Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-809/2022 14.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı «XALQ SİĞORTA” ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: İddiaçı «XALQ SİĞORTA” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlundan iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq 1500.00 manat zərər məbləğinin və ödənilmiş 35 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “BMW 3201” markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən 14.03.2019-cu il tarixdən 14.03.2021-ci il tarixədək PXA ********** saylı icbari sığorta şəhadətnaməsi ilə sığortalanmışdır. 24.12.2019-cu il tarixdə, saat 19:30 radələrində Bakı şəhəri, S.Rüstəm-Ə.Qasımzadə küçəsinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, Cavabdeh idarə etdiyi “BMW 3201” markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobil, “Opel Omega” markalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. 03.02.2020-ci il tarixli ödəniş sənədinə əsasən zərərin məbləği olaraq 1500.00 manat iddiaçı tərəfindən zərərçəkmiş şəxs X2 ödənilmişdir. 28.12.2019-cu il tarixli, 046-68946 saylı Bakı şəhəri DYPİ-nin YNH-nin arayışından və 24.12.2019-cu il tarixli TP3425869 saylı inzibati tənbeh vermə haqqında qərardan göründüyü kimi, Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327-ci və 332.1 -ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iddiaçı «XALQ SİĞORTA” ASC-nin nümayəndəsi Nümayəndə oğlu iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib və hazırkı iş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -İcbari sığorta müqaviləsinə dair elektron məlumatın çıxarışından görünür ki, sığortaçı «XALQ SİĞORTA” ASC ilə sığortalı X3 arasında «BMW» markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığorta olunması barədə 14.03.2019-cu il tarixli, sığorta təminatının müddəti 1 il olan, PXA********** №-li sığorta müqaviləsi bağlanmışdır. Avtomobillərin texniki xidmət mərkəzinin Qüsur aktından görünür ki, Opel Omeqa markalı, buraxılış ili 1997-ci il olan ** ZV *** dövlət qeydiyyat nişanlı avtomobilə 1500 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan sığorta aktının surətindən görünür ki, X6 oğlunun idarə etdiyi “BMW” markalı, **-RO-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, S.Rüstəm - Ə.Qasımzadə küçəsinin kəsişməsində “Opel Omega” markalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş və nəticədə 1500 manat zərər sığortaçı tərəfindən zərərçəkmiş X2 ödənilmişdir. İş materiallarında olan inzibati tənbehvermə haqqında qərardan görünür ki, Cavabdeh oğlu Azərbaycan Respublikası İXM-nin 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.2-ci maddələri ilə təqsirli bilinərək məsuliyyətə cəlb edilmişdir. Göründüyü kimi, hazırkı işdə sığortaçının sığorta olunana qarşı subroqasiya hüququ yaranmışdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən irəli sürülən tələb əsaslıdır və təmin edilməlidir Mülki Məcəllənin 936.1-ci maddəsinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. - İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanununun 25.1-ci maddəsinə görə sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: - Həmin Qanunun 25.1.3-cü maddəsinə görə icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq 1500.00 manat zərər məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. AR MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin sadalanan maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı "xxxx" ASC tərəfindən sığorta ödənişinin əvəzi olaraq ödənilmiş 1500 (min beş yüz) manat zərər məbləği və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 35 manat məbləğində pul cavabdeh Hüseynov Rahı̇ b Şahlar oğlundan tutularaq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №e-2(010)-809/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-809/2022
14.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver