Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-986/2022 01.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiаçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq 860 manat zərər məbləğinin və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(010)-986/2022 nömrəli qərardadı ilə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixdə Kərimova Gültəkin Fəxrəddin qızına məxsus və "xxxx" ASC tərəfindən xx.xx.2016-cı il tarixindən xx.xx.2037ci il tarixinə qədər PRM ********* saylı əmlak sığorta şəhadətnaməsi ilə sığortalanmış ünvan 2-ə su basması nəticəsində sığorta hadisəsi baş vermiş və hadisə nəticəsində sığortalanmış mənzilə maddi ziyan dəymişdir. Baş vermiş sığorta hadisəsi xx.xx.2019-cu il tarixində Suraxanı rayonu 62 saylı MKİS-nin əməkdaşları tərəfindən aktlaşdırılmışdır. Belə ki, "xxxx" MMC-nin təqdim etdiyi xx.xx.2019-ci il tarixli 1064/19 saylı qiymətləndirmə aktına əsasən baş vermiş sığorta hadisəsi nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış massivi və 1 mənzil 95-ə dəymiş maddi ziyan 860 manat təşkil etdiyindən, həmin məbləğ "xxxx" ASC tərəfindən PRM 54128 saylı sığorta aktına əsasən sığortalı Kərimova Gültəkin Fəxrəddin qızına sığorta ödənişi kimi həyata keçirilmişdir. Sığortalı Kərimova Gültəkin Fəxrəddin qızına dəymiş zərərə görə Cavabdeh məsuliyyət daşıyır. Kərimova Gültəkin Fəxrəddin qızının Cavabdeh qarşı malik olduğu zərərin əvəzini ödəmək hüququ sığorta ödənişi vermiş sığortaçıya keçmişdir. Tərəflərin izahatları. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları. Bakı şəhəri Suraxanı rayon MKTB-nin 62 saylı MKİS-nin xx.xx.2019-cu il tarixli aktında qeyd edilir: “Suraxanı rayon MKTB-nin 62 saylı MKİS-nin mühəndisi C.Abdullayev, sahə briqadiri V.Cəfərov, sahə nəzarətçisi M.Əhədov, Yeni Günəşli qəsəbəsinin 33-cü Polis bölməsinin sahə inspektoru mayor N.İsmayılov bu aktı tərtib edirik ondan ötrü ki, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi, ev 1, mənzil 95-də yaşayan Kərimova Gültəkin Fəxrəddin qızının şikayət ərizəsinə əsasən onun mənzilinə tərəfimizdən baxış keçirildi və məlum oldu ki, üst mənzil 97-də yaşayan X2 tərəfindən həqiqətən şikayətçinin mənzilinin dəhlizinə, mətbəxinə, axan suyun nəticəsində mənzilin divarlarının, tavanın çox pis vəziyyətə düşdüyü aşkarlandı”. xx.xx.2019-cu il tarixli, PRM 54128 saylı sığorta aktından görünür ki, "xxxx" MMC-nin təqdim etdiyi xx.xx.2019-cu il tarixli, 1064/19 saylı qiymətləndirmə aktına uyğun olaraq sığortalı Kərimova Gültəkin Fəxrəddin qızına məxsus ünvan 1 ünvanında yerləşən mənzilə su basma nəticəsində 860 manat məbləğində maddi ziyan dəymiş, həmin məbləğdə sığorta ödənişi "xxxx" ASC tərəfindən Kərimova Gültəkin Fəxrəddin qızının hesabına köçürülmüşdür. "xxxx" ASC və Kərimova Gültəkin Fəxrəddin qızı arasında bağlanmış xx.xx.2016-cı il tarixli, PRM100114145 nömrəli əmlak sığortası şəhadətnaməsindən görünür ki, sığortalı Kərimova Gültəkin Fəxrəddin qızına məxsus ünvan 1 ünvanında yerləşən mənzil "xxxx" ASC tərəfindən sığorta məbləği 52000 manat məbləğində müəyyən edilməklə sığortalanmışdır. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, 1064/19 nömrəli qiymətləndirmə aktından görünür ki, Kərimova Gültəkin Fəxrəddin qızına məxsus ünvan 1 ünvanında baş vermiş su basma nəticəsində mənzilə 860 manat məbləğində ziyan dəymişdir. İşin faktiki halları. ünvan 2 ünvanında yerləşən mənzil "xxxx" ASC tərəfindən xx.xx.2016-cı il tarixdən xx.xx.2037-ci il tarixə qədər sığortalanmışdır. Sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə - xx.xx.2019-cu il tarixdə sığorta hadisəsi baş vermiş, sığorta olunan mənzildən yuxarı mərtəbədə yerləşən Cavabdeh yaşadığı 97 nömrəli mənzildən axan su nəticəsində aşağı mərtəbədə yerləşən "xxxx" ASC tərəfindən sığorta edilmiş mənzilə maddi ziyan dəymişdir. Hadisə nəticəsində mənzilə dəymiş zərərin məbləği 860 manat məbləğində qiymətləndirilmişdir. Bundan sonra müvafiq sığorta aktı tərtib edilmiş, baş vermiş sığorta hadisəsi nəticəsində ünvan 2 ünvanında yerləşən mənzilə dəymiş ziyana görə sığortalı Kərimova Gültəkin Fəxrəddin qızına 860 manat məbləğində sığorta ödənişi edilməsi müəyyən edilmiş, müvafiq məbləğdə pul sığortaçı "xxxx" ASC tərəfindən Kərimova Gültəkin Fəxrəddin qızının hesabına köçürülmüşdür. Hazırda sığortaçı sığorta hadisəsi nəticəsində zərər dəymiş mənzilə görə ödənilmiş 860 manat məbləğində sığorta ödənişinin subroqasiya qaydasında cavabdehdən tutulmasını tələb edir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 883. Sığorta və təkrarsığorta müqaviləsi. 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Maddə 925. Zərərin qiymətləndirilməsi. 925.1. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Maddə 936. Subroqasiya hüququ. 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 6. Sığorta olunan, faydalanan şəxs və zərərçəkən. 6.1. İcbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. 6.7. Əmlak sığortası üzrə sığorta hadisəsi nəticəsində zərər dəymiş əmlakla bağlı sığorta marağı olan istənilən şəxs həmin əmlakın mülkiyyətçisi olub-olmamasından asılı olmayaraq zərərçəkən hesab edilir. Maddə 15. Əmlaka dəyən zərər. 15.1. İcbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Maddə 20. Əmlaka dəyən zərər üzrə sığorta ödənişinin verilməsi qaydası 20.2. Bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. 20.3. Əmlaka dəyən zərər üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında əmlakın təmirinə, bərpasına və ya yenisi ilə əvəz edilməsinə xərclərin çəkilməsi, yaxud qiymətləndirilmiş zərər məbləğinin faydalanan şəxsə birbaşa ödənilməsi yolu ilə həyata keçirilir. Maddə 35. Daşınmaz əmlakın icbari sığortasının məqsədi və təyinatı. 35.1. Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. 35.2. Bu Fəslin məqsədləri üçün hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən dövlət əmlakının sığortası icbaridir. Maddə 36. Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta hadisəsi. 36.1. Daşınmaz əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur: 36.1.5. su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma. Maddə 37. Daşınmaz əmlakını icbari sığorta etdirməli olan şəxslər. Mülkiyyətində bu Qanunun 35.2-ci maddəsində nəzərdə tutulmuş hər hansı daşınmaz əmlak olan və ya ona faktiki sahibliyi həyata keçirən şəxslər həmin əmlakı bu Qanunun 8.3-cü maddəsini nəzərə almaqla, icbari qaydada sığorta etdirməlidir. Maddə 38. Daşınmaz əmlakın icbari sığortası üzrə sığortalı. Sahibi olduğu daşınmaz əmlakın icbari sığortası müqaviləsini bağlayan və müvafiq icbari sığorta şəhadətnaməsinin adına verildiyi şəxs sığortalı hesab edilir. Məhkəmənin mövqeyi. Məhkəmə ilk növbədə qeyd edir ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarından görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. İş materiallarından görünür ki, "xxxx" ASC tərəfindən sığortalanmış mənzili su basmış, hadisədən sonra tərtib edilmiş akt əsasında mənzilə axan suyun yuxarı qonşu mənzildən - Cavabdeh yaşadığı mənzildən axdığı müəyyən edilmişdir. Yəni, Cavabdeh təqsirli hərəkətləri nəticəsində "xxxx" ASC tərəfindən sığortalanmış mənzilə zərər dəymiş, dəymiş zərər həcmində sığorta ödənişi "xxxx" ASC tərəfindən sığortalıya ödənilmişdir. Belə olan halda cavabdehin təqsirli hərəkətləri nəticəsində baş vermiş sığorta hadisəsinə görə sığortalıya sığorta ödənişi edən "xxxx" ASC ödədiyi sığorta ödənişi məbləğini cavabdehdən subroqasiya qaydasında tələb etməkdə haqlı olmuşdur. Məhkəmə xərcləri. Bundan başqa, iş materiallarından görünür ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə (1000 manatadək) mütənasib olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmənin gəldiyi nəticə. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 860 manat məbləğində sığorta ödənişi və 30 manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 860 (səkkiz yüz altmış) manat məbləğində sığorta ödənişi və 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №e-2(010)-986/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-986/2022
01.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver