Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-895/2022 08.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Mürsəlova Gülnur Firdovsi qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı qızının Cavabdeh qarşı “evə köçürülmə”tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Əkbər qızının Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsi, döngə 4 ünvanda yerləşən 1 mərtəbəli 3 otaqlı yaşayış evi üzrə sahibliyinə yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi qismində izahat verən onun vəkili Vəkil iddia tələbini müdafiə edərək göstərdi ki, iddiaçı Cavabdeh ilə 20.09.2007-ci iİ tarixdə nikaha daxil olmuş, birgə nikahdan X3 və X2 anadan olmuşlar. Birgə nikah dövründə onlar ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli 3 otaqlı yaşayış evini əldə etmişlər. İddiaçının cehiz, eləcə də digər və uşaqlarına aid əşyalar da həmin evdə hələ də qalmaqdadır. Naxçıvan MR Şərur Rayon Məhkəmkəsin 07.10.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə onun nikahları pozulmuşdur. Keçmiş həyat yoldaşı ilə aralarındakı nikah münasibətlərinin pozulması, pisləşməsi nəticəsində cavabdeh onun və uşaqlarının həmin evdə yaşamasına imkan vermir. Belə ki, evə daxil olmaq istəyərkən çöl qapını bağlayır və ya evə daxil olmağa müxtəlif maneələr yaradır. Uşaqları həmin ərazidə yerləşən məktəbdə təhsil alırlar, cavabdeh evə daxil olmağa , sahiblik hüququnu həyata keçirməmə mane olmaqla yanaşı uşaqların təhsil almaq hüququna da menaələr yaratmaqdadır. Göründüyü kimi, cavabdeh birgə inşa etdikləri evə buraxmadığından iddiaçı sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur. Həmin ev tikilərkən (2011 -ci ildə) cavabdehlə birgə xərclər çəkilmiş, həmin evdə birgə təsərrüfat aparılmışdır. Evə qaz xəttinin çəkilməsi, sayğacın qoyulması üçün qızıllarımı satmışdır ki, uşaqlara evdə soyuq olmasın. Halhazırda cavabdeh isə onun sahiblik hüquqularıma maneələr yaratmaqdadır. Onun bu evdən başqa mülkü yoxdur. Bunlara əsasən İddiaçı Əkbər qızının Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsi, döngə 4 ünvanda yerləşən 1 mərtəbəli 3 otaqlı yaşayış evi üzrə sahibliyinə yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında ünvan 1 mənzilində olan Cavabdeh xəbərdar edilmələri üçün Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının Yeni Suraxanı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmiş məhkəmə bildirişləri, cavabdehin həmin ünvanda yaşamamaları barədə müvafiq qeyd yazılaraq, onlara təqdim edilmədən geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Cavabdeh iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlmədiyinə və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyinə görə, iddiaçının nümayəndəsi və vəkili tərəfin ərizəsi nəzərə alınmaqla - işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Həmin Məcəllənin 241.4-cü maddəsinə əsasən, iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Belə ki, iş materialları və iddiaçının nümayəndəsinin izahatları ilə müəyyən olunur ki Naxçıvan MR Şərur Rayon Məhkəmkəsin qətnaməsi ilə Cavabdeh ilə onun nikahları pozulmuşdur. İş materiallarından görünür ki, tərəflərin birgə nikahdan X3 və X2 anadan olmuşdur. İş materiallarından görünür ki, İddiaçı nikah pozulanadək, daşınmaz əmlak hüquqları müvafiq qaydada dövlət qeydiyyatına alınmayan Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsi, döngə 4 ünvanda yerləşən 1 mərtəbəli 3 otaqlı yaşayış evi ünvanında yaşamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsindən görünür ki, fiziki şəxsin adətən yaşadığı yer - onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 27.3-cü maddəsinə əsasən, əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Beləliklə də ki, iş materiallarından görünür ki, iddiaçı mübahisəli ünvanda cavabdehlə birlikdə yaşamış və həmin yaşayış sahəsinə faktiki sahiblik etmişlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Deməli, şəxsin yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkəti qadağan edir. Bu normanı mənzilə köçürülmə dair tələblərə tətbiq edərkən 3 halın aydınlaşdırılması zəruridir: 1) şəxs köçmək istədiyi yaşayış sahəsində yaşamışdırmı?; 2) şəxs yaşadığı sahədən məhrum edilmişdirmi?; 3) məhrum edilmə qanuni olmuşdurmu?. Bu baxımdan məhkəmə hesab edir ki, mübahisə predmeti olan yaşayış sahəsi özbaşına tikili olsa da, yaşayış sahəsi kimi istifadə olunur və iddiaçı ilə cavabdeh həmin evdə yaşamışlar. Cavabdehin isə buna maneə olunması üçün hər hansı hüquqi əsaslarının olması iş materialları ilə müəyyən olunmur. Belə ki, məhrum etmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə yol verən şəxsin yaşayış sahəsinə hüquqları olsun, məhrum edilən şəxsin isə hər hansı hüququ olmasın. Bu səbəblə də, iddiaçının həmin yaşayış yerində yaşamasına müqavimət göstərərək fiziki maneə törədən şəxslərin bununla bağlı çox ciddi hüquqi əsasları olmalıdır. Əks halda iddiaçının mübahisəli mənzilə köçməsinə fiziki maneə törətmək aşkar şəkildə qadağan edilmiş özbaşınalıq hesab olunur. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia edilməli və İddiaçı Cəfərova X1 rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsi, döngə 4 ünvanda yerləşən 1 mərtəbəli 3 otaqlı yaşayış evi üzrə sahibliyinə yaradılmış maneələrin aradan qaldırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 -ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı Cəfərova X1 rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsi, döngə 4 ünvanda yerləşən 1 mərtəbəli 3 otaqlı yaşayış evi üzrə sahibliyinə yaradılmış maneələrin aradan qaldırılsın. Cavabdeh qiyabi qətnaməni rəsmi qaydada aldıqdan sonra 10 gün müddətində qiyabi qətnamənin ləğvi üçün Bakı şəhər Suraxanı rayon Məhkəməsinə ərizə ilə müraciət edə bilərlər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №e-2(010)-895/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(010)-895/2022
08.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver