Məhkəmə qərarları › İş №e-2(011)-1003/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1003/2023

20.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1003/2023 20.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair” iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" ASC-si cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh1 məxsus Cavabdeh2 Məmməhüseyn oğlu tərəfindən idarə olunan ** BY *** dövlət qeydiyyat nişanlı “BMW 523” markalı avtonəqliyyat vasitəsilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** NC *** dövlət qeydiyyat nişanlı Chevrolet Malibu markalı avtonəqliyyat vasitəsinə xx.xx.2021-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar xx.xx.2021ci il tarixli TP4577067 saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və sürücü Cavabdeh2 təqsirli bilinmişdir. Tərəflərindən müqavilə üzrə öhdəlikləri əsasında sığortalı avtonəqliyyat vasitəsinin təmir olunması üçün avtonəliyyat vasitəsi təmir mərkəzinə yönləndirilmişdir. “Real Prays qiymətləndirmə Mərkəzi” tərəfindən tərtib olunmuş zərər aktına əsasən ** NC *** dövlət qeydiyyat nişanlı Chevrolet Malibu markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi məbləği 16641,00 manat (on altı min altı yüz qırx bir manat) müəyyən edilmişdir. Belə olan halda “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”na əsasən avtonəqliyyat vasitəsi tam məhv olunma hesab olunur. Bu səbəbdən qeyd olunan qaydaların 33.2.2-ci bəndinə əsasən avtomobilin tam məhv olunması (avtomobilin sığorta hadisəsindən əvvəlki vəziyyətə çatdırılması üçün təmiri və ya bərpasına tələb olunan xərclərin avtomobilin bazar dəyərinin 75%-ni və ya daha çox hissəsini təşkil etməsi), yaxud oğurlanması və ya qaçırılması halında tətbiq olunur. Əlavə olaraq Mülki qanunvericiliyin müddəalarına əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Zərərçəkmiş nəqliyyat vasitəsinin qalıq dəyərinin müəyyənləşdirilməsi üçün qiymətləndirmə keçirilmiş və nəqliyyat vasitəsinin qalıq dəyəri 6000,00 manat müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli sığorta aktına əsasən avtomobilin real bazar dəyərindən 6000 manat qalıq hissə və 100 manat azadolma çıxılmaqla 14900,00 (on dörd min doqquz yüz) manat məbləğində sığorta ödənişi sığortalının şəxsi hesabına köçürülmüşdür. Ödəniş edildikdən sonra zərərvuran şəxsin mülki məsuliyyəti "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalandığından ödənilmiş məbləğdən 4250,13 (dörd min iki yüz əlli manat on üç qəpik) manat çıxılmış və 10649,87 (on min altı yüz qırx doqquz manat səksən yeddi qəpik) manat məbləğində vəsaitin 15 təqvim günü ərzində "xxxx" ASC-nin bank hesabına ödənilməsini cavabdehlərdən xahiş etmiş, lakin cavabdehlər tələb olunan məbləği ödəməkdən yayınmışlar. Mülki hüquq pozuntusu Cavabdeh2 tərəfindən törədilmiş, sonuncunun təqsirli və hüquqazidd əməli nəticəsində sığortalanmış avtomobilin sahibinə maddi zərər yetirilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə dəymiş ziyana görə 10649,87 (on min altı yüz qırx doqquz manat, səksən yeddi qəpik) manat, sığorta ödənişinin, ödənilmiş 121,95 (bir yüz iyirmi bir manat doxsan beş qəpik) manat dövlət rüsumunun və 0,40 (qırx) qəpik bank xidməti xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizənin məzmununa uyğun olaraq ifadə verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin çıxışını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin 28 oktyabr 2021-ci il tarixli sığorta aktından görünür ki, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu M.Hadi küçəsində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində X1 məxsus “Chevrolet Malibu” markalı ** NC *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş 16641,00 manat zərərə görə 14900 manat məbləğində sığorta ödənişi sığortalının şəxsi hesabına köçürülmüşdür. İş materiallarında olan "xxxx" MMC-nin sığorta ekspertizası üzrə xx.xx.2021-ci il tarixli raportundan görünür ki, "xxxx" ASC-in müraciətinə əsasən X1 məxsus Chevrolet Malibu markalı ** NC *** dövlət nömrə nişanlı avtomobilin qalıq dəyəri 5250 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan sığorta hadisəsi nəticəsində tam itkiyə uğramış avtonəqliyyat vasitəsinin qalıq hissə dəyərinin məbləğinin qarşılıqlı razılaşdırılmasına dair aktın surətindən görünür ki, 25 may 2021-ci il tarixində qəzaya məruz qalmış ** NC *** dövlət qeydiyyat nişanlı Chevrolet Malibu markalı avtomobil tam itkiyə məruz qalmış və avtomobilin hadisədən sonralı qalıq hissə dəyəri 6000 (altı min) manat, bazar dəyəri isə 21000 (iyirmi bir min) manat məbləğində müəyyənləşdirilmişdir. Müvafiq sığorta qaydalarına uyğun olaraq avtomobilin qalıq hissəsi sığortalının öhdəyilində qalır. İş materiallarında olan Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığorta şəhadətnaməsinin surətindən görünür ki, 2016-cı il buraxılışlı, tün boz metallik rəngli, ** NC *** dövlət qeydiyyat nişanlı X1 məxsus “Chevrolet Malibu” markalı minik avtomobili avtonəqliyyat hadisəsi, atılmış və ya düşmüş əşya, üçüncü şəxsin qanunazidd hərəkəti, oğurluq, quldurluq, qaçırma və soyğunçuluq, yanğın və partlayış, heyvanları hərəkəti, təbii fəlakətlərə görə 100 manat şərtsiz azadolma məbləği nəzərə alınmaqla 21000 manat məbləğində sığortalanmışdır. İş materiallarında olan İcbari Sığorta müqaviləsinə dair məlumatdan müəyyən edilir ki, “BMW 523” markalı ** DL *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 5000 manat məbləğində sığortalanmışdır. İş materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən edilir ki, “BMW 523” markalı ** BY *** dövlət nömrə nişanlı avtomobilin sahibi BDYPİ-də aparılmış alqı-satı müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixdən etibarən Cavabdeh1dır.(nəqliyyat vasitəsinin müqaviləyə qədər dövlət qeydiyyat nişanı ** DL *** olmuşdur.) İş materiallarına əlavə edilmiş nəqliyyat vasitəsindən istifadə edilməsi haqqında ƏN-V seriyalı 613742 nömrəli etibarnamənin surətindən görünür ki, Cavabdeh1 ona məxsus BMW markalı ** BY *** dövlət nömrə nişanlı avtomobilini xx.xx.2021-ci il tarixdən etibarən 5 ay müddətinə, yəni xx.xx.2021-ci il tarixədək Cavabdeh2 idarə etməyə vermişdir. İş materiallarına əlavə edilmiş cinayət təqibinin başlanmasının rədd edilməsi və şəxsin cinayət məsuliyyətindən azad edilməsi barədə Xətai rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı X3 qərarından görünür ki, BMW markalı ** BY *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün qəbul edilmiş qərarın surəti Xətai RPİ DYPŞ-nə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Xətai rayon DYPŞ-nin inzibati tənbeh vermə haqqında TP ******* nömrəli xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, xx.xx.1995-ci il təvəllüdlü Cavabdeh2 xx.xx.2021-ci il tarixdə BMW 523 markalı ** BY *** dövlət qeydiyyat nişanlı avtomobillə əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə əməli ilə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli, və i. a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştrakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən,dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsinə görə başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Mülki-Prosessual Məcəllənin 81-ci maddəsi müəyyən edir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Beləliklə, işdə olan sübutlarla təsdiq edilir ki, “Chevrolet Malibu” markalı **-NC-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən tam dəyəri həcmdə sığorta olunmuş, 25 may 2021-ci il tarixdə digər BMW 523 markalı ** BY *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 təqsiri üzündən “Chevrolet Malibu” markalı ** NC *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymiş, avtomobil tam məhv olma həddində zədələnmiş hesab edildiyi üçün nəqliyyat vasitəsinin sığorta dəyərini təşkil edən məbləğinə uyğun olaraq avtomobilin qalıq dəyəri nəzərə alınmaqla hesablanmış sığorta ödənişi iş üzrə iddiaçı-"xxxx" ASC tərəfindən müvafiq qaydada ödənilmişdir. Yüksək təhlükə mənbəyi hesab edilən hazırki mülki mübahisədə zərərvuran obyekt olan “BMW 523” markalı ** BY *** dövlət qeydiyyat nişanlı avtomaşını mülkiyyətçi- Cavabdeh1 ona verdiyi səlahiyyət əsasında idarə edən Cavabdeh2 əməlində inzibati xəta tərkibi olduğundan sonuncu inzibati xətanın törədilməsində təqsirli bilinərək müvafiq qaydada inzibati tənbeh edilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə cavabdeh qismində ona qarşı tələb irəli sürülmüş Cavabdeh1 özünə məxsus “BMW 523” dövlət qeydiyyat nişanlı avtomobilini nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə əsasında Cavabdeh2 verdiyi üçün sonuncunun törətmiş olduğu hüquq pozuntusuna görə məsuliyyət daşımır və iddia tələbi yalnız Cavabdeh2 münasibətdə təmin edilməli, ondan 10649 (on min altı yüz qırx doqquz) manat 87 (səksən yeddi) qəpik pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, Cavabdeh1 münasibətdə isə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin təşkil edən məbləğ tam həcmdə ödənildiyi üçün iddianın məhkəməyə verilməsi zamanı ödənilmiş rüsum məbləği Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub, məhkəmə Q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 10649 (on min altı yüz qırx doqquz) manat 87 (səksən yeddi) qəpik pul vəsaiti, habelə dövlət büdcəsinə ödənilmiş 121 (yüz iyirmi bir) manat 95 (doxsan beş) qəpik məbləğində dövlət rüsumu və 0,40 (qırx) qəpik xidmət haqqının əvəzi, cəmi 10772 (on min yeddi yüz yetmiş iki) manat 22 (iyirmi iki) qəpik məbləğində pul vəsaiti tutularaq, iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddia tələbi Cavabdeh1 münasibətdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən:İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar