Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1097/2025 01.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan əmlakdan payın ayrılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, X3 və Cavabdeh üzərində 1/2 hissədə payları müəyyən edilmiş “Kia Rio” markalı ** XC *** nömrə nişanlı, “Toyota Prius” markalı 99-VE 798 nömrə nişanlı və “Nissan Tiida” markalı ** GS *** nömrə nişanlı nəqliyyat vasitələrindən ½ hissədə iddiaçının payının naturada ayrılması, payın naturada ayrılmasına yol verilmədikdə Cavabdeh tərəfindən İddiaçı nəqliyyat vasitələri üzərində müəyyən edilmiş 1/2 hissə payının dəyərinin ona ödənilməsi, ½ hissə payın dəyərinin ödənilməsinə Cavabdeh razılığı olmadıqda nəqliyyat vasitələrinin açıq hərracdan satılması və satışdan əldə olunmuş pul vəsaitinin tərəflərin paylarına mütənasib surətdə bölünməsi, ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun Cavabdeh İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli 2(011)-859/2024 saylı qətnaməsi ilə birgə nikah dövründə əldə edilmiş “Kia Rio” markalı **-XC-*** nömrə nişanlı, “Toyota Prius” markalı **-VE-*** nömrə nişanlı və “Nissan Tiida” markalı **-GS-*** nömrə nişanlı nəqliyyat vasitələrinin üzərində X3 və Cavabdeh ½ hissədə payları müəyyən edilmişdir. Hazırda qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə üzərində paylar müəyyən edilmiş nəqliyyat vasitələrindən iddiaçının payının naturada ayrılması, payın naturada ayrılması mümkün olmadıqda pul kompensasiyasının ödənilməsi, kompensasiyanın ödənilməsinə cavabdehin razılığı olmadıqda isə açıq hərracdan satılması və satışdan əldə olunmuş pul vəsaitinin aralarında bölünməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili-nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X3 arasında bağlanmış nikah Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixlı qətnaməsi ilə pozulmuşdur. Xətai Rayon Məhkəməsinin 2(011)-859/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı X2 Cavabdeh qarşı əmlak bölgüsü tələbinə dair iddia ərizəsi təmin edilmiş, birgə nikah dövründə əldə edilmiş “Kia Rio” markalı **-XC-*** nömrə nişanlı, “Toyota Prius” markalı **-VE-*** nömrə nişanlı və “Nissan Tiida” markalı **-GS-*** nömrə nişanlı nəqliyyat vasitələrinin üzərində X2 və Cavabdeh 1/2 hissədə payları müəyyən edilmişdir. 9/1002 saylı xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, edilmiş “Kia Rio” markalı **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobilin bazar dəyəri 10000 manat, “Toyota Prius” markalı **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobilin bazar dəyəri 12750 manat, “Nissan Tiida” markalı **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri isə 13500 manat təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.
221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “Kia Rio” markalı ** XC *** qeydiyyat nişanlı, “Toyota Prius”markalı ** VE *** qeydiyyat nişanlı və “Nissan Tiida” markalı ** GS *** qeydiyyat nişanlı avtomabillər iddiaçı X2 Cavabdeh paylı mülkiyyətindədir. Məhkəmə qeyd edir ki, üzərində 1/2 hissədə ər-arvadın payı müəyyən edilmiş əmlak avtomobil olduğu üçün aydındır ki, avtomobillərin ayrı-ayrılıqda naturada bölgüsü texniki cəhətdən mümkün deyil. Tərəflər arasında kompensasiya ödənilməsinə razılıq və ya avtomobillərin hər hansı şərtlərlə naturada bölünməsinə, bərabər olmayan payların əvəzinin pulla ödənilməsi dair barışıq olmamış, ididaçı isə iddia ərizəsində avtomobillərin açıq hərracda satılmasını tələb etmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, paylı mülkiyyətin bölünməsi qaydalarına uyğun olaraq avtomobillərin satılması üçün əvvəlcə yalnız paylı mülkiyyətçilər üçün qapalı hərrac keçirilməlidir. Avtomobillər qapalı hərracda paylı mülkiyyətçilər tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılmalıdır və satışdan əldə edilən pul paylara uyğun bölünməlidir. 9/1002 saylı xx.xx.2025-ci il tarixli ekspert rəyini nəzərə alaraq, məhkəmə hesab edir ki, “Kia Rio” markalı **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobilin bazar dəyəri 10000 manat, “Toyota Prius” markalı **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobilin bazar dəyəri 12750 manat, “Nissan Tiida” markalı **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri isə 13500 manat müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. “Kia Rio” markalı ** XC *** qeydiyat nişanlı, “Toyota Prius”markalı ** VE *** qeydiyyat nişanlı və “Nissan Tiida” markalı ** GS *** qeydiyyat nişanlı avtomobillər yalnız paylı mülkiyyətin iştirakçıları üçün nəzərdə tutulan qapalı hərracda satılsın. Avtomobillər qapalı hərracda mülkiyyətçilərdən biri tərəfindən əldə edilmədiyi halda açıq hərracda satılsın. “Kia Rio” markalı ** XC *** qeydiyyat nişanlı avtomobilin ilkin satış qiyməti 10000 manat, “Toyota Prius”markalı ** VE *** qeydiyyat nişanlı avtomobilin ilkin satış qiyməti 12750 manat, “Nissan Tiida” markalı ** GS *** qeydiyyat nişanlı avtomobilin ilkin satış qiyməti 13500 manat müəyyən edilsin. Hər bir avtomobilin satışından əldə olunan pul vəsaitinin paylara mütənasib olaraq 50 faiz hissəsi İddiaçı, 50 faiz hissəsi Cavabdeh ödənilsin. 100 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. 50 manat ekspertiza xərci Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin X1 hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Leyla Şövkətli-Mənsimli