Məhkəmə qərarları › İş №e-2(011)-120/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-120/2022

10.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-120/2022 10.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehdən 21300 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh məhkəmə iclasında bildirdi ki, iddiaçı ilə aralarında barışıq əldə olunmuşdur. Buna görə də barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə iştirak edən şəxslərin məhkəməyə təqdim etdikləri xx.xx.2022-ci il tarixli barışıq sazişinə əsasən iddia tələbi ilə bağlı mübahisəni tərəflər qarşılıqlı razılaşma və güzəştlər yolu ilə məhkəmədən kənar qaydada həll edərək müvafiq saziş bağlamışlar və bununla bağlı üzərlərinə müvafiq öhdəliklər götürmüşlər. Həmçinin iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək ərizəsində, cavabdeh isə məhkəmə baxışı zamanı izahat verərək bağladıqları barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Həmçinin iş materiallarında olan qəbzdən müəyyən olunur ki, barışıq sazişinin icra edilməsi məqsədilə 16 000 manat məbləğində pul vəsaiti xx.xx.2022-ci il tarixində cavabdeh tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd edilən Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə icraata xitam verilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər mövcud mübahisənin həllinə dair öz aralarında razılığa gələrək, mübahisənin məhkəmədən kənar qaydada həllinə dair barışıq sazişi bağladıqlarından və bu barışıq sazişi tərəflərin iradə ifadəsi olduğundan, habelə mübahisə tərəflərinin hər bir iştirakçısı göstərilən barışıq sazişi ilə razı olaraq onun nəticələrini qəbul etdiklərindən və buna görə də barışıq sazişinin təsdiq edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etdiklərindən mübahisə doğurmayan iddiaya mahiyyəti üzrə baxıla bilməz. Odur ki, tərəflərin barışıq sazişi təsdiq edilərək, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 52, 191 və 263- 264-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddiaçı MMC ilə Cavabdeh arasında 22 fevral 2022-ci il tarixdə bağlanmış aşağıdakı məzmunlu barışıq sazişi təsdiq edilsin:

1. Yuxarıda göstərilən iş üzrə Cavabdeh iddiaçı "xxxx" MMC-yə “Tərəflər” bu “Barışıq sazişi”ni imzaladıqdan sonra 3 (üç) təqvim günü müddətində 16000 (on altı min) manat məbləğində pul vəsaitini nağd şəkildə və ya köçürmə yolu ilə ödəyir;

2. İddiaçı "xxxx" MMC bu barişiq sazişi əsasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Pərviz Zamanlının icraatında olan 2(011)-120/2022 saylı mülki iş üzrə Cavabdeh qarşı qaldırdığı “pul” tələbinə dair iddiasından imtina edir;

3. İddiaçı "xxxx" MMC-nin direktoru X1 və Cavabdeh bu şərtlərlə razıdırlar və heç bir etirazları yoxdur.

4. Bu barışıq sazişi Tərəflərin imzaladığı andan qüvvəyə minir. Barışıq sazişi məhkəmə tərəfindən təsdiq olunsun və İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiası ilə əlaqədar Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan 2(011)-120/2022 saylı mülki iş üzrə icraata xitam verilsin. Tərəflər Azərbaycan Respublikası MPM-nin 262-ci maddəsinin nəticələri barədə xəbərdar olunurlar və onlar bu nəticələrlə razılaşırlar. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar