Məhkəmə qərarları › İş №e-2(011)-1080/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1080/2025

07.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1080/2025 07.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abdullayeva Aynur Aydın qızı iddiaçı "xxxx" ASC-nin cavabdeh X4 qarşı “subroqasiya qaydasında pul tələbi” barədə iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" ASC cavabdeh X4 qarşı “subroqasiya qaydasında pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 230 (iki yüz otuz) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30 (otuz) manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə kiçik iddialara dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixində Bakı şəhəri, Babək prospekti ərazisində Cavabdeh idarə etdiyi və tərəflərindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Chevrolet Captiva” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobil “Daewo Nexia” markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi zərər dəymişdir. DYPİ-nin əməkdaşı tərəfindən tərtib edilmiş AP ******* №-li İnzibati tənbeh vermə haqqında protokola əsasən Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddələri (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş Qüsur aktında göstərilmişdir ki, “Daewo Nexia” markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddizərər 230 (iki yüz otuz) manat təşkiledir. Bununla əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrə PXA61303/20 saylı sığorta aktı tərtib edilməklə zərərçəkənə dəymiş zərərə görə 230 (iki yüz otuz) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir Cavabdeh X5 məlum olan ünvanı üzrə lazımi qaydada xəbərdar edilməklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri ona göndərilmişdir və iddiaçı "xxxx" ASC-nin tələbinə dair etirazlarının və digər sübutlarının olduğu halda 10 iş günü ərzində məhkəməyə təqdim olunması təklif edilmişdir, lakin cavabdeh iddiaya dair etirazlarını məhkəməyə bildirməmişdir. Məhkəmə iddia ərizəsini və işin materiallarını araşdıraraq, hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, PXA61303 sığorta aktından görünür ki, xx.xx.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Chevrolet Captiva” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobil “Daewoo Nexia” markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobilə 230 manat məbləğində maddi ziyan vurmuşdur. İş materiallarında olan sığortaçı "xxxx" ASC ilə sığortalı X5 arasında bağlanmış icbari sığorta müqaviləsinə dair rməlumatdan görünür ki, “Chevrolet Captiva” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı minik avtomobili "xxxx" ASC tərəfindən sığortalanmışdır. İş materiallarında olan “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari siğortası üzrə siğorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışın surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Chevrolet Captiva” markalı, **-TR-*** dövlət nömrə nişanlı minik avtomobil “Daewoo Nexia” markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 barəsində İXM-nin 327.6-cı maddələri ilə qərar qəbul edilərək cərimələnmişdir. İş materiallarında olan İXP ******* nömrəli xx.xx.2020-ci il tarixli İnzibati xəta haqqında protokolun surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə “Chevrolet Captiva” markalı, **-TR-*** dövlət nömrə nişanlı minik avtomobilini idarə edən X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddələrinə əsasən inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan X5 tərəfindən verilmiş izahatın surətindən görünür ki, o, xx.xx.2020-ci il tarixdə etibarnamə ilə idarə etdiyi “Chevrolet Captiva” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Babək prospekti ilə üzü şəhər istiqamətində istiqbal mebel mağazasının yanında “Daewoo Nexia” markalı, **-RG-*** nömrəli avtomaşını ötüb keçərkən arxa sağ tərəfi ilə həmin maşının qabaq sağ tərəfinə dəymişdir. O, maddi ziyanın az olduğuna güman edərək hadisə yerindən getmişdir. Bu hadisə ilə bağlı heç bir dövlət orqanına xəbər verməmişdir. O, izahatını özü tərəfindən yazdığını, doğruluğunu öz imzası ilə təsdiq etdiyinin bildirmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd edilən Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.8-ci və 63.1-ci maddələrinə görə həmin Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC-nin iddiasının əsası kimi istinad etdiyi hallar, yəni cavabdeh X5 tərəfindən idarə olunan “Chevrolet Captiva” markalı, **-TR-*** qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin “Daewoo Nexia” markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə toqquşması, bunun nəticəsində sonuncuya zərər dəyməsi və yol-nəqliyyat hadisəsi törətmiş X3 yol-nəqliyyat hadisəsi yerindən yayınması iş materialları ilə təsdiq olunur. Sahibinin mülki məsuliyyəti icbari qaydada sığortalanmış “Chevrolet Captiva” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Daewoo Nexia” markalı, **-RG- *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində sonuncu avtomobilə vurulmuş ziyanın iddiaçı "xxxx" ASC tərəfindən aradan qaldırılması və X6 hesabına 230 manat məbləğində pul vəsaitinin köçürülməsi də iş materialları ilə təsdiq olunur. Bununla da, “Chevrolet Captiva” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X5 Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, yəni yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsinın sürücüsü olaraq yol nəqliyyat hadisəsi yerindən yayındığına görə "xxxx" ASC-nin X1 qaydasında dəymiş ziyanın aradan qaldırılması üçün ödənilmiş pul vəsaitini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumu da cavabdeh X2 tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbləri təmin edilsin. Cavabdeh X1 hüququ əsasında 230 (iki yüz otuz) manat məbləğində sığorta ödənişi, 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 260 (iki yüz altmış) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-nə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar