Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-861/2024 24.01.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (X2 və Əliyeva (Muradova) Reyhan Koroğlu qızı üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı “daşınmaz əmlakın açıq hərracda satılması və satış pulunun mülkiyyətçilər arasında paylara uyğun bölüşdürülməsi” tələbinə dair mülki işə Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (X2 və Əliyeva (Muradova) Reyhan Koroğlu qızı üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı “daşınmaz əmlakın açıq hərracda satılması və satış pulunun mülkiyyətçilər arasında paylara uyğun bölüşdürülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daşınmaz əmlakın dövlət reyestrində “**********49-10301” reyestr nömrəsi ilə qeydiyyata alınmış ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tərəflərin izahatları
2. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1, üçüncü şəxslər X2 və Əliyeva (Muradova) Reyhan Koroğlu qızı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır.
3. İddiaçı vəkili və nümayəndəsi Vəkil xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə vəsatət yerləşdirərək, hazırki Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin icraatında olan (s.e. hakim: T.Mahmudova) e-2(010)-5933/2023 saylı mülki işin 2(010)- 543/2024 saylı mülki işlə bir icraata birləşdirilməsi haqqında qərardad qəbul edilməsini xahiş etmiş və vəsatəti onunla əsaslandırmışdır ki, iddiaçı Cavabdeh2 və Cavabdeh1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək alqı-satqı müqaviləsinin ləğvi, əmlak payından istifadə istifadəyə maneələrin aradan qaldırılması haqqında qətnamə qəbul olunmasını xahiş etmişlər. Hal-hazırda Suraxanı Rayon Məhkəməsinin hakimi Təranə xanım Mahmudovanın icraatında İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı irəli sürdüyü “Daşınmaz əmlakın dövlət reyestrində “**********49-10301” reyestr nömrəsi ilə qeydiyyata alınmış ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında” iddia ərizəsi vardır. Hesab edirlər ki, e-2(010)- 5933/2023 saylı mülki iş üzrə iddia tələbi təmin olunarsa, hazırki mübahisənin baxılmasına lüzum qalmayacaq. Tətbiq edilən hüquq
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 43. Biri-biri ilə əlaqədar olan bir neçə işin aidiyyəti 43.1. Əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. 43.2. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Maddə 169. Bir neçə iddia tələbinin birləşdirilməsi və ayrılması 169.3. Hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır.
Məhkəmənin mövqeyi
5. Məhkəmə vəsatəti nəzərdən keçirib, hər iki mülki işin eyni predmet barəsində, eyni tərəflər arasında olduğunu nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (X2 və Əliyeva (Muradova) Reyhan Koroğlu qızı üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı “daşınmaz əmlakın açıq hərracda satılması və satış pulunun mülkiyyətçilər arasında paylara uyğun bölüşdürülməsi” tələbinə dair e-2(010)- 861/2024 saylı mülki iş iddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdehlər İddiaçı və X1 qarşı “alğı-satqı müqaviləsinin ləğv edilməsi, ev əmlak paylarından istifadəyə maneələrin aradan qaldırılması” tələbinə dair 2(010)-543/2024 saylı mülki işə birləşdirilməsi məqsədəuyğundur.
6. Belə ki, həmin işlərin birləşdirilməsi həm də mübahisəyə daha operativ baxılmasına xidmət edəcəkdir.
7. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə
Qəraraaldı
İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (X2 və Əliyeva (Muradova) Reyhan Koroğlu qızı üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı “daşınmaz əmlakın açıq hərracda satılması və satış pulunun mülkiyyətçilər arasında paylara uyğun bölüşdürülməsi” tələbinə dair e-2(010)-861/2024 saylı mülki iş iddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdehlər İddiaçı və X1 qarşı “alğı-satqı müqaviləsinin ləğv edilməsi və ev əmlak paylarından istifadəyə maneələrin aradan qaldırılması” tələbinə dair 2(010)- 543/2024 saylı mülki işə birləşdirilsin.