Məhkəmə qərarları › İş №e-2(010)-860/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-860/2021

17.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-860/2021 17.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X7 qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə “xxxx” ASC) cavabdehlər Cavabdeh1nə (bundan sonra mətndə Cavabdeh1 MMC) və Cavabdeh2 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC–dən 750,00 (yeddi yüz əlli) manat məbləğində sığorta ödənişinin əvəzinin 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsümunun iddiaçı “xxxx” ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1nə və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, Cavabdeh1 MMC –yə məxsus ** JX *** dövlət qeydiyyat nişanlı X8 markalı avtonəqliyyat vasitəsi 07.10.2017-ci il tarixində “xxxx” ASC tərəfindən Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə sığortalanmışdır. 21.09.2018-ci il tarixində cavabdeh “xxxx” MMC-nin işçisi Cavabdeh2 idarə etdiyi ** JX *** dövlət qeydiyyat nişanlı X8 markalı avtonəqliyyat vasitəsi ilə yolnəqliyyat hadisəsi nəticəsində X3 xəsarət yetirmiş və hadisəsi baş verdikdən sonra hadisə yerini tərk etmişdir. Bununla bağlı DYP əməkdaşı tərəfindən TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. “xxxx” ASC-nin 01.18.2018-ci il tarixli sığorta aktına əsasən X3 xəsarət alması ilə əlaqədar 750,00 (yeddi yüz əlli) manat sığorta ödənişinin ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. 03.05.2021-ci il tarixli məhkəmə iclasında Cavabdeh2 izahat verərəkən bildirmişdir ki, o, 2 il əvvəl “xxxx” MMC-də sürücü işləmiş, lakin hazırda işdən çıxmışdır. Yol nəqliyyat hadisəsi nəticəsində inzibati qərar qəbul edilərək ona 200 manat cərimə və 15 bal yazılmışdır. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan AR DİN BDYPİ QİŞ tərəfindən 05.10.2015-ci il tarixdə verilmiş AC seriyalı 496899 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Ford Transit” yük markalı ** JX *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh1 MMC-dir. Sabunçu rayon DYPŞ polis kapitanı X4 tərəfindən tərtib edilmiş TP ******* №-li inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Cavabdeh2 21.09.2018-ci il tarixdə, saat 12:00-da AR İXM-nin 327.1, 327.6 və 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törədərək, 200 manat məbləğində inzibati cərimə edilmişdir. 01.11.2018-ci il tarixli sığorta aktından görünür ki, Cavabdeh1 MMC–yə məxsus ** JX *** dövlət qeydiyyat nişanlı X8 markalı avtonəqliyyat vasitəsi 07.10.2017-ci il tarixində “xxxx” ASC tərəfindən Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə sığortalanmışdır. 21.09.2018-ci il tarixində cavabdeh “xxxx” MMC-nin işçisi Cavabdeh2 idarə etdiyi ** JX *** dövlət qeydiyyat nişanlı X8 markalı avtonəqliyyat vasitəsi ilə yolnəqliyyat hadisəsi nəticəsində X3 xəsarət yetirmiş və hadisəsi baş verdikdən sonra hadisə yerini tərk etmişdir. “xxxx” ASC-nin 01.18.2018-ci il tarixli sığorta aktına əsasən X3 xəsarət alması ilə əlaqədar 750,00 (yeddi yüz əlli) manat sığorta ödənişinin ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya elmi-təcrübi və tədris birliyi Sabunçu rayon şöbəsinin 02.10.2018-ci il tarixli 1355 №-li canlı şəxsin ekspertizasından görünür ki, vət. X1 aşıq-baldır oynağında şişkinlik və ağrı simptomu il müşayiət olunan, sağ aşıq-baldır oynağının sıyrıqları müəyyən edildi. Xəsarətlər bərk küt əşyanı (əşyaların) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, müddə qərarda göstərilən 21.09.2018-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qıs müddətə pozulmasına səbəb olan sağlamljğa YÜNGÜL zərər vurmaya aiddir. 01.11.2018-ci il tarixli Plastik kartlarınTəhvil-Təslim Aktından görünür ki, “xxxx” ASC tərəfindən vurulmuş zərərin əvəzi olaraq X3 750 manat məbləğində sığorta ödənişinin alınması üçün 1100 0000 0077 7885 №-li plastik kart təhvil verilmişdir. 24.09.2019-cu il tarixli ********* №-li mədaxil qəbzindən görünür ki, “xxxx” ASC tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edən zaman 30,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2.-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1114.1.-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəməyə təqdim edilmiş 01.11.2018-ci il tarixli Plastik kartlarınTəhvil-Təslim Aktından görünür ki, “xxxx” ASC tərəfindən vurulmuş zərərin əvəzi olaraq X3 750 manat məbləğində sığorta ödənişinin alınması üçün 1100 0000 0077 7885 №-li plastik kart təhvil verilmişdir. Deməli, iddiaçının subroqasiya hüququ yaranıb. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1.-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 936.5-ci maddəsinə görə, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. İş materiallarından olan Sabunçu rayon DYPŞ polis kapitanı X4 tərəfindən tərtib edilmiş TP ******* №-li inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Cavabdeh2 21.09.2018-ci il tarixdə, saat 12:00-da AR İXM-nin 327.1, 327.6 və 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törədərək, 200 manat məbləğində inzibati cərimə edilmişdir. Bu hal, iddiaçıya ödədiyi sığorta ödənişinin geri tələb etmək hüququ verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Sadalanan qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim etdiyi sübutlara və istinad olunan qanunvericilik müddəalarına əsasən iddia qismən əsaslı hesab edilməlidir. Məhkəmə araşdırması zamanı iş materiallarından və tərəflərin izahatlarından müəyyən olunmuşdur ki, Cavabdeh2 əmək müqaviləsi əsasında Cavabdeh1 MMC-nin işçisi olmuş və həmin avtomobili Cavabdeh1 MMC ilə aralarında mövcud olan əmək müqaviləsi əsasında əsasında idarə etmişdir. Beləliklə, iddia tələbi Cavabdeh1 MMC-yə münasibətdə əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,40 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən Cavabdeh1 MMC-dən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1ndən 750 (yeddi yüz əlli) manat məbləğində pul tutularaq “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,40 (otuz manat qırx qəpik) manat məbləğində pul Cavabdeh1ndən “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhər Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar