Məhkəmə qərarları › İş №e-2(010)-860/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-860/2024

27.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-860/2024 27.02.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi ilə İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 35 saylı notariat ofisinə qarşı “icra qeydinin ləğvi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə müəyyən etdi. İddia tələbi İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 35 saylı notariat ofisinə qarşı “icra qeydinin ləğvi” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı şəhəri 35 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 8İ-8604 reyestr nömrəli icra qeydinin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, 35 saylı notariat ofisi tərəfindən 8İ-8604 reyestr nömrəli icra qeydi tərtib olunaraq icra olunması üçün Yasamal Rayon İcra Şöbəsinə göndərilmişdir. Həmin icra qeydinə əsasən ondan Cavabdeh1 xeyrinə 10025 manat pul tutulmalıdır. Qeyd olunan icra qeydi barədə məlumat icra şöbəsindən gələn bildiriş əsasında ona məlum olmuşdur. Cavabdeh1 tərəfindən icra qeydinin veriləcəyi barədə ona heç bir məlumat verilməmişdir (bildiriş göndərilməmişdir). Tərəflərin izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, işə iştirakları olmadan baxılaraq iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək bildirdi ki, müqavilə Lənkəran notariusunda bağlanıb və ordan icra üçün Yasamal notariusuna bildiriş göndərilib. Sonradan isə onlara məlum olmuşdur ki, cavabdeh Suraxanı rayonuna köçmüşdür. Buna görə də bildirişi daha sonra Suraxanı Notariusuna göndərmişlər. 15 yanvarda artıq müqavilənin müddəti bitmişdir. Cavabdeh yanvar ayından sonra müxtəlif bəhanələr (avadanlıqlarda nasazlıqların olması) gətirmiş və borcun ödənilməsindən yayınmışdır. Əvvəlcə borcu ödəyəcəyini bildirsə də, sonradan bu sözünə əməl etməmiş və borcu ödəməyəcəyini bildirmişdir. Odur ki, məhkəmədən iddianın qismən təmin edilməsini, borcun hissə-hissə tutulmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Belə olan halda, məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları Lənkəran rayon 1 saylı notariat ofisində xx.xx.2022-ci il tarixdə Cavabdeh1 və İddiaçı arasında bağlanan müqavilənin notarial təsdiq olunmuş surətindən müəyyən olunur ki, tərəflər arasındakı razılaşmaya əsasən “Parket çəkən” avadanlıq 20000 manat dəyərində qiymətləndirmişdir. Həmin pulun 2000 manatı Cavabdeh1 notariusun depozit hesabı vasitəsilə ödənilmiş, qalan 18000 manatın 2 ay ərzində Cavabdeh1 ödənilməsi razılaşdırılmışdır. Bakı şəhəri 35 saylı notariat ofisi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş, 516 nömrəli məktubdan (xx.xx.2023-cü il tarixli poçt qəbzi) müəyyən olunur ki, İddiaçı xx.xx.2022-ci il tarixinə qədər öhdəsinə götürdüyü borcun məbləği (18000 manat) barədə xəbərdar edilmiş və öhdəliyin təcili icra olunmadığı təqdirdə barəsində icra qeydinin aparılaraq məcburi ödənilmə üçün sənədlərin məhkəməyə təqdim olunacağı bildirilmişdir. Bakı şəhəri 35 saylı notariat ofisi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş icra qeydindən müəyyən olunur ki, Cavabdeh1 xeyrinə İddiaçı müddət üçün vaxtında ödənilməmiş 10000 manat məbləğində pul, 25 manat məbləğində dövlət rüsumu (haqq) olmaqla, cəmi 10025 manat məbləğində pul tutulması müəyyən edilmişdir. Həmin icra qeydi xx.xx.2023-cü il tarixdə aparılmış və reyestrdə 8İ-8604 nömrə ilə qeyd edilib, informasiya sisteminə daxil edilmişdir. Cavabdeh1 tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişdən müəyyən olunur ki, İddiaçı borclu olduğu 10.000 manat məbləğində pulu 10 gün ərzində, yəni xx.xx.2023-cü il tarixə qədər Cavabdeh1 ödəməli olması qeyd olunmuşdur. xx.xx.2023-cü il tarixli, 12240 nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. İşin faktiki halları İş üzrə İddiaçı və Cavabdeh1 xx.xx.2022-ci il tarixdə Lənkəran rayon 1 saylı notariat ofisində müqavilə bağlamışdırlar. Həmin müqaviləyə əsasən alınan avadanlığın müqabilində İddiaçı 2000 manatı notariusun depozit hesabı vasitəsilə Cavabdeh1 ödəmiş, 18000 manatı 2 ay ərzində Cavabdeh1 ödəməyə razılaşmışdır. İddiaçı həmin müqavilə üzrə 10000 manat borcu yaranmışdır. Bakı şəhəri 35 saylı notariat ofisi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş icra qeydi Cavabdeh1 xeyrinə İddiaçı müddət üçün vaxtında ödənilməmiş 10000 manat məbləğində pul, 25 manat məbləğində dövlət rüsumu (haqq) olmaqla, cəmi 10025 manat məbləğində pul tutulması müəyyən edilmişdir. Həmin icra qeydi xx.xx.2023-cü il tarixdə aparılmış və reyestrdə 8İ- 8604 nömrə ilə qeyd edilib, informasiya sisteminə daxil edilmişdir. Tətbiq edilən hüquq “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 76. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır.İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 79. İcra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat Maddə 161. Borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. İcra qeydinin aparılması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilmiş sənədlərin və ya məlumatların qanunvericiliyin tələblərinə uyğunluğu və borcun mübahisəsizliyi notarius tərəfindən müəyyən edildikdən sonra informasiya sistemi vasitəsilə icra qeydi aparılaraq müvafiq sənəd “Elektron notariat” informasiya sistemi ilə “Elektron icra” informasiya sisteminə göndərilir. Tələbkar və ya borclunun müraciəti əsasında icra qeydinin informasiya sistemində saxlanılan nüsxəsi notariat qaydasında təsdiq edilməklə təqdim edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat. Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsini və işə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İddia tələbindən göründüyü kimi İddiaçı cavabdeh Bakı şəhəri 35 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən aparılmış xx.xx.2023-cü il tarixli icra qeydinin ləğv edilməsini tələb etmişdir. İddia tələbinin əsaslandırıldığı hallardan belə görünür ki, iddiaçı icra qeydinin ləğvini icra qeydinin aparılması ilə bağlı cavabdeh tərəfindən ona ünvanlanan heç bir bildiriş olmaması ilə əsalandırır. Göründüyü kimi İddiaçı icra qeydinin aparılması qaydasını (ona heç bir məlumat verilməməsini) mübahisələndirir. İddia tələbinin əsasını iddiaçıya heç bir məlumat verilməməsi ilə icra qeydinin aparılması qaydasının pozulması təşkil edir. İddiaçı iddia edir ki, müvafiq icra qeydinin aparılması ilə bağlı ona icra qeydini aparan Bakı şəhəri 35 saylı notariat ofisinin xüsusi notariusu və iş üzrə digər Cavabdeh1 tərəfindən heç bir məlumat verilməmişdir. Məhkəmə bununla bağlı ilk növbədə qeyd edir ki, icra qeydini aparmazdan əvvəl borcluya məlumat verilməsi notariusun vəzifəsi deyil. Yuxarıda istinad edilmiş “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu və “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın müvafiq bəndlərindən də görünür ki, icra qeydinin aparılması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilmiş sənədlərin və ya məlumatların qanunvericiliyin tələblərinə uyğunluğu və borcun mübahisəsizliyi notarius tərəfindən müəyyən edildikdən sonra informasiya sistemi vasitəsilə icra qeydi aparılaraq müvafiq sənəd “Elektron notariat” informasiya sistemi ilə “Elektron icra” informasiya sisteminə göndərilir. Göründüyü kimi bu zaman notariusun borcluya məlumat verməsi nəzərdə tutulmamışdır. Belə ki, notarius yalnız təqdim edilmiş sənədlərin və ya məlumatların qanunvericiliyin tələblərinə uyğunluğunu və borcun mübahisəsizliyini müəyyən edir. Əgər bu hallar müəyyən edilərsə, müvafiq icra qeydi aparılır. Bu baxımdan iddiaçı notarius tərəfindən ona məlumat verilməməsi əsası ilə icra qeydinin ləğvini tələb edə bilməz. Notariusdan fərqli olaraq, tələbkarın icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməsi vəzifəsi qanunla müəyyən edilmişdir. İş materiallarında Cavabdeh1 tərəfindən İddiaçı ünvanına (ünvan 1ləbkar tərəfindən borcluya göndərilən” xx.xx.2023-cü il tarixli bildiriş mövcuddur. Lakin həmin bildirişin cavabdehə çatmasını təsdiq edən hər hansı sübut iş matertiallarında öz əksini tapmır. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçının şəxsi məlumatlarının “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yoxlanılması nəticəsində iddiaçının ünvan 2 ünvanında qeydiyyatda olduğu müəyyən edilmişdir. Lakin cavabdeh tərəfindən tərtib edilmiş bildirişdə iddiaçının ünvanı kimi ünvan 3kəmə hesab edir ki, qanunvericiliklə icra qeydi institutu tələbkarla yanaşı, eyni zamanda borclunun da hüquqlarının kifayət qədər qorunmasına xidmət etdiyi üçün hazırkı iş üzrə İddiaçı icra qeydinin aparılmasına dair bildirişlə məlumatlandırılmamış və bununla da onun hüquqları pozulmuşdur. O, bu barədə icra şöbəsindən gələn bildiriş əsasında məlumat əldə etmişdir. İcra qeydinin aparılmasına dair bildirişin göndərilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddətə riayət edilmədiyi üçün iddia təmin edilməli, icra qeydi ləğv edilməlidir. Məhkəmə xərcləri İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. İddia təmin edildiyindən, iddiaçı tərəfindən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödədiyi 100 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri 35 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 8İ- 8604 reyestr nömrəli icra qeydi ləğv edilməlidir. Həmçinin iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə qət etdi: İddia təmin edilsin. Bakı şəhəri 35 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 8İ-8604 reyestr nömrəli icra qeydi ləğv edilsin. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar