Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-716/2022 25.01.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması barədə kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 259,00 manat məbləğində sığorta ödənişinin əvəzi və 30,40 manat dövlət rüsümunun, iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh məxsus ** PV *** dövlət qeydiyyat nişanlı Changan Honor markalı avtonəqliyyat vasitəsi 17.11.2019-cu il tarixində “PAŞA Sığorta tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. 24.12.2019-cu il tarixində Cavabdeh idarə etdiyi ** PV *** dövlət qeydiyyat nişanlı Changan Honor markalı avtonəqliyyat vasitəsi ilə yolnəqliyyat hadisəsi nəticəsində ** HD *** dövlət qeydiyyat nişanlı Opel Astra markalı avtonəqliyyat vasitəsinə zərər vurmuşdur. Hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, Cavabdeh yol-nəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerini tərk etmişdir. Bununla bağlı DYP əməkdaşı tərəfindən TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. “Cadillac” şirkəti tərəfindən tərtib olunmuş zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən ** HD *** dövlət qeydiyyat nişanlı Opel Astra markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 259,00 manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin 30.01.2020-ci il tarixli sığorta aktına əsasən, avtonəqliyyat vasitəsinin təmir olunması üçün 259,00 manat məbləğində sığorta ödənişinin zərərçəkənə ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Cavabdeh ödənilmiş məbləğin şirkətin hesabına ödənilməsi barədə bildiriş göndərilmiş, lakin cavabdeh tələb olunan məbləği şirkətə ödəməmişdir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 30.01.2020-ci il tarixli sığorta aktından görünür ki, "xxxx" ASC tərəfindən Changan Honor markalı ** PV *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini 17.11.2019-cu il tarixdən 16.11.2020-ci il tarixədək 5000,00 manata sığortalamışdır. 24.12.2019-cu il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti ünvanında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 259,00 manat məbləğində zərər dəymişdir və həmin məbləğ sığorta ödənişi avtomobilin təmiri üçün X2 1100 0000 0022 3245 saylı kart hesabına köçürülmüşdür. İş materiallarına əlavə edilmiş TP ******* saylı 09.01.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 327.6-ci və 327.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. iş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarından aydın olur ki, xx.xx.1993-cü il təvəllüdlü Cavabdeh ünvan 2 ünvanında pasport qeydiyyatındadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN Abşeron rayon Polis İdarəsi tərəfindən verilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, 24.12.2019-cu il tarixdə saat 16:00-da Xırdalan şəhəri, H.Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsinin növü toqquşmadır. Yolnəqliyyat hadisəsinin baş verməsində təqsiri olan şəxs Cavabdeh idarə etdiyi nəqliyyat vasitəsi Changan Honor markalı, ** PV *** dövlət qeydiyyat nişanlı avtomobildir. Yolnəqliyyat hadisəsi zamanı ** HD *** dövlət qeydiyyat nişanlı Opel Astra markalı dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. İş materiallarına əlavə edilmiş zərər dəymiş avtonəqliyyat vasitələrinin qiymətləndirilməsi barədə Hesabatdan görünür ki, Opel Astra markalı, ** HD *** dövlət qeydiyyat nişanlı avtomobilə quraşdırılan ehtiyat hisslərinin ümumi dəyəri 259,00 manat məbləğindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 936-cı maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanununun 63.1.-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə xatırladır ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Müəyyən edildiyi kimi, ** PV *** dövlət qeydiyyat nişanlı Changan Honor markalı avtonəqliyyat vasitəsi “PAŞA Sığorta tərəfindən 17.11.2019-cu il tarixində “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalamışdır. 24.12.2019-cu il tarixində Cavabdeh idarə etdiyi ** PV *** dövlət qeydiyyat nişanlı Changan Honor markalı avtonəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törədərək ** HD *** dövlət qeydiyyat nişanlı Opel Astra markalı avtonəqliyyat vasitəsinə maddi zərər vurmuşdur. Hadisənin səbəbləri aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, Cavabdeh yol-nəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerindən yayınmışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Abşeron rayonu Polis Polkovnik X1 tərəfindən Cavabdeh barəsində 09.01.2020ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş, həmin qərara əsasən cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı və 327.1-ci maddələri ilə təqsirli bilinmişdir. Beləliklə də baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh təqsirli olması artıq sübuta yetmişdir. Odur ki, məhkəmə təqdim edilmiş sübutların mötəbərliyini əsaslı qəbul edərək hesab edir ki, hazırkı halda iddia təmin edilməli və Cavabdeh 259,00 manat sığorta ödənişi məbləği və ödənilmiş 30,40 manat dövlət rüsumu olmaqla cəmi 289,40 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə(hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 259,00 manat sığorta ödənişi məbləği və ödənilmiş 30,40 manat dövlət rüsumu olmaqla cəmi 289,40 manat pul vəsaiti iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №e-2(010)-716/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-716/2022
25.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver