Bürosu zərərçəkən sığorta olunanların və zərər vurulan üçüncü şəxslərin maraqlarının müdafiəsini, icbari sığorta sisteminin sabitliyi və inkişafını təmin etmək üçün X10 kimi təsis edilən və fəaliyyət göstərən qeyrikommersiya təşkilatıdır. Eyni zamanda İcbari Sığorta Bürosu tərəfindən sığortaçı müvafiq icbari sığorta müqavilələri üzrə sağlamlığa və (və ya) əmlaka dəyən zərərlə bağlı öhdəliklərini ödəmə qabiliyyətinin olmamasına görə yerinə yetirə bilmədiyi təqdirdə kompensasiya ödənişi verilir və Büro bu Qanunun 25.4-cü və 63.3-cü maddələrində nəzərdə tutulmuş subroqasiya hüququnun həyata keçirilməsi ilə bağlı sığortaçılara aid bütün hüquqlarından istifadə edir (maddə 32).
22. İş materiallarından görünür ki, **-XK-*** dövlət qeydiyyat nişanlı, BMW 528 minik markalı nəqliyyat vasitəsi sığortaçı "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək müddətdə sığortalansa da, lakin baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar olaraq zərərçəkən şəxsə sığorta ödənişi həmin sığortaçı tərəfindən deyil, “İcbari Sığorta Bürosu” X10 tərəfindən ödənilmişdir. Müəyyən edilir ki, iddiaçı hazırki tələbi irəli sürmək üçün subyektiv hüquqa malikdir.
23. Məhkəmə qeyd edir ki, subroqasiya ilə bağlı münasibətləri tənzimləyən qanunvericilik normasından göründüyü kimi, subroqasiya hüququnun yaranma əsaslarından biri də icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsidir. Belə ki, iş materiallarının araşdırılması nəticəsində müəyyən edilir ki, xx.xx.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən **-XK-*** dövlət qeydiyyat nişanlı, BMW 528 minik markalı nəqliyyat vasitəsini etibarnamə olmadan idarə edən Cavabdeh təqsirli bilinmiş və barəsində AR İXM-nin 327.1-ci və 332.1-ci maddələrinə müvafiq olaraq inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia tələbini irəli sürməkdə haqlı olmuşdur.
24. Tələb olunan pul məbləğinə gəldikdə isə məhkəmə qeyd edir ki, **-DP-*** dövlət qeydiyyat nişanlı, X15 markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər məbləği sığorta aktına əsasən 1800 manat qiymətləndirilmiş və “İcbari Sığorta Bürosu” X10 tərəfindən X3 hesabına həmin məbləğ ödənilmişdir. Eyni zamanda iş üzrə təqdim edilmiş AR Ədliyyə Nazirliyi Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/1912 nömrəli ekspert rəyindən də görünür ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı **-DP-*** dövlət qeydiyyat nişanlı, X15 markalı avtonəqliyyat vasitəsinin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1800 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edir və ona tənqidi yanaşılması üçün əsas görmür.
25. Məhkəmə sadalanan xüsusatları rəhbər tutaraq hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 1800 manat məbləğində pul vəsaiti tutulmalıdır.
Məhkəmə xərcləri
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
27. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
28. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən, iş üzrə ödənilmiş 38 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməli və iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri olan 50 manat pul vəsaiti Cavabdeh tutularaq AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə
29. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1800 manat pul vəsaiti tutularaq iddiaçı "İcbari Sığorta Bürosu" X7 xeyrinə ödənilməli, iş üzrə ödənilmiş 38 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməli və iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri olan 50 manat pul vəsaiti Cavabdeh tutularaq AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. 30.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddia təmin edilsin. Cavabdeh 1800 manat pul vəsaiti tutularaq iddiaçı "İcbari Sığorta Bürosu" X7 xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 38 manat dövlət rüsumu Cavabdeh tutularaq "İcbari Sığorta Bürosu" X7 xeyrinə ödənilsin. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri olan 50 manat pul vəsaiti Cavabdeh tutularaq AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.